Anasını döydüyünə görə atasını öldürdü: İcra başçısının qardaşının qətlində yeni TƏRƏFFÜAT
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlinin bəzi təfərrüatları üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Azay Qaraşov atasını ailədaxili münasibətlərin pozulmasına görə öldürdüyünü etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Bildirilib ki, istintaq tədbirləri ilkin olaraq Kürdəmir Rayon Prokurorluğu tərəfindən həyata keçirilsə də, işin materialları Baş Prokurorluğun İstintaq İdarəsinə verilib. Azay Qaraşov ilkin ifadəsində atası Azər Qaraşovun evdə anasına mütəmadi şiddət göstərdiyini və buna görə onu qətlə yetirmək qərarına gəldiyini deyib.
O da məlum olub ki, hadisə yerinin ilkin müayinəsi zamanı Azər Qaraşovun güllə xəsarətlərindən öldüyü otağın tavanında da güllə izləri aşkar edilib. Müəyyən edilib ki, hadisə vaxtı ata və oğulun olduğu otağa ilk olaraq Azayın bacısı daxil olub. O, qardaşının atasını güllələdiyini görərək onun əlindəki beşatılan adlanan tüfəngi almağa çalışıb. Bu zaman yenidən atəş açılıb və evin tavanına dəyib.
Baş vermiş hadisə ilə bağlı aparılan araşadırmalar zamanı evin tavanındakı güllə izləri, həmçinin digər şübhəli məqamlar kriminalistlərin diqqətini cəlb edib. Bundan sonra davam etdirilən istintaq tədbirləri ilə cinayətin üstünün qısa müddətdə açılması təmin edilib. Ötən gün 24 yaşlı Azay Qaraşov şübhəli şəxs qismində saxlanılıb.
Bu gün Azay Qaraşovun iştirakı ilə hadisə yerinin araşdırılması həyata keçirilib. Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2194 Tarix: 28 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
01.11.2026 206 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
01.11.2026 318 ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb
ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik
01.11.2026 379 Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
01.11.2026 199 İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video
"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə
01.11.2026 250 Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
01.11.2026 202 Bu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
01.11.2026 255 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
01.11.2026 205 Beyləqanda gənc faciəli şəkildə öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır
01.11.2026 231