Bu il hepatit B və C diaqnozu qoyulan xəstələrin sayı AÇIQLANDI

Bu il hepatit B və C diaqnozu qoyulan xəstələrin sayı AÇIQLANDIAzərbaycanda B və C hepatitlərinin yayılmasına qarşı mübarizə tədbirləri aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, "B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya" fəaliyyət göstərir.

Sözügedən komissiya B və C virus hepatiti infeksiyasına yoluxmuş xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən imzalanmış 10 fevral 2022-ci il tarixli qərara əsasən TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin bazasında yaradılıb. Komissiya tərəfindən ilk xəstələrin qəbuluna 20 aprel 2022-ci il tarixdə başlanılıb.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 31 yanvar 2023-cü il tarixli əmri ilə Komissiyanın Əsasnaməsi təsdiq edilib. Komissiya sədr, katib və beş nəfər ixtisaslı həkimdən ibarət üzvlərdən ibarətdir.

2023-cü ilin iyul ayına qədər "B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya"nın fəaliyyəti nəticəsində 1329 nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır. Komissiyadan keçən xəstələrdən 367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub.

B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1086 (müraciət edənlərdən 82%) nəfər olub. Onlardan 502 (46,2%) nəfər Bakı şəhəri qeydiyyatında olanlardır. Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3%) nəfər hepatit C, 227 (20,9%) nəfər hepatit B, 19 (1,7%) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub.
Hepatitlərin müalicəsinin əlçatanlığını təmin etmək məqsədi ilə ölkənin digər regionlarında da komissiyaların təşkili planlaşdırılır. Əhali arasında viruslu hepatitlərin yayılmasının qarşısını almaq üçün TƏBİB əlaqəli beynəlxalq qurumlarla işi davam etdirməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hepatitlərin eliminasiya strategiyası çərçivəsində 2030-cu ilə qədər hepatitə yeni yoluxmaların 90%, hepatitlə əlaqəli ölümlərin isə 65% azaldılmasını hədəfləyib. Bu məqsədlə hepatitlərin diaqnostikası, immunoprofilaktikası və müalicəsinin ilkin səhiyyə xidmətləri çərçivəsində əlçatanlığı təmin olunmalıdır. Hazırda hepatit A və B-nin qarşısının alınması üçün effektiv və təhlükəsiz peyvəndlər mövcuddur. Bu peyvəndlərin milli peyvənd təqviminə daxil edilməsi ÜST tərəfindən tövsiyə olunub və ölkəmizdə tətbiq olunmaqdadır. Səhiyyə xidmətləri ilə əlaqəli yoluxmaların qarşısını almaq üçün isə donor qanları müvafiq skrininqlərdən keçirilməli, müəssisə daxilində təhlükəsiz inyeksiya qaydalarına əməl olunmalı, tibb işçilərinin peyvəndlənməsi təşviq edilməlidir.

Qeyd edək ki, ÜST-ün 2019-ci ildə verdiyi məlumatlara əsasən, dünyada hepatit C ilə yaşayan insanların sayı 58 milyon, hepatit B ilə yaşayanların sayı isə 296 milyon nəfər təşkil edib ki, onlardan da 1,1 milyon nəfəri 2019-cu ildə bu infeksiyalar və onların təsiri, o cümlədən qaraciyər xərçəngi, sirroz və xroniki virus hepatitlərinin səbəb olduğu digər ağırlaşmalar səbəbindən vəfat edib.

Əlverişli, təhlükəsiz və effektiv müalicə üsulları ilə hepatit B ilə yaşayan insanlarda qaraciyər xəstəliklərinin və qaraciyər xərçənginin qarşısının alınması, eyni zamanda hepatit C ilə yaşayan insanları isə tam sağaltmağın mümkün olmasına baxmayaraq, ÜST-ün hesablamalarına görə, dünyada hepatit B infeksiyasına yoluxmuş insanların yalnız 10%-i, hepatit C infeksiyasına yoluxmuş insanların isə 21%-i öz xəstəliklərindən xəbərdardırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 640   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 218
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

01.11.2026 202
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

01.11.2026 205
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

01.11.2026 192
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

01.11.2026 223
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

01.11.2026 200
.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

01.11.2026 212
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 129
.