Elza İlhamə Quliyeva ilə aralarında yaşananlardan danışdı

Elza İlhamə Quliyeva ilə aralarında yaşananlardan danışdı"İlhamə Quliyeva məni restorana dəvət edirdi, getmirdim. Çünki gedəndə qeybət eşidirdim. Xüsusilə də Flora Kərimova haqqında qeybət edirdi. Mən isə onun o sözlərini təsdiq etmirdim. İlhamə xanım nəsə deyəndə də nəsə cavab verməli idim. Mən isə susurdum".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artisti Elza Seyidcahan "Retro Baku" verilişinə müsahibəsində deyib. Müğənni mərhum Xalq artisti İlhamə Quliyeva ilə aralarındakı mübahisələrdən danışıb:

"Konsertimdən bir gün əvvəl İlhamə xanıma zəng vurdum ki, sizin "Göygöl" mahnınızı oxumaq istəyirəm. Mənə icazə verirsiniz? Cavab verdi ki, oxu. Konsertimə gəldi və mahnını oxuyandan sonra ayaq üstə məni alqışladı. Konsertdən sonra mənə zəng vurub restorana dəvət etdi. Bacım Lalə ilə onun yanına getdim. Yeməklərlə bol süfrə açılmışdı. Dedi ki, anam ölüb, heç kimim yoxdur. Dörd ildir ki, özümə konsert etmirəm. Ağladı... Dedim ki, İlhamə xanım ağlamayın. Biz də sizin bacılarınızıq. Dedim ki, sizə konsert verməyə kömək edərəm. Ondan sonra İlhamə xanıma yazıb, bəstələdiyim "Ağ çiçəyim" mahnısını hədiyyə verdim. Dedim ki, bu mahnı ilə sizə layihə edək.

"Ağ çiçəyim" mahnısının təqdimatına gecikdim. Görün, İlhamə xanımda necə ədəb-ərkan var ki, o mənə bir gün əvvəl söyləmişdi sən tədbirə bir saat tez gəl. Çünki hörmətli qonaqlar gələcək və onları qarşılamaq lazımdır. Mən də bir saat gecikdim. İlhamə xanım isə təqdimata bir saat tez gəlmişdi və gözləmişdi.

O, təqdimata tək də başlaya bilərdi. Amma görün bəstəkara, yəni mənə necə hörmət edib ki, mənsiz təqdimata başlamayıb və gözləyib. Gələndən sonra da mənə söylədi ki, sən kimsən axı, təqdimata gecikirsən?".

İllər əvvəl İ.Quliyevanın müsahibələrin birində söylədiyi "Ayaqlarımı yaxşı yuyursan" sözlərinə E.Seyidcahan aydınlıq gətirib:

"Seçki öncəsi rayonlara konsertlərə gedirdik. Kəskin soyuq, qış havası idi. İlhamə xanımın təzyiqi qalxmışdı və gözlərinə qan yığılmışdı. Mən də Tovuzda idim. Onun ayağına su qoymalı idim, çünki təzyiqi qalxmışdı. Rayon yeri olduğundan sular da donmuşdu. Çətinliklə su tapdım. Vannanı su ilə doldurdum ki, ayaqlarını suya qoysun. O, sonra saçını darayıb, əynini geyinib yatdı. Mən də öz otağıma gedib yatdım. Sonra isə efirdə İlhamə xanım dedi ki, ayaqlarımı yaxşı yuyursan. Mən isə yenə də deyirəm ki, ayağını da yuyaram. Ayaq yumaq daxili zənginlikdən xəbər verir.

İlhamə xanım hər zaman mənim evimə də gəlib, ona gözəl süfrə açmışam. Gəlinimin xınayaxtısına gələndə orada dedi ki, Elza mənim bacımdır. Arxamca çox şeylər danışırdı. Günlərin bir günü İlhamə xanım haqqımda demişdi ki, mən Elzanın səviyyəsində deyiləm, onunla bir səhnəni bölüşüm. Onun bu müsahibəsindən sonra üç gün gözlədim ki, İlhamə xanım çıxıb deyər, mən fikrimi düzgün ifadə etməmişəm. Amma demədi. Üç gündən sonra jurnalistlərə "Əgər mən onun səviyyəsində deyiləmsə, artıq onu narahat etmərəm. Onun səviyyəsindən çıxmaq istəyirəm. "Ağ çiçəyim" mahnısını isə ona oxumağa qadağan edirəm" deyə cavab verdim. Sağ ikən İlhamə xanıma bu sözləri demək, hər adamın hünəri deyildi. Sanki qurbağa gölünə daş atdılar. İlhamə xanım mənə heç nə demədi və bir daha o mahnını oxumadı".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1581   Tarix: 04 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.