BNA-nın vəzifəli şəxsləri həbs olundu - Rəsmi

BNA-nın vəzifəli şəxsləri həbs olundu - Rəsmi"Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bu barədə BiG.AZ-a Baş Prokururluqdan bildirilib.

İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hüquqazidd əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 869   Tarix: 26 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video

"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə

01.11.2026 250
.

Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu

Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub. xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb. Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub. Subay və evin tək oğlu olan mərhum Fövqəladə Halla

01.11.2026 220
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

01.11.2026 241
.

Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb

Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd

01.11.2026 203
.

Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ

Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi

01.11.2026 254
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

01.11.2026 170
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

01.11.2026 199
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

01.11.2026 205
.