Azərbaycanın məşhur musiqi qrupları indi hardadır?

Azərbaycanın məşhur musiqi qrupları indi hardadır?2000-ci illərin əvvəllərində Azərbaycan estradası öz qızıl dövrünü yaşayırdı. Bu gün xalq və əməkdar artist olan məşhurlarımızın bir çoxu o zaman sənət yoluna yeni başlasalar da, aralarındakı güclü rəqabət sayəsində peşəkar işlər ortaya qoyur, tez-tez yeni mahnılar yazdırır, kliplər təqdim edir, konserti konsert ardınca verirdilər.

Həmin ərəfələrdə "Qala", "Şeron" , "X-trio", "NM", "N brother", "Kristal" , "Dostlar", "W- trio", "Sevən ürəklər" və digər musiqi qrupları yarandı. Bu qruplar həm televiziyalarda, həm də toylardakı çıxışları ilə populyarlaşmışdılar. Bu qruplar arasında çox populyar olanlar da vardı. İndi solo çıxışları ilə tanınan müğənnilərin bir çoxu vaxtilə həmin qrupların üzləri olublar.

Xeyli vaxtdır məşhur olan və olmayan bu qrupların bəziləri ya fəaliyyətini dayandırıb, ya da varlıqları ilə yoxluqları bilinmir. Görəsən, indi o qruplar haradadır?

Lent.az-ın əldə etdiyi məlumata görə, keçmiş qruplardan yalnız Rüstəm Zeynallının rəhbərlik etdiyi "Şeron" fəaliyyətini davam etdirir. Onları ekranlarda çox görməsək də, toy məclislərində fəaldırlar. 2020-ci ildə qrupun üzvlərindən biri, Tərlan Əkbərov vəfat edib.

20 ildir fəaliyyətini davam etdirən "Sevən ürəklər" qrupu üç nəfərdən (Nicat Zeynallı, Nail Yusifov və Şaiq Çələbi) ibarətdir. Qrup kölgədə qalmağın əsas səbəbini telekanalların onlara ögey yanaşmasında görür. "Azərbaycan televiziyalarının bizim klipləri efirə verməməsi və radiolarımızın 150-dən çox mahnımızı efirdə səsləndirməməsi tək problemimizdir".

"N brother"i yaradan prodüser Namiq Qafarovla keçmiş qrup üzvləri arasında qalmaqal yaşanmışdı. 2015-ci ildə birləşib yenidən qrup olmaq istəyən üzvlər köhnə rəhbərləri ilə əlaqə qurmaq istəməmişdilər. Lakin brend Namiq Qafarova aid olduğu üçün cəhd uğursuz alınıb. Namiq Qafarov hazırda başqa uşaqlarla toy bazarında yer qazanmağa çalışır.

Qızlardan ibarət "Kristal" qrupunun qızları ərə gedəndən sonra qrup rəhbəri Mədinə Məlik özü də oxumağa başlayıb və yeni qızlarla yoluna davam etməyə qərar verib. Amma ulduzu parlamayıb. Bu gün adları olsa da, özləri yox kimidirlər.

Dağılan "Qala"qrupundan bircə Ceyhunu ara-sıra efirlərdə görmək olur. Solo fəaliyyət göstərir.

Qrupların dağılma səbəblərinin kökündə bir qədər məşhurlaşdıqdan sonra aralarında yaranmış pulla bağlı mübahisələr, "ulduz xəstəliyi", gənclərin başqa işlərə üstünlük verməsi, solo fəaliyyət göstərməsi dayanır. Əslində qrup rəhbərləri qrup üzvlərinə haqlı olaraq öz kapitalları kimi baxır, onlardan qazanırdılar. Çox zaman tanınmış müğənnilər də qrup adı altında topladığı gəncləri özləri ilə toya aparır, həm toy sahibindən qrupu gətirdiyinə görə əlavə pul alır, həm də özü bir qədər oxuyub, sonra yorulmamaq üçün meydanı onlara təhvil verirdi. İndi bir çoxları toy tutmaq üçün yarım saatlıq dəvət aldığından belə müşaiyətçi qruplara da ehtiyac qalmır.

Qruplar ansambllara çevrilib şadlıq evlərində, restoranlarda gündəlik proramlar göstərməklə qazanc əldə edirlər. Bir növ iş yeri tapıblar. Dövrün tələbibinə, diqtəsinə uymayanlar, tamaşaçını ələ almağı bacarmayanlar, sadəcə meydandan çəkilmək məcburiyyətində qalırlar. Necə deyərlər, hər igidin öz dövranı var.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1764   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.