Rusiyalı sosioloq Lukaşenko-Priqojin işbirliyi ilə bağlı xəbərdarlıq etdi: "Putini "arxadan zərbə" gözləyir"
"Rusiya Prezidenti Vladimir Putin "arxadan zərbə" ala bilər. Belə ki, Belarusun psevdoprezidenti Aleksandr Lukaşenko ölkə ərazisindən Moskvaya daxil olunmasında Yevgeni Priqojinin rəhbərlik etdiyi "Vaqner" özəl hərbi şirkətinin üzvləri ilə müttəfiq ola bilər".
Bu sözləri rusiyalı sosioloq və jurnalist İqor Yakovenko "Arqument" verilişinin efirində deyib. Onun sözlərinə görə, Lukaşenkonun nə vaxtsa Rusiya Federasiyasının prezidenti olmaq şansının olduğu ilə bağlı xatirələri canlana bilər.
"Düşünürəm ki, onlar ("Vaqner"çilər - red.) daha çox Rusiyada qarışıqlığın başlayacağı anı gözləyəcəklər və bu zaman Priqojin Belarus ərazisindən Moskvaya giriş cəhdini təkrar edə bilər...", - deyə ekspert bildirib.
Həmsöhbət əlavə edib ki, 1990-cı illərdə Lukaşenko ciddi şəkildə özünü Rusiyanın prezidentinə çevirmək imkanını nəzərdən keçirib. "Bu ideya ciddi olaraq nəzərdən keçirilirdi, onun müttəfiqləri var idi. Çünki o vaxt o, gənc, enerjili, kifayət qədər xarizmatik lider kimi görünürdü. Və prinsipcə, kommunistlər onun Rusiya prezidentliyinə namizədliyi barədə düşünürdülər", - deyə Yakovenko qeyd edib.
Sosioloq vurğulayıb ki, 2000-ci illərin əvvəllərində bu ideya artıq absurd hesab edilirdi. "...amma indi, Putinin açıq-aşkar zəiflədiyi, artıq əvvəlki kimi olmadığı bir zamanda Lukaşenkonun bir vaxtlar şansı olduğuna, Rusiyanın dəstəyinə malik olduğuna dair xatirələri canlana bilər. Və əgər, belə demək mümkünsə, "Vaqner" özəl hərbi şirkəti kimi bir zəncirlənmiş itə sahibsənsə… əminəm ki, bu fikirlər indi Lukaşenkonun ağlına tez-tez gəlir...", - deyə jurnalist ehtimallarını dilə gətirib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 843 Tarix: 30 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLixaçyov: Ukrayna ordusu Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırıb
Avqustun 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Qara dənizdə FESCO şirkətinə ("Rosatom"a daxildir) məxsus "Yanina" konteyner gəmisi batıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçyo
17:40 55 ABŞ rəsmiləri bu həftəsonu İrana yeni zərbələr endirməyi planlaşdırır
Planlarla tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Prezident Donald Tramp müharibəyə son qoymaq üçün bir həll yolu axtardığı bir vaxtda, ABŞ bu həftə sonu İrana yeni zərbələr endirməyi planlaşdırır. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, zərbələrin dəqiq miqyası və ABŞ-ın hədəf ala biləcəyi potensia
09:43 186 Fədayə Laçın həbsxana həyatından danışdı
Müğənni Fədayə Laçın şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Axşam.az xəbər verir ki, sənətçi "Astar" yutub layihəsində ailəsində yaşadığı çətinliklərdən danışıb. F.Laçın bildirib ki, atası anasına xəyanət etdikdən sonra valideynləri ayrılıb:. "Atam anama xəyanət edib. Ana
12:29 219 BTS "Qremmi"ni boykot etdi
Cənubi Koreyanın məşhur BTS qrupu bu il "Qremmi" mükafatına namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Qremmi"də Koreya, Yaponiya və Çin pop musiqisi üçün ayrıca "Ən yaxşı Asiya pop musiqisi ifası" nominasiyasını
31.07.2026 328 Tramp: Vitkoff, Kuşner, Vens və Rubio İran danışıqlarında iştirak edirlər
ABŞ prezidenti Donald Tramp cümə günü Kemp Deviddə jurnalistlərlə söhbətində ABŞ-ın hələ də İranla danışıqlar apardığını və razılığa gəlməyə çalışdığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Tramp danışıqlarda vitse-prezident JD Vance, dövlət katibi Marko Rubio və elçilər Care
10:34 205 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. BİG.AZ xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükd
10:14 196 Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsi Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşlarının Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin mütəxəssisləri ilə birgə keçirdikləri tədbirlərlə Kür çayında elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlamaqda şübhəli bilinən K.Gülməmmədov saxlanılıb
17:20 88 Pakistanda qar uçqununda itkin düşən alpinistlərdən daha dördünün meyiti tapıldı
Pakistanda yerləşən Broud-Pik dağında (8 051 metr) qar uçqunu nəticəsində əlaqə kəsilən 10 alpinistdən 8-nin meyiti xilasedicilər tərəfindən aşkar edilib. xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb. Bundan əvvəl yürüş iştirakçılarından dördünün cəsədinin tapıldığı bildirilmişdi
17:10 108 Maaş və pensiyalarla bağlı YENİ XƏBƏR: Sentyabr-oktyabr aylarında...
Azərbaycanda maaş və pensiya kartlarından istifadə ilə bağlı yeni dəyişikliklər hazırlanır. xəbər verir ki, AzTV-yə müsahibəsində çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və yeniliklərin sentyabr-oktyabr aylarında təqdim edilməsi planlaşdırılır
14:27 217