Xoşqədəmin adından dələduzluq edənin cəzası azaldıldı

Xoşqədəmin adından dələduzluq edənin cəzası azaldıldıAparıcı Xoşqədəm Hidayətqızının adından dələduzluq etməkdə təqsirli bilinərək 7 il həbs cəzası verilmiş telekanal əməkdaşı Ayxan Məmmədlinin şikayətinə baxılıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, iş üzrə dəymiş ziyanın bir hissəsinin ödənilməsi yumşaldıcı hal hesab olunmalıdır. Bu əsasla A.Məmmədlinin həbs müddəti 1 il azaldılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs "Xəzər TV"də müxtəlif vəzifələrdə işləyib. A.Məmmədli zərərçəkmişlərə Xoşqədəm Hidayətqızının verilişinə çıxaracağı, sosial evlərdən mənzil almağa kömək etmək, həbsdən adam çıxarmaq, televiza kanallarının təsərrüfat şöbəsində işə düzəltmək kimi yalan vədlər verərək dələduzluq edib. O, bütün işlərdə Xoşqədəm Hidyətqızının ona kömək edəcəyini deyib.
Cinayət işi üzrə X.Hidayətqızı istintaqda ifadə verib, adından deyilənləri təkzib edib. Məlum olub ki, təqsirləndirilən şəxs mərc oyunlarında külli miqdarda pul uduzub, vəziyyətdən çıxmaq üçün bu yola əl atıb.

Ayxan Məmmədli ümumilikdə 11 nəfərin 480 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 04 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

01.11.2026 192
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 129
.

Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind

01.11.2026 221
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

01.11.2026 219
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

01.11.2026 208
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 200
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

01.11.2026 239
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 218
.

Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi

Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri

01.11.2026 217
.