Azərbaycan diaspor təşkilatları Laçın yolu ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıb

Azərbaycan diaspor təşkilatları Laçın yolu ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıbAzərbaycan diaspor təşkilatları Laçın-Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bəyanatda deyilir:

"Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 28 iyul 2023-cü il tarixli bəyanatı bizdə böyük təəccüb və təəssüf hissi yaratdı. Bu açıqlama Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.

Azərbaycan diaspor təşkilatları bildirir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadaya alınması və humanitar fəlakətlə üzləşməsi barədə deyilənlər Ermənistanın beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdığı növbəti böhtan və cəfəngiyyatdır. Belə ki, 2020-ci ildə 44 gün davam edən və Azərbaycanın tarixi zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən qısa müddət sonra rəsmi Bakı 30 illik işğala və məşəqqətlərə baxmayaraq, iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış edib. Ermənistan tərəfi bu sülh təşəbbüslərinə uzun müddət cavab verməsə də və müxtəlif bəhanələrlə prosesi ləngitsə də, Azərbaycan tərəfi qətiyyət göstərərək sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin irəlilədilməsi üçün xoşməramlı səylərini davam etdirib. Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi qısa müddətdə başa çatdırılıb və yol istifadəyə verilib.

Ermənistan tərəfi isə bunun əksinə, "beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib və faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib. Eyni zamanda 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmayıb, mina xəritələrini rəsmi Bakıya təqdim etmək əvəzinə, Azərbaycan ərazilərini minalamaqda davam edib, nəticədə 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist olmaqla, ümumilikdə 303 Azərbaycan vətəndaşı mina qurbanına çevrilib.

Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində "Laçın" sərhəd-buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə bölgədə saxta "gərgin humanitar vəziyyət" barədə iddialar yayıb. Eyni zamanda 15 iyun tarixində Azərbaycan sərhədçilərinin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün "Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.

Azərbaycan diaspor təşkilatları bəyan edir ki, Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir. Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür. Eyni zamanda 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyona yaxın azərbaycanlının çəkdiyi iztirablara, Ermənistanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsinə, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamasına, Naxçıvan Muxtar Respublikasını 32 ildir blokadaya almasına, son üç il ərzində Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə göz yuman bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 545   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 218
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

01.11.2026 202
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

01.11.2026 205
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

01.11.2026 192
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

01.11.2026 223
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

01.11.2026 200
.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

01.11.2026 212
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 129
.