Bu gecə Super Ay müşahidə olunacaq
2023-cü ilin avqustunda Yer kürəsinin sakinləri iki dəfə Super Ay astronomik hadisəsini müşahidə edə biləcəklər.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, tam Ay fazası Ay perigeydə (Yerə ən yaxın məsafədə) və ona yaxın nöqtələrdə olursa, bu zaman Super Ay hadisəsi müşahidə edilir. Bu zaman Ay apogeydə (Yerdən ən uzaq məsafədə) olduğundan 14% böyük, 30%-ə yaxın parlaq görünür.
1-ci Super Ay hadisəsi avqustun 1-dən 2-nə keçən gecə müşahidə olunacaq. Ay avqustun 1-də Bakı vaxtı ilə saat 22:33-də Dolu (Tam) ay fazasında, avqustun 2-də saat 09:53-də isə perigeydə olacaq. Bu hadisələr arasındakı fərq 11 saat 20 dəqiqə təşkil edəcək. Perigeydə Aya qədər məsafə 357 309 km olacaq. Super Ay hadisəsini Azərbaycan ərazisində saat 20:19-dan başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.
2-ci Super Ay hadisəsi avqustun 30-dan 31-nə keçən gecə müşahidə olunacaq. Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək. Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olacaq. Perigeydə Aya qədər məsafə 357 181 km təşkil edəcək. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.
Super Ay hadisəsini Azərbaycan ərazisində saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar.
Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə, 2-ci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu o demək deyil ki, Mavi Ayı görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq bu ad verilib. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək 2-ci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən buna Super Mavi Ay deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 869 Tarix: 01 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
01.11.2026 213 Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
01.11.2026 241 Beyləqanda gənc faciəli şəkildə öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır
01.11.2026 231 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 165 Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb
01.11.2026 170 Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb
Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy
01.11.2026 222 İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video
"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə
01.11.2026 250 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
01.11.2026 318 Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd
01.11.2026 203