Vaqif Xaçatryan Azərbaycan dövlətinə minnətdarlığını bildirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində milli və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun keçirilən növbəti başçəkmə çərçivəsində 29 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryan fərdi qaydada qəbul edilib.
Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə zamanı qəbul edilmiş V.Xaçatryanın müraciəti dinlənilib.
O, ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu qeyd edib.
V.Xaçatryan bütün bunlara, eyni zamanda onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, həmin şəxsə münasibətdə də heç bir fərq qoyulmadan milli qanunvericiliyə və beynəlxalq sənədlərə uyğun olaraq hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, palatasında bədii ədəbiyyat və lazımi informasiya materiallarının olması müəyyən edilib.
Qəbul edilmiş şəxsə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dilində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.
Başçəkmə çərçivəsində qəbul edilmiş həmin şəxslə bağlı məlumatlar, video və fotoşəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1138 Tarix: 03 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ rəsmiləri bu həftəsonu İrana yeni zərbələr endirməyi planlaşdırır
Planlarla tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Prezident Donald Tramp müharibəyə son qoymaq üçün bir həll yolu axtardığı bir vaxtda, ABŞ bu həftə sonu İrana yeni zərbələr endirməyi planlaşdırır. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, zərbələrin dəqiq miqyası və ABŞ-ın hədəf ala biləcəyi potensia
09:43 170 Küveyt ordusu hava hücumundan müdafiə qüvvələrinin "düşmən pilotsuz təyyarə" hücumuna cavab verdiyini bildirir
Küveyt ordusu hava hücumundan müdafiə qüvvələrinin "İran təcavüzünün" bir hissəsi olaraq "düşmən pilotsuz təyyarə" hücumuna cavab verdiyini bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, hərbi qüvvələrin baş qərargahı X-də hava hücumundan müdafiə əməliyyatı nəticəsind
11:04 180 Çində torpaq sürüşməsi: 51 nəfər öldü, itkin düşənlər var (VİDEO)
Çinin Çuntsin şəhərində baş verən iri torpaq sürüşməsi nəticəsində həlak olanların sayı rəsmi olaraq 51 nəfərə çatıb. Daha 10 nəfər isə itkin düşmüş hesab olunur. Qaynarinfo "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu hadisə son 10 ildən artıq müddətdə ölkədə qeydə alınan ən faciəl
31.07.2026 275 Sarsılmaz Azərbaycan-Qırğızıstan qardaşlığı
Azərbaycan və Qırğız xalqları min il əvvəllər də həmişə şad və çətin günlərimizdə bir-birimizin yanında olmuşuq. 1064-1067-ci illərdə türk dünyasının böyük sərkərdəsi Sultan Məhəmməd Alp Arslanın böyük ordu ilə iki dəfə Azərbaycana hərbi yürüş etməsi, Ani qalasında möhkəmlənmiş işğalçı Roma imperiyasını
31.07.2026 319 ABŞ İspaniyadakı hərbçilərinin yarısını geri çəkə bilər
ABŞ Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirmək çərçivəsində İspaniyada yerləşdirilən təxminən 2 min hərbi qulluqçusunu, yəni bu ölkədəki kontingentinin yarısını geri çəkə bilər. xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətlərini
31.07.2026 236 Azyaşlı bağçada döyülüb? - Foto-Video
Sumqayıtda fəaliyyət göstərən "Nauka Tədris Mərkəzi"ndə azyaşlının döyüldüyü iddia edilir. Bu barədə "Qafqazinfo"ya bağçanın yay düşərgəsində oğlunun zorakılığa məruz qaldığını iddia edən valideyn Nuranə Mehraliyeva bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində uşağın üz və bədə
31.07.2026 465 Azərbaycanda manatla geniş pul kütləsi 18 %-ə yaxın artıb
Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 52 milyard 924,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,8 %, ilin əvvəlinə nisbətən 6,1 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 9,
15:40 0 Maaş və pensiyalarla bağlı YENİ XƏBƏR: Sentyabr-oktyabr aylarında...
Azərbaycanda maaş və pensiya kartlarından istifadə ilə bağlı yeni dəyişikliklər hazırlanır. xəbər verir ki, AzTV-yə müsahibəsində çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və yeniliklərin sentyabr-oktyabr aylarında təqdim edilməsi planlaşdırılır
14:27 113 Ursula von der Leyen: Heç kimin qanunsuz Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik
Heç kimin qaydalarımıza əməl etmədən Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik. APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu barədə İspaniyanın Seuta anklavında yaranmış miqrasiya böhranı ilə bağlı "X" sosial şəbəkəsində paylaşımında açıqlama verib
31.07.2026 306