Rusiyanın birtərəfli qaydada "Taxıl sazişi"ndən çıxması Azərbaycan bazarına necə təsir edəcək?

Rusiyanın birtərəfli qaydada "Taxıl sazişi"ndən çıxması Azərbaycan bazarına necə təsir edəcək?Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" yenidən qüvvədən düşüb. İyulun 17-də Rusiya sazişdən çıxdığını bəyan edib. Bu sazişə əsasən, Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracı nəzərdə tutulurdu. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bəyan edib ki, razılaşmanın Moskva ilə bağlı hissəsi yerinə yetirildikdən sonra Rusiya dərhal "Taxıl sazişi" ilə bağlı sövdələşməyə qayıdacaq. Bu qərar yenidən dünya taxıl bazarında dalğalanmalara səbəb olub.

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, Rusiya tərəfi, həmişə olduğu kimi, yenə də istənilən kiçik bir elementdən öz xeyrinə istifadə etməyə çalışır:

"Sanksiyaların mümkün qədər yumşaldılmasına nail olmaq yolunda "Taxıl sazişi" Rusiya üçün bir fürsətdir. Hələlik indiki şərtləri bəlli deyil. Amma əvvəlki şərtləri ondan ibarət idi ki, Rusiyanın Kənd Təsərrüfatı Bankı SWİFT sisteminə qaytarılmalıdır. Eyni zamanda, kənd təsərrüfatı texnikasının logistik fəaliyyətinə tətbiq edilən qadağalar ləğv edilməlidir. Həm də Rusiya gəmilərinin limanlara daxil olmasına qoyulmuş qadağanın aradan qaldırılmasını istəyirlər. Rusiya tərəfi qeyd etdiyim hər üç qadağanın aradan qaldırılmasını tələb edirdi. Düşünmürəm ki, ABŞ bu güzəştlərə razı olsun. Mənim fikrimcə, hazırkı vəziyyətdə Rusiya tərəfinə güzəşt olmayacağı təqdirdə belə, yenə də "Taxıl sazişi" uzadılacaq".

E.Əmirov vurğuladı ki, sazişin uzadılmaması ehtimalı azdır:

"Rusiya tərəfi bilir ki, hazırkı vəziyyətdə təklənir və "Taxıl sazişi"ni uzatmaması daha çox təklənməsinə səbəb olacaq. Ehtimal ki, saziş uzadılmayacağı təqdirdə yenidən buğdanın qiymətlərində artımlar olacaq və bu, dünyada xoşagəlməz hallara gətirib çıxaracaq. Lakin bu vəziyyət qısamüddətli olacaq. 2020-ci ildən bəri həmişə beynəlxalq təsisatlar həddindən artıq qorxulu proqnozlar verirlər. İndiki halda narahatlığa heç bir əsas yoxdur. Əgər "Taxıl sazişi" uzadılmasa, o zaman BMT-nin FAO təşkilatı sərt reaksiya verəcək".
Onu qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 145 milyon 565 min ABŞ dolları dəyərində 493 min 210,21 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,8 faiz, həcmi isə 23,1 faiz artıb. Ötən ilin ilk 6 ayında Azərbaycana 142 milyon 965 min dollar dəyərində 400 min 748 ton buğda idxal edilib.

İqtisadçı Xalid Kərimli isə bildirdi ki, Ukrayna bu dəhliz vasitəsilə tək taxıl ixrac etmirdi:

"Adı "Taxıl dəhliz"i olsa da, bu xətlə qarğıdalı, günəbaxan yağları da ixrac edilirdi. Nəzər salsaq görərik ki, taxıl istehsalında Hindistan və Çin öndədir. Amma bu ölkələr ixracda o qədər öndə deyillər və istehsal daxili tələbata yönəlib. Müharibəyə qədər isə Ukrayna dünya taxıl ixracında 7-8 faiz paya malik idi. Müharibədən sonra yəqin ki, bu pay azalıb. Dünya ixracındakı 7-8 faizlik rəqəmi saxlasaq və "Taxıl dəhlizi" tam olaraq işləməsə belə, taxıl və duru yağların qiymətində artım olacaq. Lakin burada digər məqam da var, "Taxıl dəhlizi" olmasa da, Ukrayna Polşa və Rumıniya üzərindən Avropa bazarına taxıl ixrac edir. "Taxıl dəhlizi"nin bağlanması Ukrayna taxılının dünya bazarına çıxmaması demək deyil. İkincisi, 2022-ci illə müqayisədə digər müsbət məsələlər də var. Bu da ondan ibarətdir ki, Braziliya, Amerika və Rusiya bu dövrdə taxılın istehsal həcmini və ixracını artırıblar. Yəni, indiki vəziyyət 2022-ci ildəki vəziyyət deyil. Son 12 ayda dünya bazarında taxılın, xüsusən də buğdanın qiymətlərində 25 -30 faiz ucuzlaşma var. Ucuzlaşma hər ay davam edirdi. Elə iyun ayında da 2 faizlik ucuzlaşma var idi. "Taxıl dəhlizi"nin fəaliyyətinin dondurulması bu ucuzlaşmanın dayanması deməkdir. Amma bu, ötənilki kimi faciəvi olmayacaq. Ötən il gözləntilər daha pis idi, dünya taxıl bazarında məhsuldarlıq səviyyəsi o qədər yaxşı deyildi. İndi vəziyyət o yerə çatıb ki, ötən il taxıl ixracına rüsum tətbiq edən Rusiya bu il bu addımı atmayıb. "Taxıl dəhlizi" ilə bağlı vəziyyəti ümumiləşdirsək, deyə bilərik ki, dünyada taxılın qiymətinin ucuzlaşması dayanacaq, amma bu, ötənilki kimi problemli olmayacaq".

X.Kərimli vurğuladı ki, dünya bazarında taxılın qiymətinin ucuzlaşmasının dayanması Azərbaycana da təsir göstərir:

"Misal üçün, taxılın qiyməti baha olanda unun bir kisəsi 40 manat idi, amma indi 25-26 manata düşüb. Çörəyin qiymətini endiriblər və 70 qəpikdən 60 qəpiyə düşüb. Yəni, ucuzlaşma bizdə də müşahidə olunurdu. İndi "Taxıl sazişi"nin dayandırılması bu ucuzlaşmanın dayanması demək olacaq. Düzdür, bizim taxıl təchizatımızın Ukrayna ilə əlaqəsi yoxdur. Biz əsasən Rusiyadan alırıq və buna görə də məhsul qıtlığı problemi olmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

01.11.2026 337
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

01.11.2026 217
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

01.11.2026 227
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

01.11.2026 293
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

01.11.2026 339
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

01.11.2026 309
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

01.11.2026 276
.

OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib

IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin

01.11.2026 272
.

Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı

Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun

01.11.2026 253
.