Bakıda şok olay: İki qadın ingilisin çılpaq fotolarını çəkdi, sonra isə... – Təfərrüat

Bakıda şok olay: İki qadın ingilisin çılpaq fotolarını çəkdi, sonra isə... – TəfərrüatBöyük Britaniya vətəndaşı Greer Christopheridindən hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Elnarə və Yasəmənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edilib.

İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Greerin barəsində rusvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.

Elnarə ötən il martın 26-da Greeri Fəvvarələr meydanının yanında görüb. İngiltərə vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər.

Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Greerinin çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Greeridən 205 min 823 manat alıblar.

İstintaq orqanı tərəfindən Elnarənin barəsində Cinayət Məcəlləsinin 1782.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmən isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheri Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.

İttihama münasibət bildirən Elnarə özünü qismən təqsirli bilib. O deyib ki, zərərçəkmişə hədə-qorxu gəlməyib, ondan hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməyib və almayıb. Zərərçəkmişə qarşı dələduzluq edib, onun etibarından sui-istifadə yoluyla pul alıb. Həmin məbləğ də ittihamda yazılan qədər olmayıb.

O, məhkəmədə həqiqətin araşdırılmasını istəyib. Qeyd edib ki, bu işdə Yasəmənin heç bir günahı yoxdur.

Digər təqsirləndirilən Yasəmən isə ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra hakim istintaqının aparılması qaydasını müzakirəyə çıxarıb. Zərərçəkmiş şəxsin nümayəndəsi Orxan Zeynalov bildirib ki, müvəkkili Greeri bir neçə günə ölkəni tərk edəcək. Vəkil Greerinin dindirilməsi ilə məhkəmə istintaqının başlanılmasını təklif edib.

Prokuror və təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz etməyiblər. Hakim isə prosesin əvvəlində zərərçəkmişin, sonra təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsi ilə məhkəmə prosesinin davam etdirilməsi, sonda sənədlərin araşdırılması ilə işə yekun vurulması barədə qərar qəbul edib.

Daha sonra zərərçəkmiş Greeri ifadə vermək üçün kürsiyə dəvət olunub. Tərcüməçinin iştirakı ilə ifadə verən Greeri bildirib ki, 2022-ci il martın 26-da iş təklifi almasını yoldaşları ilə birlikdə qeyd ediblər. Həmin məclisdə spirtli içki qəbul edib və sərxoş olub: "Daha sonra məclisi tərk etdim və Fəvvarələr meydanı istiqanmətinə gəldim.

Orada adını sonradan bildiyim Elnarə mənə yaxınlaşdı. İçki içməyi təklif etdi. Mən üstümdə kifayət qədər pul olmadığını bildirdim. Birlikdə evdən pul götürmək üçün taksiyə mindik və yaşadığım mənzilə getdik. Evdən əvvəlcə 300 manat götürdüm və geri qayıtdım. 20 manat taksiyə verdim. Elnarə 300 manatın az olduğunu bildirdi. Evdən 400 manat da götürdüm".

Zərərçəkmiş qeyd edib ki, Elnarənin mənzilində onun rəsmi sənədləri götürülüb, sənədləri geri qaytarmaq üçün ondan pul tələb ediblər.

Greerinin sözlərinə görə, Elnarə ondan ümumilikdə 211 min manat alıb. Həmin məbləğləri 2022-ci ilin aprelin 13-dən dekabrın 6-dək müddətdə ondan tələb edərək almağa nail olub.

Zərərçəkmiş deyib ki, Elnarənin mənzilində 3 nəfər olublar. Elnarə və Yasəmənlə birlikdə çılpaq yatağa giriblər: "Bizim bu formada fotolarımızı mənə göstərdilər. Bildirdilər ki, həmin fotolardan guya polisin xəbəri olub. Buna görə "fahişəlik" maddəsi ilə iş qaldırılıb. İşin bağlanması üçün ilkin olaraq 2 min manat istədilər. Mən də həmin məbləği onlara verdim. Sonra bu işin notariusda birdəfəlik həll olunması üçün əlavə 2 min manat istədilər. Bildirdilər ki, notariusda işin birdəfəlik bağlanması üçün sənədlər təsdiq olunmalıdır. Mən də həmin məbləğı verdim. Biz bir yerə getdik, guya notariusda iş həll edildi. Orada pulu bir nəfərə verdilər".

Greeri bildirib ki, bundan sonra Elnarə ona hakimin məbləğlə razı olmadığını, məbləği qaldırdığını deyib: "Məndən hakimə çatması üçün 6 min manat istədilər. O pulu da məndən aldılar".

Zərərçəkmiş şəxsin sözlərinə görə, daha sonra Elnarə ona çılpaq fotoları göstərib və pul tələb edib: "Əks halda həmin fotoları həyat yoldaşıma göstərcəklərini dedilər. Onlara həyat yoldaşımı tanımadıqlarını dedim.

Elnarə mənə həyat yoldaşımın fotosunu göstərdi, ona tanıdığını söylədi. Mən yenə ona inanmadım. İngiltərədə olan zaman həyat yoldaşımın istifadəsində olan mobil nömrəyə zənglər gəldi. Amma həmin zənglərə cavab verilmədi. Cavabsiz zənglərə baxdığım zaman Azərbayan nömrəsi olduğunu gördüm. O zaman bildim ki, zəng edən Elnarədir".

Zərərçəkmiş qeyd edib ki, Yasəmənə ümumilikdə Elnarə vasitəsi ilə 3800 manat verib. 2 min manat polisdə işin bağlanması üçün, qalan məbləği isə sınmış telefonuna görə alıblar. O, həmin məbləği Yasəməndən, qalan pulu isə Elnarədən tələb etdiyini deyib.

Prokurorun və vəkillərin suallarını cavablandıran zərərçəkmiş şantaj olunan zaman polisə niyə şikayət etməməsinin səbəbi ilə bağlı deyib: "Bizdə bir işçi var idi. Polisə işi düşdüyü üçün onu işdən azad etdilər. Şirkət polisə işi düşənlərlə işləmək istəmirdi. Onların nizamnəməsində belə bir qayda var. Mən də işimi itirməmək üçün polisə şikayət etmədim".

Məhkəmə prosesi avqustun 16-da davam edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1431   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

01.11.2026 208
.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

01.11.2026 198
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 200
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 129
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

01.11.2026 192
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

01.11.2026 219
.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

01.11.2026 206
.

Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb

Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy

01.11.2026 222
.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik

01.11.2026 379
.