Qubad İbadoğlunun adı niyə illərdir "UNEC"-də gedir?

Qubad İbadoğlunun adı niyə illərdir "UNEC"-də gedir?Bir neçə gün əvvəl həbs edilən iqtisadçı Qubad İbadoğlunun FETÖ ilə əlaqələrinin olduğu iddia edilib.

BiG.AZ-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb, Q.İbadoğlu saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bəli, aldığımız məlumata görə illərdir xaricdə yaşayaraq Azərbaycan dövlətinin əleyhinə müxtəlif çıxışlar edən partiya sədri Qubad İbadoğlu həm də UNEC-də elmi işçi olaraq fəaliyyət göstərirmiş.

Bəs görəsən Azərbaycana qarşı çıxışlar edən bir şəxsin bu universitetdə faəliyyət göstərməsinin qarşısı bu zamana qədər niyə alınmayıb?

Biz də BiG.AZ olaraq suallarımıza Qubad İbadoğlunun UNEC-dəki biləvasitə rəhbəri Yadulla Həsənli ilə cavab tapmağa çalışdıq.

Yadulla Həsənli Qubad İbadoğlunun həqiqətən də UNEC-də işlədiyini təsdiqlədi.

O, bildirdi ki, məzuniyyətdə olduğu üçün bəzi məlumatlardan xəbərsizdir. Qubad İbadoğlunun Azərbaycan Dövlət İqtisad Universitetində hələ də adının getməsi ilə bağlı suallarımız isə cavabsız qaldı.

Suallarımıza cavab almaq üçün bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Ömərova ilə əlaqə yaratdıq.

Elnarə xanım da Qubad İbadoğlunun UNEC-də işlədiyini təsdiqilədi və artıq bir müddətdir fəaliyyət göstərmədiyini bildirdi. Elnarə Ömərova digər suallarımızın isə telefon vasitəsilə deyil, sorğu təşkil edildikdən sonra cavablanacağını bildirdi.

Mövzu ilə bağlı növbəti dəfə üz tutduğumuz şəxs isə UNEC-in müəllimi, profesesor Elşad Məmmədov oldu. Onunla Qubad İbadoğlunun xaricdə əleyhimizə çıxışları ilə yanaşı dövlət universitetimizdə çalışması ilə bağlı təzadlara da aydınlıq gətirməyə çalışdıq.

Qubad İbadoğlunun adı niyə illərdir "UNEC"-də gedir?"Zənnimcə, dövlət universitetində çalışan bir fərdin dövlət başçısına, dövlətçiliyə qarşı hərəkətləri, çıxışları, bəyanatları onun işlədiyi dövlət universiteti rəhbərliyi tərəfindən müvafiq reaksiya ilə qarşılanmalı idi. Çünki, bunu həm etik qaydalar deyir, həm də dövlət siyasətinin qorunması üçün bu amillər zəruridir. Eyni zamanda, bildiyim qədərilə son günlər ərzində tez-tez adı hallandırılan London məktəbi ilə UNEC arasında müvafiq əməkdaşlıq da var. Bu əməkdaşlıq nəticəsində də həmin o təhsil müəssisəsi də böyük gəlirlər əldə edib. Bu zaman da belə bir sual yaranır. Həmin Londandakı məktəb Azərbaycan dövlətinə qarşı olan bir platformaya çevrilibsə, onda elə çıxmırmı ki, Azərbaycan Dövlət İqtisad Universiteti faktiki olaraq həmin o platformaya dəstək vermiş olur? Ona görə də yaranan bu suallar çox ciddidir. Düşünürəm bu suallara müvafiq cavablar verilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3170   Tarix: 27 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kitab və seriallara mövzu olan cinayət: Avstraliyalı qadının əməlləri dünyanı heyrətə salıb

Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pattersonun məhkəmə qərarından verdiy

01.11.2026 222
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

01.11.2026 152
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 218
.

Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib

Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim

01.11.2026 165
.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

01.11.2026 198
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

01.11.2026 129
.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

01.11.2026 205
.

Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind

01.11.2026 221
.