Tragikomediya: 20 milyonluq tender udan "ORN GROUP" doğrudanmı bu dramaturqundur? (FOTO)

Tragikomediya: 20 milyonluq tender udan "ORN GROUP" doğrudanmı bu dramaturqundur? (FOTO)İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə 06.06.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və 28.07.2023-cü il tarixdə "ORN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.071.218,56 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bu barədə Dövlət Agentliyi dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Bu məlumat ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, sözügedən MMC ötən il də "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Publik Hüquqi şəxsi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi- 4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 m2 olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş bir açıq tenderin də qalibi olub. Bu tenderdə isə "ORN GROUP" MMC Tibbi Sığorta Agentliyindən 4.144.710,67 manat məbləğində dövlət sifarişi alıb və 26.07.2022-ci il tarixdə satınalma müqaviləsi bağlanıldığı elan edilib.

Maraqlıdır, 11 ay ərzində dövlətdən 20 milyon manat civarında dövlət sifarişi almış bu MMC kimə məxsusdur? MMC-nin veb-saytında bildirilir ki, 2004-cü ildə Azərbaycanda, Bakıda qurulan ORN Group qarışıq podrat xidmətləri göstərən bütövlükdə podratçıya çevrilmişdir . Tikinti, daxili təchizat və mexaniki, elektrik və ictimai səhiyyə (MEP) sahəsində təcrübəmiz Mühəndislik, Satınalma, Layihələndirmə və Tikintidən istismara verilməsinə qədər tam həllər təqdim edir. Bakı Azərbaycanda yerləşən ofisimizlə ölkə daxilində işlərimizi peşəkar şəkildə yerinə yetirmək üçün lazım olan bütün icazə və lisenziyaları almışıq . Genişlənmə ehtiyaclarımıza və bütün Avropadakı şəbəkələrimizə görə, 2008-ci ildə şirkətimiz ORN GmbH Avstriyanın Vyanada təsis edilmişdir. ORN GmbH Azərbaycan vasitəsilə Avropa və Asiya arasında qüsursuz biznes və logistik əlaqəni təmin edən idxal və ixrac ticarəti, eləcə də beynəlxalq biznesin inkişafı ilə fəal şəkildə məşğul olur.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə "ORN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.03.2007-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 129 500.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ŞƏMSİ BƏDƏLBƏYLİ, ev 102, m. 47, qanuni təmsilçisinin isə Bağırov Qəzənfər Füzuli oğlu olduğu göstərilir.

Elektron media resurslarında yayılmış məlumatlarda Qəzənfər Füzuli oğlu Bağırov həm də "ORN GİDA VE DERİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub. 2019-cu ildən MMC-nin adı dəyişdirilb və "ORN DEVELOPMENT" MMC kimi fəaliyyət göstərir. Hazırda isə sözügedən MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Elşən Rahil oğludur. Dövrü mətbuatda onun vaxtıilə evlərin alqı-satqısı ilə məşgul olması barədə məlumatlar var.

Apardığımız daha ətraflı araşdırmlar zamanı məlum oldu ki, "ORN GROUP" MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Vəliyeva Tamara Əlibala qızı olub. Cəmi 20 manat nizamnamə kapıtalı olan MMC-yə 2011-ci ilə qədər Tamara Vəliyeva rəhbərlik edib. Ondan sonra MMC-yə Qəzənfər Bağırov rəhbərlik etməyə başlayıb.

Bəs dövlət qeydiyyatından 15 il əvvəl keçmiş, amma son bir ildə udduğu tenderlərlə məşhurlaşan "ORN GROUP" MMC-ni təsis etmiş Vəliyeva Tamara Əlibala qızı kimdir?

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma göstərir ki, Vəliyeva Tamara Əlibala qızı 1959-cu il təvəllüdlüdür. Beyləqan rayonunda anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, dramaturqdur. Vikipedia məlumatlarında sonuncu kitabının 2001-ci ildə nəşr olunduğu göstərilir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 11 ay ərzində "ORN GROUP" MMC ilə 20 milyon manat civarında iki satınalma müqaviləsi bağlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında sözügedən MMC-nin Vəliyeva Tamara Əlibala qızı tərəfindən təsis edildiyi göstərilir. Hazırda MMC-nin qanuni təmsilçisi kimi Bağırov Qəzənfər Füzuli oğlu göstərilsə də Tamara Vəliyeva çox güman ki, təsisçilik hüququnu özündə saxlayır.

Açıq internet axtarış sistemləri üzərindən əldə etdiyimiz məlumatlarda Vəliyeva Tamara Əlibala qızının nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu yazılır. Burada iki sual yaranır. Azərbaycanda bir xanım yazıçının təsisçisi olduğu sıradan bir şirkətin 11 ay ərzində 20 milyon manata yaxın dövlət sifarışi alması nə dərəcədə realdır? Sözsüz ki, MMC bu dövlət sifarişlərini yüksək çinli məmurların tapşırığı ilə əldə edib. Yəni, şirkət Vəliyeva Tamara Əlibala qızı, Bağırov Qəzənfər Füzuli oğlu tərəfindən deyil, həmin məmurlar tərəfindən idarə olunur. Yəni, üçüncü bir şəxs daha var. O, üçüncü şəxs kimdir?/Aktualinfo.org

Tragikomediya: 20 milyonluq tender udan "ORN GROUP" doğrudanmı bu dramaturqundur? (FOTO)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1180   Tarix: 01 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

01.11.2026 192
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

01.11.2026 205
.

Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu

Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub. xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb. Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub. Subay və evin tək oğlu olan mərhum Fövqəladə Halla

01.11.2026 220
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

01.11.2026 152
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 200
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

01.11.2026 170
.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

01.11.2026 206
.

Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb

Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd

01.11.2026 203
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

01.11.2026 239
.