"Kaspian Motor Şou 2023" baş tutdu
Bu yayın ən parlaq avtomobil hadisəsi - "Kaspian Motor Şou 2023" işini uğurla başa vurdu. Xatırladaq ki, ölkədə rəsmi idxalçıların iştirakı ilə yeganə avtomobil sərgisini ənənəvi olaraq Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) təşkil edir. Bu il avtomobillərdən ibarət ekspozisiya populyar istirahət məkanı Sea Breeze Resortda qurulmuşdu.
Ümumiyyətlə, "Kaspian Motor Şou" unikal sərgidir. Adətən bu tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə kütləvi istirahət məkanlarında keçirilir. Dəfələrlə Nabran istirahət zonasında, Qəbələ, Şəki şəhərlərində və əlbəttə Abşeron çimərliklərində bu avto-şou təşkil olunub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları dedi:
Bizim assosiasiya ilk avtomobil sərgisini hələ 2003-cü ildə keçirmişdi. Belə çıxır ki, pandemiya ucbatından iki illik fasilə olmasaydı, bu il 20-ci yubiley avtoşousunu keçirəcəkdik, lakin faktiki olaraq bu 18-ci dəfədir. Buna baxmayaraq, biz tam rebrendinq etdik, sərginin konsepsiyasını dəyişdik. İdarə Heyətinin gənc üzvlərinin təkidi ilə daha dinamik və daha innovasion forum keçirdik. Nəticədə minlərlə ziyarətçinin pavilyonlara axınının şahidi olduq. Yəni bu auditoriya dənizə istirahətə gəlmiş və vaxtının bir hissəini sərgiyə ayırmış insanlardan ibarət deyildi, çünki hava küləkli idi, dəniz havası deyildi. Məhz avtomobil aşiqləri üç gün ərzində dünya şöhrətli istehsalçıların ən müasir inciləri ilə tanış oldular. Qeyd etməliyəm ki, ölkə avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizlik səviyyəsinin yüksəlməsi, ekoloji avtomobillərin təşviqi - bütün bunlar AADA fəaliyyətinin prioritet istiqamətlərindəndir. Təsadüfi deyil ki, bu il biz elektromobilləri ayrıca bir meydançada sərgiləyirdik və bu stendlərdə tamaşaçıların daimi sıxlığı elektrik nəqliyyat vasitələrinə durmadan artan marağın bariz göstəricisidir. Bizim araşdırmalara görə hazırda ölkəmizdə satılan hər yüz avtomobildən beşi məhz elektromobildir.
Beləliklə, hər zaman olduğu kimi, rəsmi dilerlər yeni modellərinin təqdimatını məhz Kaspian Motor Şou çərçivəsində həyata keçirdilər. Üç gün ərzində əlliyə yaxın yeni model nümayiş olundu. Maraqlı prezentasiyalar tamaşaçılar arasında uduşlu müsabiqələrlə əvəzlənirdi. Avtomobillər aləmində biliyinə güvənən qonaqlar mükafatsız qalmadılar. Bu ilki avto-şounun əyləncə proqramı da fərqli təşkil olunmuşdu. Bütün pavilyonlarda populyar DJ-lərin ifasında elektron musiqi səsləniridi. Sərginin ilk günündə əsas səhnədə Ceyhun Zeynalov (Cin) tamaşaçıları sevindirdi. Avtoşounun son akkordları isə heç kimi biganə qoymadı: "Dərviş Band" qrupu və xalq artisti Niyammədin Musayevin emosional çıxışı heç şübhəsiz uzun müddət yaddaşlarda qalacaq.
Son olaraq, bu avtomobil bayramının təşkilində bizə dəstək olmuş Azərbaycan Avtomobil Federasiyasına, Sea Breeze Resorta, Mashin.AL elektron satış mərkəzinə, MLK Groupa, Artmood agentliyinə, Amsoil yağlarına və "Bizon" içkilərinə təşəkkür edirəm.












BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 770 Tarix: 02 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə
01.11.2026 219 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
01.11.2026 218 Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu
Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı
01.11.2026 273 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
01.11.2026 189 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
01.11.2026 208 Beyləqanda gənc faciəli şəkildə öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır
01.11.2026 231 XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
01.11.2026 596 Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
01.11.2026 202 Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb
Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy
01.11.2026 222