Qarabağ qazisi bir ildir ki, icra başçısının qəbuluna düşə bilmir

Qarabağ qazisi bir ildir ki, icra başçısının qəbuluna düşə bilmirII Qarabağ müharibəsi iştirakçısı İlqar Cahangirov Abşeronun icra başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmədiyini deyir.

O, sosial problemləri ilə bağlı dəfələrlə Abdin Fərzəliyevin qəbuluna düşmək istəsə də, onu müxtəlif bəhanələrlə uzaqlaşdırıblar.
İlqar Cahangirov icra başçısının biganə münasibətindən ölkə rəhbərliyinə şikayət edir.

O, "Arqument.az"a deyir ki, Fərzəliyev ölkə başçısının tapşırıqlarına əməl etmir, vətəndaşlara, qazilərə biganə münasibət göstərir.
İlqar Cahangirov II qrup əlildir.

O, İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə təmin olunub. Həmçinin xidmətlərinə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlı qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub.

Dediyinə görə, atası Əlisafa Cahangirov da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, anası Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup əlildir.

İki qardaşından biri Altay Cahangirov Birinci Qarabağ döyüşlərində yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşı Fərahim Cahangirov birinci Qarabağ müharibəsi veteranıdır.

Abdin Fərzəliyevdən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət edən Qarabağ qazisi onlardan kömək istəyib.

"Bir sözlə, biz ailəlikcə vətənimizə və dövlətimizə bağlı şəxslərik. Abşeron rayon icra hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələskər oğlu, Prezidentin tapşırıqlarına məhəl qoymayaraq özünü ağa kimi, xan kimi apararaq vətəndaşlara yuxarıdan aşağı baxır. Təsəvvür edin ki, mən 2022-ci ilin dekabr ayından bu günə qədər Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm. Hər dəfə Abşeron rayon İcra Hakimiyyətinə getdikdə "Abdin müəllim burada yoxdur, iclasdadır" filan kimi bəhanələrlə məni yola salırlar. Mən icra başçısının qəbuluna gedirəm, lakin məni qapıda duran polis qəbul edib yola salır", – deyə o bildirib.

Abşeron Rayon İcra Hakimiyyəti qazinin şikayətinə münasibət bildirməyib.

Qarabağ qazisi bir ildir ki, icra başçısının qəbuluna düşə bilmirQarabağ qazisi bir ildir ki, icra başçısının qəbuluna düşə bilmir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1063   Tarix: 01 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.