Laçında saxlanılan soyqırımı iştirakçısı Xaçaturyanın FOTOSU
Xəbər verdiyimiz kimi, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Ölkə.Az xəbər verir ki, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılmasının təmin ediləcəyi bildirilir.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İstintaqla müəyyən edilmişdir ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salınıb.
Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1155 Tarix: 29 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video
"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə
01.11.2026 250 Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
01.11.2026 205 Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
01.11.2026 202 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
01.11.2026 206 ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb
ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik
01.11.2026 379 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
01.11.2026 205 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 165 Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
01.11.2026 200 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
01.11.2026 318