Qeyrəti öyüncə çevrilən Vüsal

Qeyrəti öyüncə çevrilən VüsalXilaskarlıq zirvəsində qazanılmış əbədiyyət

Faciəli xəbər ildırım sürətilə bütün Naxçıvana yayıldı. Bir saat keçməmiş bütün ölkə elektron media vasitəsilə Babək rayonun Uzunoba gölündə baş vermiş faciədən – polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin suda batan 13 yaşlı qızı xilas etməsindən, uşağın anası Səadət Aslanlıya kömək göstərərkən onunla birlikdə həlak olmasından xəbər tutdu.

Qeyrətli polis işçisinin igidliyi xalqımız­da kədər, hüzn qarışıq öyünc və minnət­darlıq düyğuları da yaşatdı. Hamı bir daha əmin oldu ki, dinc günlərdə qayda-qanu­nun keşiyində duran, əmin-amanlığı qoru­yan, düşmənlə savaşda ön cəbhədə vuru­şan Azərbaycan polisinin təmsilçiləri mülki fəlakət anında da insanları xilas etmək üçün həyatından keçməyə belə hazırdır.

Prezident İlham Əliyev suda boğulan soydaşlarımızı xilas edərkən gösrərdi­yi igidliyə – öz həyatı təhlükə altında ol­duğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyevi ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif etdi. Bu xəbər isə bir daha göstərdi ki, Azərbnaycan dövləti və onun rəhbəri hər hansı bir ictimai fərqlənməni, fədakarlığı, insanların həyatı naminə xi­laskarlığı yüksək qiymətləndirir, belə hal­ları geniş təşviq edir.

Naxçıvanda isə Vüsal Quliyevin hünə­ri, igidliklə həlak olması 3 gündür ki, mux­tar respublikanın ictimai həyatına hakim kəsilib. Adamlar bu faciəli hekayədən da­nışır, bir-birilə kədərlərini bölüşür, qeyrətli polis işçisinin ruhuna rəhmət diləyirlər. Naxçıvan MR Daxili İşlər Nazirliyinin qü­rur duyduğu xilaskar işçisi Vüsal Quliyevin doğulub dəfn edildiyi Cəhri kəndində təşkil etdiyi yas mərasiminə gəlib-gedənlərin isə ardı-arası kəsilmir, sayı-hesabı bilinmir. Mərhumun 3 mərasimi isə daha izdihamlı idi.

Vüsalın qohum-əqrabası, dost-tanış­ları, xidmət yoldaşları ilə ani söhbət də onun gözəl insan, nümunəvi polis işçisi, başqalarına kömək etməkdən məmnun­luq duyan bir soydaşımız olduğunu üst-üstə isbatlayırdı. Ailə üzvləri üçünsə bu acı həqiqəti qəbul etmək çətin olsa da, el yanğısı, ölkə kədəri, şərəfli aqibət onlara toxtaxlıq, dözüm gətirir. Ölkə Preziden­tinin sərəncamı isə Vüsalın ailəsinə də, el-obasına da baş ucalığı duyğuları yaşa­dır.

Yas mərasiminə gələnlərin söhbətinin baş mövzusu da Vüsalın igidliyi və onun xilaskarlığına dövlət başçısının həssas və qədirbilən münasibəti idi.

Belə hüznlü günlərdə dünyasını də­yişmiş insanın ailə üzvləri ilə ünsiyyət qurmaq çətin olsa da, Vüsal Quliyevin atası Əbülfəz Quliyevə başsağlığı verib duyğu-düşüncələrini qeydə aldıq. Əbülfəz müəllim dedi ki, 3 övladı var – bir qız, iki oğlan:

– Vüsal ailənin ikinci övladı idi. Hər­bi xidmətdən sonra uzun illər idi ki, po­lis orqanlarında işləyirdi. 41 yaşı var idi. İndiyədək daim çalışqanlığı, dürüstlüyü, xeyirxahlığı ilə hər kəsin hörmətini qazan­mışdı. Bəlkə də elə buna görədir ki, bir müddət əvvəl xidmət müddətinin tamam olmasına baxmayaraq, rəhbərlik işini da­vam etdirməsini lazım bilmişdi. Sən demə, xidməti işdən ayrılmağı bu cür olacaq­mış...

Əbülfəz müəllim qəhərini boğub bil­dirdi ki, ağır xəbəri Bakıda eşidib:

– Həmin vaxt Vüsalın iki oğlu da mə­nim yanımda idi. Naxçıvana necə gəldi­yimi xatırlamıram. Ancaq sağ olsun Nax­çıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi. Hadisədən sonra dərhal bütün hazırlıq işlərini ən yüksək sə­viyyədə təşkil edərək dərdimizə yaxından şərik oldular. 3 gündür ki, yas mərasimin­dən ayaqları kəsilmir.

