Həbsdə qalan bələdiyyə sədri ev dustaqlığında olan bacısını ittiham etdi
Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə istintaqının son mərhələsi keçirilir.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda iş materiallarına daxil olan bir neçə sənəd tədqiq olunub.
Proses başlayan kimi İlknur Turkutun vəkili bundan əvvəlki yazımıza görə, jurnalistlərin zaldan çıxarılmasını istəyib.
Hakim Rasim Sadıxovun "bunun üçün əsaslı səbəb göstərə bilərsinizmi?" sualına isə vəkil cavab verə bilməyib. Hakim bu məqamda fürsətdən istifadə edib jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək medianın müstəqil olduğunu vəkilin diqqətinə çatdırıb.
Prosesin davamında Aytac Əliyeva bacısı İlknurun şahid qismində verdiyi ifadəni elan edir. Hiss olunub ki, A.Əliyeva artıq bacısı ilə eyni cəbhədə çıxış etmir, bir çox məsələlərdə onu ittiham edir:
"Müstəntiq dindirmə zamanı İlknurun dediyi sözləri mənim sözlərim kimi qeyd edib. Çaşdırıcı suallar verməkdən əlavə İlknurun səs yazısını belə mənim səsim kimi təqdim ediblər. Ona görə müstəntiqin də məhkəmədə dindirilməsini istəyirdim".
Eks-bələdiyyə sədri iş üzrə ən çox - 189 min manat ziyan dəydiyi iddia olunan Aygün və Zarina Məmmədova bacıları ilə də heç bir iş görmədiyini, bu işlərin də İlknurun əməli olduğunu deyib:
"Möhtərəm hakim, xahiş edirəm diqqət edin. Aygünün mənimlə "WhatsApp" yazışmasından bir cümləni oxumaq istəyirəm: "Aytac, mən səndən çox İlknurla görüşürəm. Onunla işlər görürük".
Mən də cavabında yazdım ki, "xeyirli olsun!"
İndi ortaya bir sual çıxır. Mən bu qədər pul almışamsa, niyə yazmır ki, mən səninlə və İlknurla birgə iş görmüşəm".
Bu vaxt Aygünün zalda əyləşmiş anası G.Məmmədova səsini qaldıraraq etiraz edib:
"Mən evsiz-eşiksiz çöldə qalmışam. İkiniz bir işləyirdiniz. Aytac iri pullar alırdı, İlknur xırda-xuruş işlərlə məşğul idi".
Hakim zərərçəkmişdən sakit olmasını tələb edərək, əlavə edib:
"Ortada real mesajlar var, hiss olunur ki, Aytac düz deyir".
Proses avqustun 1-də davam edəcək.
Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1235 Tarix: 26 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
01.11.2026 254 Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
01.11.2026 241 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
01.11.2026 208 Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
01.11.2026 199 Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
01.11.2026 202 İran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
01.11.2026 192 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
01.11.2026 152 Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilə
01.11.2026 166 İranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video
"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə
01.11.2026 250