"Titanik"ə səfərdə batan batiskaf şirkətinin həmtəsisçisi 1000 nəfəri ən isti planetə göndərmək istəyir
"OceanGate" şirkətinin həmtəsisçisi Gilyermo Zönlyayn 2050-ci ilə qədər Venera planetində üzən koloniyaya 1000 adam göndərmək istəyir.
Gələcəyə böyük ümidlər bəsləyən Gilyermo Zönlyayn bildirib ki, o vaxta qədər Veneranın sulfat turşusu buludlarında 1000 insanın yaşamasını istərdi.
"Titanik"ə səfər edən "Titan" sualtı qayığında baş verən faciədən və batiskafın enişdən bir neçə saat sonra partlamasından sonra "OceanGate"in innovasiya və təhlükəsizliyə yanaşması ilə bağlı narahatlıqlar artıb. Lakin Gilyermo Zönlyayn son hadisələrin onun ambisiyasını azaltmasına imkan verməyib. O iddia edir ki, bəşəriyyət innovasiyanın sərhədlərini genişləndirməyə davam etməlidir.
"OceanGate" isə Zönlyaynın yeganə şirkəti deyil. İş adamının ən son və bəlkə də ən iddialı planı insanları Venera atmosferində yaşamağa göndərməkdir.
O, həmçinin planının göründüyü qədər də ağılsız olmadığını iddia edir. "Məncə, bu, 2050-ci ilə qədər bir milyon insanı Marsın səthinə çıxarmaqdan daha az iddialıdır", - deyə o, "Insider" nəşrinə müsahibəsində bildirib.
Qeyd edək ki, Venera Günəş sistemindəki ən isti planetdir. Onun atmosferi karbon qazı ilə doludur, səthinin temperaturu qurğuşunu əritmə gücünə malikdir, buludların arasından isə sulfat turşusu yağır. NASA-nın məlumatına görə, onun atmosfer təzyiqi sarsıdıcıdır və Yerdəkindən 90 dəfədən çoxdur.
Buna baxmayaraq, Zönlyayn bəşəriyyətin niyə bu planetdə yaşamaq üçün cəhd etmədiyini başa düşmür. O, bəzi tədqiqatlara işarə edərək vurğulayıb ki, insanlar nəzəri olaraq sağ qala bilərlər. Belə ki, tədqiqatlara əsasən, səthdən təxminən 30 mil məsafədə Venera atmosferinin bir hissəsi var və burada temperatur daha aşağı, təzyiqlər daha az intensivdir.
Zönlyaynın fikrincə, kosmik stansiyanı buludlardakı sulfat turşusuna tab gətirə biləcək şəkildə layihələndirmək mümkün olsaydı, o zaman nə vaxtsa yüzlərlə və minlərlə insan Venera atmosferində yaşaya bilərdi.
Onun sözlərinə görə, 2050-ci ilə qədər üzən koloniya Veneranın atmosferində 1000 nəfəri yerləşdirə biləcək, lakin bunun necə baş verəcəyi bəlli deyil.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1034 Tarix: 30 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
09.11.2026 374 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 753 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
11.11.2026 1203 Payızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 476 Peçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 419 Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 339 Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 681 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür
Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri
08.11.2026 511 Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
08.11.2026 343