Abşeronda polisin keçirdiyi tədbirlər zamanı cinayət və inzibati xarakterli 1710 fakt aşkarlanıb
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri avqustun 4-də hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Tədbirlər çərçivəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən, əvvəllər məhkum olunmuş Ramil Hüseynov Hökməli qəsəbəsi ərazisində saxlanılıb.
Onun üzərindən 1 ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib.
Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Fərman Muradov saxlanılıb. Ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah saxlayan Absət Abdullayev və Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi təşkil edən əvvəllər məhkum olunmuş Balabəy Ağadadaşov da saxlanılıblar. Onlardan
1 ədəd "TT" markalı tapança, 8 ədəd patron və 1 kiloqramdan artıq heroin aşkar edilib.
Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuş Şahmar Sadiqovdan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 9 ədəd patron aşkar edilib. Digər əməliyyat zamanı Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9, "isti izlərlə" cinayətin açılması üzrə 30, narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər saxlanılıb.
Ötən gün Abşeron rayonunda keçirilən əməliyyat-profilaktiki tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlığa və xırda talamaya görə 30 fakt aşkarlanıb, mülki axtarışda olan 27 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan 105 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyərdə və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən, konstruksiya dəyişikliyi edən 18 sürücü müəyyən edilib, dayanma-durma qaydalarının pozulmasına görə 196 fakt üzrə protokol tərtib olunub.
Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1710 fakt aşkar olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 568 Tarix: 05 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
01.11.2026 205 Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
01.11.2026 203 Bu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
01.11.2026 255 Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb
01.11.2026 198 Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb
01.11.2026 170 Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə
01.11.2026 219 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
01.11.2026 206 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
01.11.2026 218 ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
01.11.2026 213