Nazirlikdən nə lazımdırsa edirlər. Mə­zarının üstünü götürməyə də hazırlıq apa­rırlar. Elə məclisdəkilərin çoxu da polis işçiləridir. Hər kəs Vüsalın qorxmazlığın­dan, xeyirxahlığından, hadisə baş verən zaman heç nəyə baxmayaraq, digərlərinin həyatını qurtarmaq üçün necə riskə atıl­dığından danışır. Həmin gün Vüsal işdə deyilmiş. Amma buna baxmayaraq, o, bu hərəkəti ilə çevik, fədakar polis işçisi nümunəsi göstərib. Sağ olsun Prezidenti­miz. Onun oğlumun hünərinə verdiyi yük­sək qiymət ailəmizə təsəlli, həmyerlilərə öyünc gətirir.

Söhbətimizə Vüsal Quliyevin yaxın dostu, Cəhri kənd sakini Afiq Əhmədov da qoşuldu. O, özünü toparlayıb dedi:

– Vüsalla aramızda 13 yaş fərq olsa da, onunla dostluğumuz tay-tuş səviyyə­sində idi. O, məndən kiçik olsa da, hər zaman böyük-kiçik yeri bilməsi, sadəliyi, dürüstülüyü ilə hamımızın məhəbbətini qazanmışdı. Həddən artıq xeyirxah insan idi. Çalışardı ki, hər kəsə köməyi dəysin. Buna görə də kənddə hər kəs onu çox se­virdi. Vüsal həmişə bizim qəlbimizdə xe­yirxah insan kimi qalacaq.

Hüzr mərasimində söhbətləşdiyi­miz digər müsahibimiz isə Vüsal Qu­liyevin yaxın qohumlarından biri olan İman Hümbətov oldu:

– Vüsal dövlətini, Vətənini qəlbən sevən bir insan idi. Uzun illər polis orqan­larında çalışaraq komandirlərinin, rəisləri­nin böyük etimadını qazanmışdı. Ona bü­tün yoldaşları, dostları etibar edirdi. Birinə kömək lazım olanda tez Vüsala müraciət edirdi. Dostluğa sadiqliyi, qohum-əqrəba­ya yanarlığı, hər kəsə yardım əlini uzat­ması onun xarakteri və həyat tərzi idi. Onun yoxluğuna inana bilmirəm. Heyf ki, əcəl onu bizdən tez ayırdı.

İman Hümbətovun atası Dilsuz kişi də bu ailənin yaxın qohumu, ziyalı ağ­saqqal kimi yanıb-yaxılırdi:

– Bu acı xəbəri alanda gözlərim qaral­dı. Sonra öyrəndim ki, Vüsal Uzunoba gö­lündə boğulan bir qadın və uşağı xilas et­mək üçün suya atılıb. Məhz onun bu əməli ilə bu gün həmin azyaşlı uşaq həyatda ya­şayır. Heyf ki, uşağın anasını da xilas edə bilmədi, özü də igidliklə həlak oldu. Vüsal bu hərəkəti ilə gənclərimizə, yeniyetmələ­rimizə əsl nümunə oldu. Eyni zamanda, o, Azərbaycan polisi adını sonadək şərəflə daşıyaraq əsl xilaskarlıq nümunəsi ortaya qoydu. Buna görə də Vüsal Quliyev bun­dan sonra daim bir qəhrəman, igid polis kimi xatırlanacaq.

Qardaşı haqqında danışmaq Vüqa­ra çətin olsa da, hünəri ölkəni dolaşan, bütün xalqımızın yas tutduğu, öyündü­yi polis qardaşı ilə qürur duyduğunu dedi:

– Prezidenti İlham Əliyevin sərəncamı ilə qardaşımın "İgidliyə görə" medalı ilə təltif olunması ailəmiz üçün bir fəxarətdir. Buna görə dövlətimizə minnətdarıq.

…Mərasim evindən ayrılanda qəh­rəman polisimizin atası Əbülfəz Quli­yevlə sağollaşıb dedik:

– Başınız sağ olsun, dünənədək Vü­sal sizin oğlunuz idi. İndi hünəri ilə Vətən oğlu olduğunu sübuta yetirdi. Vüsal kimi oğulları olan bu məmləkət hər zaman qəh­rəmanlar yetirəcək. O qəhrəmanlar ki, la­zım olan anda xalqımızın, dövlətimizin xilaskarlarına çevrilməyi bacarırlar. Elə torpaqlarımızı Vətən edən də belə oğulla­rımızdır.

Səbuhi HƏSƏNOV,

"Xalq qəzeti"

Naxçıvan – Cəhri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1206   Tarix: 25 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

TOP MP3