Radiotezliklərin ayrılması haqqında qərarın hansı hallarda ləğv ediləcəyi müəyyənləşib - SİYAHI
Radiotezliklərin ayrılması haqqında qərarın hansı hallarda ləğv ediləcəyi müəyyənləşib.
"Report"un xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Dəyişikliklə qərarın 2.35-ci bəndi yeni redaksiyada verilib. Yeni redaksiyaya əsasən radiotezliklərin ayrılması haqqında qərar "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv ediləcək:
1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;
2. radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 (bir) ay müddətində radiotezlik istifadəçisi tərəfindən DRİ ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;
3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 (iki) il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 (üç) ay müddətində istifadə edilmədikdə.
Dəyişiklikdən əvvəl isə qərarın 2.35-ci bəndi belə idi: "İstifadəçilər tərəfindən radiorabitə vasitələrinin istismarı şərtlərinin pozulması faktları (bu faktlar avadanlığın texniki kənaraçıxmaları ilə əlaqədar baş verdiyi halda da) aşkar edildikdə, həmin avadanlıqların istismarına DRİ tərəfindən verilən "icazə"lərə məhdudiyyət qoyulur və ya onlar ləğv edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 648 Tarix: 29 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
01.11.2026 205 Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb
Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy
01.11.2026 222 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bunu "Report"a yerli fermerlər bildiriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya
01.11.2026 223 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
01.11.2026 189 Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb
01.11.2026 170 ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
01.11.2026 213 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub. xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb. Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub. Subay və evin tək oğlu olan mərhum Fövqəladə Halla
01.11.2026 220 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
01.11.2026 318 İran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
01.11.2026 192