Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi "Su-25 ML" hücum təyyarələri "Laçın" adlanacaq
Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi "Su-25 ML" hücum təyyarələri "Laçın" adlanacaq.
Bu barədə iyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə məlumat verilib.
General-polkovnik İstanbulda keçirilən "IDEF-23" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin "Su-25 ML" (modernizə edilmiş "Laçın") atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.
Qeyd edək ki, iyulun 26-da Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında "Su-25" modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi" keçirilib. "IDEF-23" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak ediblər. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 575 Tarix: 29 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBarselonada 700 il sonra İspan kraliçasının meyiti tapıldı
Barselonada qazıntılar zamanı İspan kraliçasının qalıqları tapılıb. xarici mediaya istinadla xəbər verir ki, XIV əsrdə əsası qoyulmuş Santa Maria de Pedralbes Monastery monastırının ərazisində aparılan qazıntılar aparılıb. Tapılan skeletlər arasında Elisenda de Monkadanın qalıqları da olub. Araqon v
02.06.2026 251 Kürdəmirdə məktəblinin meyiti tapıldı
Kürdəmir rayonunda 15 yaşlı oğlan vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib. 2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlu Allahverdiyevin meyitini yaxınları evin həyətindəki yardımçı təsərrüfatda aşkar ediblər. Faktl
02.06.2026 320 50 min manatdan yuxarı məbləğdə leqallaşdırma daha ağır cəzalandırılır
"Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma dedikdə cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmi
02.06.2026 222 56 aptekdə yoxlama - 18-də nöqsan tapıldı
May ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaları
02.06.2026 182 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyn
02.06.2026 265 Tramp İranla danışıqların davam etdiyini bildirib
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Tehranın hərbi əməliyyatlara son qoymaq üçün ABŞ ilə dolayı danışıqları dayandırdığı barədə xəbərə baxmayaraq, İranla danışıqların davam etdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp Truth Social-da paylaşım edərək bildirib ki, "İra
02.06.2026 178 Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: "makler" DANIŞDI
Bakı Ağır Cinayətlər Məhkəməsinə eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən "Star-M", "ŞANS" və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəmin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, şahid İ.R təqsirləndirilən M.Məhərrəmov
02.06.2026 238 Tarixi birləşmə planına MOSKVA ƏNGƏLİ - Rusiyanın hədəfindəki növbəti iki ölkə BƏLLİ OLDU
Son zamanlar Moldovada Rumıniya ilə birləşmək istəyi yenidən aktuallaşıb. Ölkənin Prezidenti Mariya Sandu və xarici işlər nazirinin timsalında Kişinyov növbəti dəfə Rumıniya ilə birləşmənin vacibliyini önə çəkib. Bu da onu göstərir ki, Kişinyov həmin məsələdə qətidir. Amma burada hələ də bir proble
02.06.2026 250 Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib, daha sonr
02.06.2026 434