Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdı

Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdıHəkim Fuad Nəzərov 8 yaşlı Mirməhəmməd Seyidlini sünnət əməliyyatı edərkən cinsiyyət oqanını zədələyib.

O, uşağı başqa həkimlərə yönləndirsə də, problemi həll etmək mümkün olmayıb.

Bu barədə Sonxeber.az-a danışan ata Çingiz Seyidli bildirib ki, Fuad həkim dərini artıq kəsib və kanalını yandırıb. Mirməhəmməd hər dəfə sidiyə gedəndə əziyyət çəkib. Fuad həkim öz səhvini düzəltmək üçün onu başqa həkimlərə yönləndirib. Rafael Soltanov həkim olaraq əlindən gələni edib. Sidiyə getmə zamanı qanaxmanın qarşısı alınsa da, Fuad həkimin səhvini düzətmək mümkün olmayıb. Fuad Nəzərov uşağın cinsiyyət orqanını yandırdığına görə Rafael həkimin uşağın dodağından kəsib cinsi orqana tikdiyi dəri tam tutmayıb:

"Keçən il sentyabrın 20-də övladım Mirməhəmmədi sünnət etdirmək üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına apardım. Orada Fuad Nəzərov adlı cərrah var idi. O dedi ki, 2 saylı Şəhər Klinik Xəstəxanasında antisanitar şərait olduğuna görə uşağı özəl MedAura klinikasında əməliyyat edək. Dövlət xəstəxanasında əməliyyat 200-250 manat olsa da, antisanitar vəziyyət var, özəldə bir az baha olsa da, təmizdir. MedAura klinikasında 750 manat ödəniş etdim. Uşağa narkoz verdilər, əməliyyata saldılar. 2 saata yaxın əməliyyatda qaldı. Səhərisi evə gəldik. Həkim kremlər yazmışdı ki, bunları çəksəz, yara keçəcək. 3 gün sonra gördüm ki, uşaq qan içindədir. Sidiyə gedəndə uşaqdan qan gəlirdi. Fuad həkimə bu barədə məlumat verdim. O qeyd etdi ki, narahat olmayım keçib gedəcək. Sarğı qoyduğu yerə baxanda gördüm ki, uşağın cinsi orqanını düzgün kəsməyib, tamamilə zədələyib. Dərini artıq kəsib və kanalını yandırıb. Uşaq sidiyə normal şəkildə yox, aşağıdan gedir. Dəfələrlə Fuad həkimin yanında oldum. Bildirdi ki, narahat olma həll yolunu tapacam. Məni Leyla Şıxlinskaya adına Klinikada Gündüz Ağayev adlı həkimə yönləndirdi. Gündüz həkim uşağı müayinə etdi və dedi ki , toxumaların bərkiməsi üçün 8 ay gözləmək lazımdır. 8 ay sonra yenə Gündüz Ağayevin yanına getdim. Uşağa baxıb dedi ki, mən bunu əməliyyat edə bilmərəm. Bildirdim ki, axı mənə demişdiz 8 ay sonra əməliyyat edəcəm. Gündüz həkim dedi ki, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanda Rafael Soltanov adlı həkim var. Səni tapşıracam ki, o əməliyyat etsin. Ora getdim, uşaqdan analiz götürdülər və dedilər ki, aparatlar işləmir. Yenə qayıtdım Fuad və Gündüz həkimin yanına. Fuad həkimlə mübahisə etdim. Onlar yenə Rafaeı həkimlə əlaqə saxladılar. Rafael həkim məni məcburən qəbul etdi. İyulun 14-ü əməliyyata götürdülər. Uşaq 4 saat 40 dəqiqə əməliyyatda qaldı. Alt dodağından ət götürüb cinsiyyət orqanına tikdilər. 5 gün xəstəxanada qaldı. 6-cı gün dedilər ki, Qurban bayramı ilə əlaqədar həkim burada olmayacaq, uşağı çıxara bilərsən. Mirməhəmmədə silikon kateter qoyulmuşdu. Uşaq yenə sidiyə gedəndə qan gəlirdi. Yenə Rafael həkimə məlumat verdim. Həkim müayinəyə çağırdı. Güvən klinikasına apardım və Rafael həkim dedi ki, düzələcək, hələ təzə əməliyyat olub. Evə gələndən bir gün sonra kateter yerə düşdü. Gördüm uşaq yenə qan içindədir. Həqiqətən də kateter düşəndən sonra qanaxma dayandı. Amma gördüm ki, tikişlər yenə də tutmayıb. Rafael həkim əvvəlcədən bildirmişdi ki, usağın cinsi orqanı yandırıldığına görə qoyduğu dərinin bir tərəfi tuta bilər, digər tərəfi tutmaya bilər. Uşaq yenə həmin vəziyyətdədir. Dəri tutmayıb və zədəli vəziyyətdədir. Sidiyə gedəndə isə yayılır. Rafael həkim bildirdi kiç 3 ay gözləməyə məcburdur . Çünki Mirməhəmmədə yenə narkoz verə bilməz.
Mənim şikayətim Fuad Nəzərovdandır. Çünki ilk əməliyyatı o edib. Rafael soltanov bir həkim olaraq əlindən gələni etdi".

