Aleksandr Çerkasski: "Almaniya İsveç deyil, almanlar Quranın təhqir olunmasına qarşıdırlar"

Aleksandr Çerkasski: "Almaniya İsveç deyil, almanlar Quranın təhqir olunmasına qarşıdırlar"Avropa ölkələrində - Danimarka və İsveçdə Quranın yandırılması aksiyaları, təəssüf ki, səngimir. Müsəlman dünyasında etirazlar nə qədər çoxalırsa, İsveç və Danimarka hökumətləri bu cür aksiyaların keçirilməsinə icazələri bir o qədər çoxaldırlar. Son günlərdə hər iki ölkədə dəfələrlə Quranın yandırılması aksiyaları keçirilib. Avropanın ən güclü ölkəsi olan Almaniyada isə Quranı yandırmaq cəhdləri olmayıb.

Vəziyyəti Oxu.Az-a şərh edən Almaniyadan olan analitik, "Neue Zeiten" jurnalının və "Neue Zeiten TV" "YouTube" kanalının naşiri və baş redaktoru Aleksandr Çerkasski deyir ki, Almaniya cəmiyyətində Quranın, ümumiyyətlə müqəddəs kitabların yandırılması mövzusu qətiyyən gündəmdə deyil.

"Almaniyada belə bir hərəkətə cəhd və ya niyyət yoxdur. Eyni zamanda, alman mətbuatı İsveç və Danimarkada baş verənlərdən yazır, Quranın təhqir olunmasını pisləyir. Mənim subyektiv fikrim budur ki, Almaniya tarixi keçmişinə görə belə hadisələrə son dərəcə diqqətli yanaşır. Almaniyada şəxsi azadlıq və ifadə azadlığı məsələsi mütləq deyil, məhdudiyyətlər var", - deyə analitik bildirib.

Aleksandr Çerkasski məsələni başqa aspektdən izah etməyə çalışıb:
"Bəlkə də, müqayisə o qədər uğurlu olmayacaq, ancaq mən sizə koronavirus pandemiyası ilə bağlı bir nümunə gətirəcəyəm. Bu, Almaniya və Skandinaviya ölkələrinin cəmiyyətlərindəki fərqi göstərəcək. Almaniyada sərt siyasət yürütdülər, məhdudlaşdırıcı tədbirlər tətbiq etdilər, lakin İsveç və Danimarkada belə olmadı".

Ekspertin fikrincə, Almaniyada belə bir prinsip hakimdir ki, bir insanın şəxsi azadlığı digərlərinin müstəqilliyini məhdudlaşdırmamalıdır:

"Yəni bizim ölkəmizdə də millətlərarası münasibətlərlə bağlı təhqirlərə, dinlərarası ədavəti qızışdırmağa görə Cinayət Məcəlləsində müddəalar yer alır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 553   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

01.11.2026 205
.

Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video

ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd

01.11.2026 203
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

01.11.2026 255
.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

01.11.2026 198
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

01.11.2026 170
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

01.11.2026 219
.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

01.11.2026 206
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 218
.

ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi

ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm

01.11.2026 213
.