Dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri məlum oldular

Dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri məlum oldularİyulun 31-dən avqustun 6-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın ilk günlərində yunan-Roma güləşçilərimiz çıxış edəcəklər. Heyətdə Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Tural Əhmədov (55 kq), Roman Kərimov (60 kq), Yusif Əhmədli (65 kq), Cavad Məmmədov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yer alıblar.

Daha sonra qadın güləşi üzrə mübarizə baş tutacaq. Səadət Quliyeva (43 kq), Ruzanna Məmmədova (53 kq), Günay Qurbanova (57 kq) və Zəhra Kərimzadə (69 kq) uğur qazanmağa çalışacaqlar.

DÇ-nin son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Sədrəddin Həsənov (51 kq), Tural Əliyev (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), İsmayıl Əsədli (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) ölkəmizi təmsil edəcəklər.
"Başakşehir" İdman Kompleksində keçiriləcək yarışda görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Dünya çempionatında 1-ci dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 673   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Meyvə bazarında qiymət fərqlərinin səbəbi açıqlandı

"Hava şəraiti ilə əlaqədar olaraq bazarda bəzi meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə oluna bilər. Lakin bu bahalaşmanın bütün məhsullara aid olduğunu söyləmək düzgün olmaz. Çünki iqlim dəyişiklikləri və qeyri-sabit hava şəraiti müxtəlif meyvə ağaclarına fərqli təsir göstərir"

02.06.2026 331
.

İmtahan ballarının artırılması sosial bərabərsizliyi dərinləşdirə bilərmi?

"İmtahan ballarının artırılması məsələsi həm təhsil ekspertləri, həm valideynlər, həm də şagirdlər arasında həmişə böyük rezonans doğuran, çoxşaxəli və kifayət qədər həssas bir mövzudur. Bu addımın nə dərəcədə düzgün olub-olmaması məsələsinə birdəfəlik "bəli" və ya "xeyr" cavab

02.06.2026 210
.

Tarixi birləşmə planına MOSKVA ƏNGƏLİ - Rusiyanın hədəfindəki növbəti iki ölkə BƏLLİ OLDU

Son zamanlar Moldovada Rumıniya ilə birləşmək istəyi yenidən aktuallaşıb. Ölkənin Prezidenti Mariya Sandu və xarici işlər nazirinin timsalında Kişinyov növbəti dəfə Rumıniya ilə birləşmənin vacibliyini önə çəkib. Bu da onu göstərir ki, Kişinyov həmin məsələdə qətidir. Amma burada hələ də bir proble

02.06.2026 257
.

Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: "makler" DANIŞDI

Bakı Ağır Cinayətlər Məhkəməsinə eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən "Star-M", "ŞANS" və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəmin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, şahid İ.R təqsirləndirilən M.Məhərrəmov

02.06.2026 245
.

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Tanınmış vəkil Pərviz Məmmədovla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında maraqlı məhkəmə çəkişməsi baş tutub. "Qafqazinfo" xəbər verir ki, vəkilin şikayətçi olduğu işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Pərviz Məmmədov Bakı şəhərinin BülBül prospektində avtomobilini saxlayara

02.06.2026 358
.

"İlham Əliyevin çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutdu" - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın son 30 ildə enerji sahəsində qazandığı uğurların, həyata keçirdiyi uzaqgörən strategiyanın və formalaşdırdığı etibarlı tərəfdaşlıq modelinin növbəti dəfə beynəlxalq auditoriyaya təqdimatı oldu

02.06.2026 229
.

Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı Seda Sayanın proqramında qonaq olub. Axşam.az-ın məlumatına görə, aparıcı uşaqlıq illərindən danışarkən göz yaşlarına hakim ola bilməyib. "İmtahana vermək üçün atam məni universitetə apardı. Müharibənin ən pis vaxtları idi. Atam bulağın başını göstəri

02.06.2026 438
.

Telefonda "bəli" demək niyə təhlükəlidir?

Naməlum nömrələrdən gələn bezdirici zənglər rəqəmsal dövrün ən ciddi problemlərindən birinə çevrilib. Bir çox istifadəçi hər gün onlarla arzuolunmaz zənglə qarşılaşır və bu çağırışların əhəmiyyətli hissəsinin arxasında peşəkar dələduz şəbəkələri və qeyri-qanuni çağrı mərkəzlərinin dayandığı bildirilir

02.06.2026 285
.

Tramp İranla danışıqların davam etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Tehranın hərbi əməliyyatlara son qoymaq üçün ABŞ ilə dolayı danışıqları dayandırdığı barədə xəbərə baxmayaraq, İranla danışıqların davam etdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp Truth Social-da paylaşım edərək bildirib ki, "İra

02.06.2026 179
.

TOP MP3