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Fuad Nəzərovla əlaqə saxladıq. O bildirdi ki, atanın iddiaları əsassızdır. Uşaqda psixoloji və uroloji problemlər olub. Hazırkı problem sünnət əməliyyatı ilə əlaqəli deyil.
Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2869   Tarix: 02 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişiyə bunları demək olmaz: Sevgini məhv edir

Bəzən münasibətlər böyük münaqişələrə görə deyil, düşünülməmiş bir neçə söz ucbatından da dağıla bilər. Psixoloqlar bildirir ki, xüsusilə kişilər onların ləyaqətinə toxunan ifadələrə qarşı daha həssas olur. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bir çox qadın bu cür sözləri emosiyalarının təsir

18:30 1
.

Süni intellekt mənim psixoloqum ola bilər? Cavab burdadır!

Süni intellekt (AI) artıq hər sahədə istifadə olunur, lakin bəziləri onu öz psixoloqu hesab etməyə başlayıb. Bu nə dərəcədə düzgündür və texniki baxımdan belə istifadə oluna bilərmi?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən İKTüzrə mütəxəssis Elvin Həsənov bildirib ki, məsələyə həm texniki, həm də rea

14:27 201
.

Burada nəfəs almaq belə təhlükəlidir - Dünyanın ən çirkli paytaxtı açıqlandı

Hindistanın paytaxtı Yeni Dehli ardıcıl səkkizinci ildir ki, dünyanın ən çirkli paytaxtı olaraq qalır. "Qafqazinfo" xəbər verir ki, bu, İsveçrənin hava monitorinqi agentliyi olan "IQAir" tərəfindən açıqlanan 2025-ci il Dünya Hava Keyfiyyəti Hesabatında əksini tapıb. Qeyd olunur ki

02.04.2026 529
.

"Qızım mənə "ana" demir"

"İnsanlar iş tələb edir. Amma bizim də sıxıntılarımız, maddi çətinliklərimiz olur və nəyisə ərsəyə gətirə bilmirik. Amma küçədə, məkanda insanların yaxınlaşıb, sevgi göstərdiyini görəndə hər şey keçir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Günə uğurla" proqramınd

14:33 315
.

Bakıda bu ərazidə yeni bulvar salınacaq

Paytaxtın Yasamal rayonunda yerləşən və uzun illərdir "Qanlı göl" adı ilə tanınan ərazi ilə bağlı yenidənqurma planları yenidən müzakirə olunur. -in məlumatına görə, həmin su hövzəsinin ətrafında genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Bildirilir ki, layihəy

10:29 295
.

ABŞ-İran müharibəsi: zəhərli və radiasiyalı hava şəraitində özünü necə qorumalı? - ADİL QEYBULLADAN AÇIQLAMA

ABŞ-İran müharibəsi artıq regionda zəhərli və radiasiyalı havanın yaranmasına səbəb olub. Kimyəvi silahlar və radiasiya hissəcikləri döyüş bölgələrindən havaya qarışaraq qonşu ölkələrə, o cümlədən Azərbaycana təsir göstərir. Bu çirklənmiş hava insanların sağlamlığı üçün real təhlükə yaradır və uzunmüddətl

15:23 206
.

Taksilər və sərnişinlər üçün vacib qərar: Gediş haqqı artacaq?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməl

11:23 300
.

"Möhtəşəm yüz il" yenidən çəkiləcək

"Möhtəşəm yüz il" serialı 12 ildən sonra yenidən ekranlaşdırılacaq. Axşam.az xəbər verir ki, serial bu dəfə "Aşk ve taht" ("Eşq və taxt") adı altında lentə alınacaq. Hələlik layihədə kimlərin rol alacağı bəlli deyil. Qeyd edək ki, sözügedən serial ilk dəfə 2011-2014-cü illərd

02.04.2026 545
.

Rusiya Ermənistanla bağlı mövqeyini açıqladı

Avrasiya İqtisadi İttifaqı (Aİİ) tərəfindən heç bir qərar Ermənistanın maraqlarına zidd şəkildə qəbul edilməyəcək. " xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib. Rəsmi şəxs vurğulayıb ki, Aİİ çərçivəsində qəbul edilən qərarlar Ermənistanı

10:17 206
.

TOP MP3