Qız uşaqlarını niyə sevmirlər?

Qız uşaqlarını niyə sevmirlər?Son illər aparılan demoqrafik proseslərin təhlili göstərir ki, Azərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların payı və artım tempi daha yüksəkdir. Doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında ilk yerlərdəyik.

"Qafqazinfo" xəbər verir ki, 2021-ci ilin göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 116 oğlan düşürdü. 2022-ci ildə isə bu rəqəm müvafiq olaraq 100 qız, 112 oğlan təşkil edib. Bioloji normaya görə isə yenidoğulmuşların cins nisbətində hər 100 qıza 102-106 oğlan düşür. Artıq bir neçə ildir ki, bu norma pozulub.

Azərbaycan qanunvericiliyinə əsasən, cinsə görə abort qadağan olsa da, görünən odur ki, bu sahədə işlək mexanizmin olmaması ölkəni böyük demoqrafik problemlə üz-üzə qoyub. Qanuna görə, 12 həftəyə qədər hamiləlik ananın istəyi ilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən abort icra oluna bilər.

Selektiv abortların 80 faizi üçüncü hamiləlikdə baş verir

Mütəxəssislər hesab edirlər ki, ailədə birinci uşağın cinsinə elə də çox önəm verilmir. Adətən, birinci uşağın qız olduğunu öyrənəndə onu sırf cinsinə görə abort etdirmirlər. Ötənilki statistikaya görə, birinci hamiləlikdə selektiv abort faizi çox cüzidir - 1-2 faiz. Həm də ilk hamiləliyin abort edilməsi qadının sağlamlığı və sonrakı hamiləliklər baxımından riskli hesab olunduğu üçün ilk uşaqda selektiv abort haqqında, demək olar ki, düşünülmür.

Lakin birinci uşaq qızdırsa, ikinci uşağın da cinsiyyətinin qız olduğunu öyrənən valideynlər selektiv aborta əl atırlar. Beləliklə, ikinci uşaqda selektiv abort faizi artıq 20-yə çatır.

Ən acınacaqlı statistika isə iki qızdan sonra dünyaya gəlmək istəyən qız uşaqları ilə bağlıdır. Əgər ailənin hər iki övladı qızdırsa, üçüncü hamiləlikdə selektiv abortların daha kəskin artımı müşahidə edilir. Statistika göstərir ki, selektiv abortların təxminən 80 faizi iki qız uşağından sonrakı üçüncü hamiləlikdə baş verir.

Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, bu problem illərdir var, bununla bağlı dövlət proqramı hazırlanıb, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və digər qurumlar bu problemlə məşğul olur, qanunvericiliklə bağlı, hüquqi-normativ aktlarla bağlı müəyyən məsələləri gündəmə gətirirlər. Lakin işlək mexanizm yoxdur deyə heç bir nəticəsi də olmur.

Ekspert deyir bu problemin yaranmasında milli xüsusiyyətlər, patriarxallıq, oğlan uşaqlarına meyllilik, qız uşaqlarının tələf olunması, arzu olunmaması kimi səbəblər rol oynayır: "Bu məsələ ilə bağlı ailələr arasında təbliğat-təşviqat işi aparılmalıdır. Xüsusən qız uşaqlarına münasibət birmənalı olaraq dəyişilməlidir. Çünki regionlarda patriarxallıqla bağlı qız uşaqlarına münasibət yaxşı deyil. Ailədə qız uşağının dünyaya gəlməsi, bəlkə də birinci uşağın dünyaya gəlməsi ilk övlad olaraq normal qarşılanırsa, ikinci və üçüncü qız uşaqlarının anadan olması ailədə arzuolunan hal olmur. Ailənin ən qəmgin, kədərli gününə çevrilir.

Məktəblərdə ailə dərsləri keçilməlidir

Bu sahədə maarifləndirmə tədbirlərindən əvvəl sovet dövründə, xüsusən də, orta məktəblərdə "Ailə" dərsliyi var idi. Orada uşaqların böyüdülməsi, onlara münasibət, həssas yanaşma kimi məsələlər öyrədilirdi. Artıq bu dərsliklərin yenidən orta məktəb müstəvisinə gətirilməsi, proqramlara salınması, ailələrdə qız uşaqlarına müəyyən güzəştlərin verilməsi - bu onların təhsili, əmək bazarına çıxışı və s. ilə bağlı ola bilər".

