Evlərindən bir milyon manat oğurlanan prorektor yüksək vəzifəyə gedir?

Evlərindən bir milyon manat oğurlanan prorektor yüksək vəzifəyə gedir?Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva işdən çıxarılır.

AzFakt.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru G.Əliyevanın daha yüksək vəzifəyə gedəcəyi iddia edilir.

Qeyd edək ki, G.Əliyeva 2005-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və Azərbaycan dili" kafedrasının müdiri, 2012-ci ildən "Tərbiyə işləri üzrə" prorektor, 2015-ci ildən "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektor vəzifəsində çalışır. Gülşən Əliyeva AMEA-nın professoru, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) qızıdır.

Xatırladaq ki, bir neçə il öncə Aybəniz Əliyevanın evindən bir milyon manat oğurlanmışdı. Xanım alimin evində bir milyon manat olması və evin qulluqçusu tərəfindən bu vəsaitin oğurlanması ölkə mediasında geniş rezonans yaratmışdı. O zaman hadisə ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva mediaya açıqlama verərək alimin evində bir milyon vəsaitin olmağını qeyri-adi hal hesab etməmişdi: "Əgər siz, həqiqətən, jurnalistsinizsə, hüquq-mühafizə orqanlarına müraciət etməyə hüququnuz var. Nəsimi rayon Prokurorluğuna rəsmi şəkildə sənədlərimizi təqdim etmişik. Bizim "Sovetski" adlanan ərazidə, Mirzə Fətəli küçəsində 2 mərtəbəli mülkümüz olub. Hökumət o evin əvəzində bizə 220 min pul verib. Bundan əlavə, əlimizdə digər pulların da mənbələri var. Yəqin ki, orada soyadımızı oxudunuz. Biz məşhur Kəngərli nəlindənik, köklü ailəyik. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Kefli İsgəndərin prototipi mənim babamdır. Biz qələm əhliyik. Başa düşürəm, sizə də bir xəbər lazımdır. Əslində, bir ziyalının tərəfini qoyub, oğrunun tərəfini saxlayırsınız. Bu adam 2015-ci ildən evimizdən bu şeyləri yavaş-yavaş aparıb. Sadəcə, anam buna inanıb ki, yazıqdır, kasıbdır. Deyir, guya anam xəstə olub və anama baxdığı üçün bu şeyləri ona hədiyyə vermişəm. Mənim bacım məşhur həkimdir, skaleoz əməliyyatları həyata keçirir. Bacım anamı yox, yüzlərlə başqa adamı müalicə edir. Aybəniz xanım onkoloji xəstədir. Biz onu dizimizin üstündə Almaniyaya, digər şəhərlər aparıb müalicə elətdirmişik. Aybəniz xanım 50 ildir bu sahədə işləyir, bir neçə 50-70 minlik qrantları var. Bunların hamısı sənədlidir. Bacım həkimdir, etdiyi əməliyyatların rəsmi qiyməti 5 min manatdır, mən özüm 1800-1900 manat məvacib alıram. Atam professor alim idi, ölkədə çox nadir bir elmlə - ilan zəhəriylə məşğul olurdu. Mən də Mədəniyyət və İncəsənət Universitetinin prorektoruyam. Universitetin 2500 tələbəsi var, 20 ildir orada dərs deyirəm. Hər yerdə bizim tələbələrimiz işləyir. Onlardan məni soruşun. 500 nəfər sənə deyəcək ki, bu müəllimə heç kimə demədən mənim təhsil haqqımı ödəyib, Türkiyəyə gedə bilməmişəm, yolpuluma, biletimə kömək edib. Yüzlərlə adama təmənnasız kömək etmişəm. Fikirləşmişəm ki, mənim də uşağım var və bu yaxşılıqlar nə vaxtsa qarşıma çıxacaq. Bir adam deyə bilməz ki, mən Aybəniz xanıma bir manat rüşvət vermişəm. Elə bir şey mümkün deyil".

Gülşən Əliyevanın yüksək vəzifəyə getməsi xəbərinə ADMİU-dan mövqe öyrənə bilmədik.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1260   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Talama cinayəti paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, zərərçəkən idarə etdiyi "KİA" markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsi

16:20 148
.

Namik Xıdırovun müşaviri vəzifəsindən AZAD EDİLDİ

Dövlət Reklam Agentliyinin tabeliyində fəaliyyət göstərən "İNNOVA" İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktorunun müşaviri vəzifəsindən azad edilib. BİG.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovu

19:03 75
.

Düzgün qidalanırsınız, amma niyə arıqlamırsınız? - 7 mümkün səbəb

Sağlam qidalar qəbul etməyinizə baxmayaraq çəki atmaqda çətinlik çəkə bilərsiniz. Bunun səbəbi qidalanmanın ümumi prosesin yalnız bir hissəsi olmasıdır. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin yazdığına görə, qidalanma vərdişləri və həyat tərzi arıqlama məqsədlərinə çatmağa mane ola bilər

31.07.2026 323
.

Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyada bir sıra mühüm hərbi hədəfləri vurub. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Çernomorskoye ərazisində pilotsuz dəniz katerləri bazası vurulub. Baza qarşı tərəfi

19:30 0
.

ABŞ rəsmiləri bu həftəsonu İrana yeni zərbələr endirməyi planlaşdırır

Planlarla tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Prezident Donald Tramp müharibəyə son qoymaq üçün bir həll yolu axtardığı bir vaxtda, ABŞ bu həftə sonu İrana yeni zərbələr endirməyi planlaşdırır. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, zərbələrin dəqiq miqyası və ABŞ-ın hədəf ala biləcəyi potensia

09:43 189
.

Ursula von der Leyen: Heç kimin qanunsuz Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik

Heç kimin qaydalarımıza əməl etmədən Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik. APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu barədə İspaniyanın Seuta anklavında yaranmış miqrasiya böhranı ilə bağlı "X" sosial şəbəkəsində paylaşımında açıqlama verib

31.07.2026 329
.

Nazir ölümündən bir gün öncə onu ziyarət etmişdi... - Fotolar

Mədəniyyət naziri Adil Kərimli Xalq şairi Nəriman Həsənzadənin ölümündən bir gün öncə onu müalicə olunduğu Mərkəzi Klinikada ziyarət edib. Bu barədə "Qafqazinfo"ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Belə ki, ötən gün baş tutan ziyarət zamanı Mərkəzi Klinikanın baş həkimi Kamran Musaye

11:10 278
.

Pentaqon raket ehtiyatını yeniləmək üçün Konqresdən 18 milyard dollar istəyir

ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) ələkeçirici raket ehtiyatlarının yenilənməsinə 18.2 milyard dollar ayrılması üçün Konqresə sorğu ünvanlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb. Məlumata əsasən, qeyd olunan rəqəm daha öncə göndərilmiş 67 milyard dollarlıq əlavə vəsai

14:40 14
.

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. BİG.AZ xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükd

10:14 201
.

TOP MP3