Xocalı faciəsini işıqlandıran amerikalı jurnalist Tomas Qoltz vəfat edib
Amerikalı məşhur hərbi jurnalist, Birinci Qarabağ müharibəsi və Xocalı faciəsi haqqında kitab yazan Tomas Qoltz vəfat edib.
Oxu.Az xatırladır ki, Tomas Qoltz 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olub. O, Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında böyüyüb, Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirib.
Tomas Qoltz 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub. Bu müddət ərzində o, yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir edib. 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi, "Çeçenistan gündəliyi"ndə birinci Çeçenistan müharibəsindən, "Gürcüstan gündəliyində" isə gürcü-abxaz münaqişəsi barədə bəhs olunur.
Dəfələrlə ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilən Tomas Qoltz Birinci Qarabağ müharibəsində Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı üçün Ermənistanda arzuolunmayan şəxslər siyahısına salınaraq girişinə qadağa qoyulub. Özünün də qürurla qeyd etdiyi kimi, dünyanın bir çox ölkələrində və o cümlədən, yaşadığı Amerikada, onu Azərbaycanın və Heydər Əliyevin dostu kimi tanıyıblar.
"Çeçenistan gündəliyi" kitabı 2003-cü ildə nəşr edilib, 2005-ci ildə türk dilinə tərcümə edilib. "Gürcüstan gündəliyi" isə 2006-cı ildə işıq üzü görüb.
Tomas Qoltz bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışıb.
2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülüb.
Qoltz 2023-cü il iyulun 28-də yaşadığı ABŞ-nin Montana ştatının Livinqston şəhərində 69 yaşında vəfat edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 701 Tarix: 29 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
01.11.2026 205 Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:
01.11.2026 181 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
01.11.2026 205 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq
Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı
01.11.2026 129 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
01.11.2026 218 Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
01.11.2026 254 Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
01.11.2026 221 Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə
01.11.2026 200 Bu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
01.11.2026 255