Ekspert deyir ki, bu kimi təşviqedici hallar say nisbətində müəyyən balans yarada bilər. Amma yenə də şərq ölkələrində olduğu kimi patriarxal ənənələr hələ uzun müddət özünü saxlayacaq. Bu ancaq davamlı olaraq həyata keçirilməklə həm say nisbətində, uşaqların tələf olunmasının, qız uşaqlarından imtina olunmasının qarşısının alınmasında dönüş yaratmaq olar: "Normativ-hüquqi aktlar yaradılsa da, icra mexanizmi yoxdursa, nəticə olmayacaq. Sərt cəza, yüksək məbləğdə cərimə və s. olsa da, heç bir rolu olmayacaq və heç bir halda özünü doğrultmayacaq.

Digər tərəfdən, dövlət sektoruna aid tibb müəssisələrində bunun qarşısını almaq istəsələr də, özəl müssisələrdə bu, gizli, latent formada aparılacaq. İcra mexanizmi işlək olmalıdır ki, nəticə olsun".

Bizi hansı təhlükə gözləyir?

Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyinin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov hesab edir ki, bu problem gələcəkdə böyük demoqrafik böhrana gətirib çıxara bilər: "Selektiv abortlar Azərbaycanda ən aktual problemlərdən biridir. Bu, gələcəkdə demorafik böhrana gətirib çıxara bilər. Bu problemlərə gətirən patriarxal streotiplərdir. Ailələrdə birinci qız övladının doğuşu zamanı bu problem olmur. Lakin 2 və 3-cü doğuşlarda qız uşağı doğulacaqsa, problem ortaya çıxır. Burada ailə üzvlərindən təkcə həyat yoldaşı yox, öz anaları, qayınanalar və digər qohumlar da təsir edir. Təəssüflər olsun ki Azərbaycanın bəzi kəndlərində, o cümlədən, Bakı şəhərinin kəndlərində də aktual problemlərdən biridir".

Problem nə vaxt həllini tapacaq?

E. Səfərov deyir ki, bu problemlə mübarizə 2018-ci ildən daha yüksək səviyyədə, daha aktiv şəkildə aparılır: "Həmin ildə bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə proqram qəbul edilib. Burada doğuş zamanı qız-oğlan seçimi, onun aradan qaldırılması ilə bağlı preventiv tədbirlərin gücləndirilməsi nəzərdə tutulub. Burada müsbət elementlər də var. Qeyd etmək istəyirəm ki, ümumi səviyyədə selektiv abortların səbəbləri patriarxal streotiplər, ailələrdə formalaşmış ənənələrdir. Təəssüf ki bəzi ailələrdə qızların sayının çox olmaması, oğlanlara üstünlük verilməsinə gətirib çıxarır.

Reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi də bu problemin qarşısının alınmasında rol oynayacaq. Burada vətəndaşların reproduktiv hüquqlarının müdafiəsi ilk öncə təmin olunmalıdır. Hesab edirəm ki, yetkinlik yaşına çatana qədər məktəblərdə reproduktiv sağlamlıqla bağlı xüsusi fənn tədris edilməlidir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür: "Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır. Bu istiqamətdə qanun layihəsi hazırlanır və Milli Məclisin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayır. Təhlillər aparılır, nəticələr müzakirə edirlər".

Komitə sədrinin sözlərinə görə, qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir: "İnsanlara öz övladını necə böyütdüyünə dair sual olunmalıdır. İctimai qınaq bu məsələdə bizə çox kömək edir. Ciddi bir şəkildə bu məsələ ilə məşğul oluruq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1453   Tarix: 24 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

01.11.2026 205
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

01.11.2026 231
.

Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?

Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bunu "Report"a yerli fermerlər bildiriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya

01.11.2026 223
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

01.11.2026 200
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

01.11.2026 205
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

01.11.2026 199
.

Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI

Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya

01.11.2026 437
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:

01.11.2026 181
.

Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind

01.11.2026 221
.