Xaricdən Azərbaycana müalicəyə gələnlər: Səhiyyəmiz tibbi turizm üçün hazırdırmı? - ARAŞDIRMA

Xaricdən Azərbaycana müalicəyə gələnlər: Səhiyyəmiz tibbi turizm üçün hazırdırmı? - ARAŞDIRMADövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizmin inkişaf istiqamətlərinin araşdırıldığını elan edib. Agentlik sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, Azərbaycanın tibbi turizm məhsulları yaradaraq beynəlxalq bazarlara çıxarmaq imkanı, bu sahədə potensialı böyükdür.

Qeyd etmək yerinə düşər ki, tibbi turizm ilk baxışdan anladığımız sağlamlıq turizmindən bir qədər fərqli məqamdır. Belə ki, sağlamlıq turizminin inkişafından bəhs ediləndə ölkədəki müalicə, şəfa və istirahət mərkəzlərinə, sanatoriyalara turistlərin cəlb edilməsindən söhbət gedirsə, tibbi turizm xəstəxanalarda göstərilən xidmətlərin əcnəbilərə təqdim edilməsidir. Qısacası, tibbi turizm sağlamlıq turizminin alt seqmentlərindən biridir.

Kənan Quluzadə mətbuata açıqlamasında fikirlərinin davamı olaraq vurğulayıb ki, müalicə, tibbi prosedurlar, əməliyyatlar məqsədilə gələn turistlərə plastik cərrahiyə, oftalmologiya, stomatologiya və digər sahələr üzrə turizm məhsulları təklif etmək olar. Yaxın Şərq, Hindistan, Pakistan və Mərkəzi Asiya ölkələrindən bu məqsədlə müştərilər cəlb etmək mümkündür.

Tibbi turizmin inkişafı haqqında Oxu.Az-a danışan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd edib ki, bu sahənin inkişafı ilə bağlı təşviq proqramlarının hazırlanması, marketinq siyasətinin sistemli həyata keçirilməsi üçün təkliflər verilib. Azərbaycan Turizm Bürosu bu istiqamətdə əsaslı işlər görür:

"Ancaq düşünürük ki, qısa müddətdə tətbiq edilə biləcək tədbirlər planı olmalıdır. Azərbaycan tibbi turizmdən pay ala bilsin deyə, bu sahənin işlənməsi sürətləndirilməlidir. Dünya ölkələrində müxtəlif məhdudiyyətlərin olması Azərbaycan üçün yeni fürsətlər, imkanlar açır. Sahibkarlıq subyektlərinin bu istiqamətdə təşviqi, yeni sağlamlıq-turizm mərkəzlərinin tikilməsinə və kadr məsələlərində önəmli addımlar atılmasına ehtiyac var.

Azərbaycan termal turizm, sanator-kurort müalicəsindən daha çox tibbi turizmdən qazana bilər. Bu prosesdə səhiyyənin inkişafı və xarici ölkələrdə təbliğatı vacibdir. Beləliklə, Azərbaycan sərhədyanı ölkələrdən, eyni zamanda müxtəlif prioritet bazarlardan pay almaq imkanına malik olacaq".
"New Era" turizm şirkətinin rəhbəri, turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov isə düşünür ki, ümumilikdə sağlamlıq turizminin inkişafı üçün Azərbaycanda potensial yüksəkdir. Elə kurort-sanatoriyalar, tibb müəssisələri, istirahət və müalicə məqsədilə müraciət edilən obyektlərın sayı çox, xidmət keyfiyyəti qənaətbəxşdir:

"Hesab edirəm ki, Bakıda və Abşeron yarımadasında palçıq vulkanları, Naftalanda neftdən istifadə etməklə müalicə həyata keçirilən sanatoriya, işğaldan azad edilmiş ərazilərdə istisu və əhəmiyyətli yerlər var. Əslində bunların hamısını turizmə qazandırmaq olar. Sadəcə, sağlamlıq turizmi elə bir sahədir ki, o daha çox infrastrukturla bağlıdır. Məsələn, Abşeronda müalicəvi palçıq vulkanlarının olması kifayət deyil. Burada sanatoriyalar hazırlanmalıdır, ölkəyə gələn turistlər üçün xüsusi xidmətlər təklif edilməlidir ki, turizmin bu növünə maraq artsın.

Turizm təşviq və diqqət tələb edən sahədir. Əgər yaxşı tədbirlər planı tətbiq edilsə, tibb və sağlamlıq turizmi gəlirli sahəyə çevriləcək. Biz əcnəbi turistlərin müalicə və istirahət üçün Azərbaycanı seçməsini istəyiriksə, xəstəxanaların, tibbi laboratoriyaların, səhiyyə infrastrukturunun, kadr hazırlığının yüksəldilməsinə diqqət etməliyik. Hazırda hər kəsə aydındır ki, ölkəmizdə səhiyyənin vəziyyəti tam yüksək səviyyədə deyil. Üstəlik qiymətlər də digər ölkələrə nisbətən bahadır. İlk növbədə bu xidməti mükəmməl səviyyəyə gətirmək, daha sonra xarici bazarlara satmaq daha məqsədəuyğundur. Xəstəxanalara yaxın ərazilərdə istirahət mərkəzlərinin, hotellərin, bölgələrdə müalicəvi əhəmiyyətli yerlərdə sanatoriyaların olması vacibdir. Bu istiqamətdə uğur əldə etmək istəyiriksə, tur şirkətləri də məlumatlı və maraqlı olmalı, müalicə üçün Azərbaycanı seçən əcnəbilərə məhsul təqdim edə bilməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 218
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

01.11.2026 202
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

01.11.2026 205
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

01.11.2026 192
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

01.11.2026 223
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

01.11.2026 200
.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

01.11.2026 212
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 129
.