Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"
"İçərisində Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi məktəbdə yandırıblar".
Bunu "Report"un Qərb bürosuna müsahibəsində Meşəli kənd orta məktəbinin keçmiş direktoru Alış Alışov bildirib.
"Bu hadisələrdən öncə dəfələrlə ermənilər bizim kəndin camaatına qarşı düşmənçilik hisslərini göstəriblər. Onlar müharibə başlayandan mütəmadi olaraq kəndi ataşə tuturdular. Bir dəfə dərs zamanı məktəbi raketlə vurdular, xəsarət alanlar oldu. Məktəbə ciddi zərər dəydi", - A.Alışov deyib.
Onun sözlərinə görə, 1991-ci il dekabrın 23-də səhər saatlarında erməni hərbçiləri kəndi 3 yerdən atəşə tutaraq hücuma keçir. Həmin vaxt məktəb direktoru və özünümüdafiə dəstəsinin komandir müavini olan müsahibimiz həmin günü belə xatırlayır:
"Bizdə sadəcə 11 təlim avtomatı və bir neçə ov tüfəngi var idi. Kəndin müdafiəsinə gələn 10 əsgər də bizimlə döyüşürdülər. Ermənilər kəndi dayanmadan atəşə tutaraq günahsız dinc sakinlərimizi xüsusi amansızlıqla qətlə yetirirdilər. Yaşlı, cavan, qadın, uşaq demədən hər kəsə divan tuturdular. Mənim şagirdlərimdən biri, 7-ci sinifdə oxuyan 14 yaşlı Allahverdiyev Vidadi Müsül oğlunu məktəbin içərisində yandırmışdılar. Onun külünü atası əlləri ilə yerdən yığıb bir qutuya doldurdu və Laçında qəbiristanlıqda torpağa tapşırdı. Erməni silahlı dəstəsinin öndə gedənlərdən biri də Vaqif Xaçatryan idi. O həm qatil, həm də talançı idi. Qətlə yetirilən sakinlərin evinə soxularaq orada pul, qızıl-zinət və digər ev əşyalarını mənimsəyirdi. Həmin vaxt kənd sakinlərindən birini yaralı halda özü ilə girov da aparmışdı. Sonradan bildik ki, Barat adlı gənc özünü maşından ataraq qaçıb".
A.Alışov Xaçatryanın saxlanıldığını eşidəndə qürur hissi yaşadığını vurğulayıb:
"Şükürlər olsun ki, cinayətkar ələ keçdi və qanunvericiliyə uyğun olaraq öz cəzasını çəkəcək. Onunla yanaşı, digərlərinin də cəzasını çəkməsini arzu edirəm".
Qeyd edək ki, Alış Alışov hazırda Goranboy rayonunun Meşəli qəsəbəsində məskunlaşıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 881 Tarix: 30 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 165 İran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
01.11.2026 192 Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
01.11.2026 437 Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb
01.11.2026 198 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
01.11.2026 206 Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə
01.11.2026 200 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
01.11.2026 208 İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video
"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə
01.11.2026 250 Tramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
01.11.2026 212