Rəşadın cəzasındakı 6 ay... - Amnistiyaya düşə bilməz?

Rəşadın cəzasındakı 6 ay... - Amnistiyaya düşə bilməz?Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Qafqazinfo"nun məlumatına görə, məhkəmə qərarı bəlli olandan sonra, sosial şəbəkələrdə hökmlə bağlı müzakirələr aparılır.

Meyxanaçının belə cəza almasına üzülənlər də var, cəzanın yüngül olduğunu düşünənlər də.

Ancaq unudulan bir məqam da var: cinayət heç vaxt cəzasız qalmır!

Bundan başqa, Rəşad Dağlının amnistiyaya düşüb-düşməyəcəyi ilə bağlı müzakirələr də aparılır. Bir çoxu onun tanınmış meyxanaçı olması fikrini irəli sürür və buna görə gələcəkdə vaxtından əvvəl azadlığa çıxa biləcəyini ehtimal edir.

Bu söz-söhbətlərdə ən çox müzakirə olunan məsələ isə onun cəzasının sonluğunda yer alan 6 aylıq müddətdir. Bəziləri isə iddia edir ki, əgər cəzada 6 aylıq müddət varsa, həmin şəxsə amnistiya aktı tətbiq edilə bilməz.

Məsələyə Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Toğrul Vəliyev münasibət bildirib. O, "Qafqazinfo"ya açıqlamasında cəzanın sonluğunda yer alan 6 aylıq müddətlə bağlı müzakirələrin əsassız olduğunu qeyd edib:

"Hər hansı bir cəza təyin olunarkən cəzanın sonluğunda 6 ay və ya hər hansı bir ay olaraq əlavə edilibsə, belə fikirləşirilir ki, həmin şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə və ya amnistiya aktı tətbiq oluna bilməz. Xeyr, bu belə deyil. Çünki cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən Cinayət Məcəlləsinin 76-cı maddəsinə istinad edilir. Xüsusi ilə ağır olan cinayətə görə məhkum edilmiş şəxs cəzasının 3/4 hissəsini çəkdikdən sonra, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər.

Amnistiya gəlincə, bu, elə bir formada qəbul edilib ki, onun müəyyənləşdirilmiş dairəsi var. Bu da Cinayət Məcəlləsinin 81-ci maddəsində öz əksini tapıb. Həmin maddədə deyilir ki, cinayət törətməyə görə məhkum olunmuş şəxslər cəzadan azad edilə, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər. Bundan başqa, belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər".

Vəkil eyni zamanda, Rəşad Dağlı ilə bağlı hökmə də münasibət bildirib:

"İki maddə üzrə təyin edilən cəza var. 120.1-ci maddəyə əsasən, 9 ildən 14 ilədək cəza nəzərdə tutulur. 228.4-cü maddədə isə əlavə cəzalar da var. Azadlıqdan məhrumetmə ilə bağlı bir ilədək cəza nəzərdə tutulub. Hər iki maddə üzrə cəzalar toplanılıb və 9 il 6 aylıq həbs müdddəti təyin edilib. Təyin edilən cəza maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinə daha yaxındır. Amma 9 il 6 ay yüngül cəza deyil. Fikrimcə, maddənin ağırlığı nəzərə alınaraq təyin edilmiş cəzadır".

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1496   Tarix: 28 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lamiyənin gələcək gəlinləri ilə bağlı arzusu

Aparıcı Lamiyə Ələkbərova gələcək gəlinlərindən gözləntilərini açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Günorta efirdəyik" verilişində danışıb. "Hər zaman deyirəm ki, qarşıma xaraktercə özüm kimi gəlin çıxsın, başqasını istəmirəm. Qaynanaya qarşı ürəyi necədirsə, mənə qarş

10:38 261
.

Azərbaycanın iki şəhərinə METRO ÇƏKİLƏCƏK - TARİX AÇIQLANDI

Sumqayıt və Xırdalan istiqamətində yeni metro xəttinin yaradılacağı nəzərdə tutulur. Bildirilib ki, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin çəkilməsi planlaşdırılır. Lakin metronun genişləndirilməsi ilə bağlı bu cür açıqlamalar illərdir səslənsə də, bi

18:04 181
.

Lerikdə zəlzələ oldu

Lerik rayonunda 3,1 maqnitudalı zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb

10:13 185
.

Azərbaycanın sığorta sektorunda müştəri hüquqlarının qorunması gücləndirilir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Sığortaçılarda korporativ idarəetmə Standartları"na dəyişiklikləri təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara görə, şirkətdəki qanun pozuntularını bildirən əməkdaşlar

17:00 134
.

Fədayə Laçın həbsxana həyatından danışdı

Müğənni Fədayə Laçın şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. Axşam.az xəbər verir ki, sənətçi "Astar" yutub layihəsində ailəsində yaşadığı çətinliklərdən danışıb. F.Laçın bildirib ki, atası anasına xəyanət etdikdən sonra valideynləri ayrılıb:. "Atam anama xəyanət edib. Ana

12:29 230
.

İşləyənlərin DİQQƏTİNƏ - Avqustun QEYRİ-İŞ GÜNLƏRİ

Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü nəzərdə tutulmadığından qeyri-iş günləri yalnız həftəsonlarına təsadüf edəcək. Belə ki, beşgünlük iş həftəsi ilə çalışanlar üçün avqust ayında ümumilikdə 10 qeyri-iş günü və 21 iş günü olacaq. İstirahət günləri şənbə və bazar günlərinə - 1-2, 8-9

15:35 235
.

Pakistanda qar uçqununda itkin düşən alpinistlərdən daha dördünün meyiti tapıldı

Pakistanda yerləşən Broud-Pik dağında (8 051 metr) qar uçqunu nəticəsində əlaqə kəsilən 10 alpinistdən 8-nin meyiti xilasedicilər tərəfindən aşkar edilib. xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb. Bundan əvvəl yürüş iştirakçılarından dördünün cəsədinin tapıldığı bildirilmişdi

17:10 144
.

Azərbaycanda manatla geniş pul kütləsi 18 %-ə yaxın artıb

Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 52 milyard 924,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,8 %, ilin əvvəlinə nisbətən 6,1 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 9,

15:40 150
.

Bessent İranda müsadirə edilmiş aktivlərin İran xalqına veriləcəyini bildirib

ABŞ Maliyyə Naziri Skott Bessent cümə günü jurnalistlərə bildirib ki, ABŞ "bütün dünyada İran aktivlərini axtarır və bu pul İran xalqına gedəcək". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Skott Bessent İranda mövcud rejimin mütləq devrilməli olduğunu bildirib. Müəllif: İlkin Məmmədkərimo

10:40 220
.

TOP MP3