Suda boğulma hallarının artması nə ilə əlaqədardır?- AÇIQLAMA

Suda boğulma hallarının artması nə ilə əlaqədardır?- AÇIQLAMAYol-nəqliyyat hadisələrindən sonra ölümlə nəticələnən ən mühüm təhlükələrdən biri də suda boğulma hallarıdır. Son zamanlar, ölkə ərazisində suda boğulma hallarında artım müşahidə olunub. Məsələ ilə bağlı FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşın Əlili açıqlama verib:

"Biz ümumiyyətlə ölümlə nəticələnən suda boğulma hadisələrinin baş verdiyi ərazilərə nəzər salsaq, bu hadisələrin FHN xilasetmə məntəqələrindən kənarda nəzarətsiz çimərliklərdə baş verdiyini deyə bilərik. Çimərliklər üçün nəzərdə tutulmayan çaylarda, süni göllərdə, suvarma kanallarında, arxlarda boğulma hallarının baş verdiyinin şahidi olarıq. Biz çimərlik mövsümü öncəsi vətəndaşlara müraciət etmişdik ki, çimərlik seçimində diqqtli olsunlar. Hər hansı bir çimərlikdə xilasedicilər və xilasetmə texnikaları mövcud deyilsə,həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərin istifadənin təhlükəli olduğunu bildirir. Bir statistik rəqəm nümunə versək, iyun ayının 15-dən çimərlik mövsümü açılandan bu günə qədər xidmətin nəzarət etdiyi çimərliklərdə 93 suda boğulma təhlükəsi ilə üzləşən şəxs tərəfimizdən xilas olunub. Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlərdə onu deməyə əsas verir ki, həqiqətən də nəzarət olunan, xilasedicilərin xidmət etdiyi çimərliklərdən istifadə etmək lazımdır. Eyni zamanda, çimərlik üçün təhlükəsiz hava saatları və hava şəraiti olduqca önəmlidir. Bu baxımdan bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərliklərdən istifadə etmək təhlükəli və qadağandır. O cümlədən çimərliklərdə təhlükəsiz istirahət zamanları səhər saat 9-dan axsam 8-ə kimi olan vaxtı əhatə edir. Bununla yanaşı nəzarət olunan çimərliklərdə isə ərazidə tətbiq olunmuş qaydalara əməl etmək lazımdır. Belə ki, spirtli içki içərək sərxoş halda suya girmək, xüsusən dənizdə təhlükəli manevrlər edərək su nəqliyyat vasitələri ilə çimərlik ərazisinə daxil olmaq, suda kobud hərəkətlər etmək qadağandır. Yadda saxlamaq lazımdır ki, 13 yaşınadək uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, ərazidə quraşdırılmış maarifləndirici lövhələrin və xilasedicilərin tələblərinə sözsüz əməl olunmalıdır. Hər hansı bir hadisə baş verərsə də 112 qaynar xəttinə zəng olunmalıdır.

Çimərlik mövsümünə hazırlıq olaraq kompleks tədbirlər görünür. Biz FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti olaraq aprel ayından etibarən yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər həyata keçirmişik. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız təhlükəli çimərliklərin müəyyən olunması, həmçinin çimərlik operatorları ilə görüşlər təşkil etmək, çimərlik operatorlarına təhlükəsizlik qaydalarını özündə əks etdirən bildirişləri təqdim etməkdir. Belə ki, bütün çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılmalıdır. Sualtı təmizləmə işləri görülməli, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmalıdır. Çimərlik ərazisində vətəndaşları təhlükəsizlik barədə məlumatlandırması üçün maarifləndirici lövhələr yerləşdirilməlidir. Çimərlik ərazisində xilasetmə texnikaları və vasitələri, xilasedicilər mövcud olmalıdır. Hər hansı bir hadisə baş verəndə həmin xilasedicilər ehtiyac olarsa su nəqliyyat vasitələri ilə köməyə getsinlər. Bütün bu sadalanan tədbirlər xidmətin nəzarət etdiyi çimərliklərdə, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Yalnız özəl çimərliklərdə, bizim dislokasiya ərazimizə düşməyən çimərliklərdə bu kimi tədbirlər çimərlik operatorları tərəfindən həyata keçirilməlidir. Hələ çimərlik mövsümü başlamazdan əvvəl onlara bildirişlər təqdim edilib. Bu baxımdan vətəndaşlar diqqətli olmalı, xilasedicilərin olmadığı çimərliklərdən çəkinməlidirlər".

Səfərova Sevda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1121   Tarix: 02 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

01.11.2026 199
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

01.11.2026 205
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

01.11.2026 192
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

01.11.2026 192
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 200
.

Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi

Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri

01.11.2026 217
.

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim

01.11.2026 165
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

01.11.2026 219
.