Son günlərdə uşaqların hovuzlarda boğulması halları niyə artıb?
Artıq bu həftə ərzində ikinci dəfədir ki, azyaşlı hovuzda boğulur. Onlardan biri vəfat edib, digərinin isə vəziyyəti ağırdır.
Bəzən azyaşlılara böyüklərin istifadə etdiyi hovuzlarda rast gəlirik. Bu düzgündürmü? Niyə hovuzda uşaqlar nəzarətsiz qalırlar? Azyaşlıların hovuzda rahat üzməsi üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hovuzlarda təhlükəsizlik qaydaları ciddi şəkildə təşkil edilməlidir:
"Orada boğulma, yıxılma, xəsarət alma ola bilər. Eyni zamanda, hovuzlarda suyun təmizliyi üçün əlavə edilən kimyəvi maddələr də insanların sağlamlığı üçün təhlükə yaradır. Bu qədər təhlükə riski təbii ki, təhlükəsizlik normalarına riayət edilməlidir.
Azyaşlılar və böyüklərin birlikdə çimməsi qadağandır. Uşaqlar və böyüklər ayrı hovuzlarda olmalıdırlar. Azyaşlılar çimən hovuzda suyun dərinliyi maksimum 70, böyüklər üçün 130-150 santimetr olmalıdır. Daha dərin hovuzlardan isə üzmə qabiliyyəti 25 metrdən artıq olanlar istifadə edə bilərlər".
Ekspert deyir ki, hovuz ətrafında sertifikat alan xilasedicilər olmalıdır:
"Azyaşlılarda bir nəfər üçün dörd kvadratmetr su, böyüklər üçün isə bir nəfərə beş kvadratmetr su nəzərdə tutulur. 100 kvadratmetr sahəsi olan hovuza 80, 100 nəfərin eyni anda girməsi düzgün deyil. Hovuz ətrafında sertifikasiyası olan xilasedicilər, nəzarətçilər olmalıdır.
Orada hər 10 metrdən bir xilasetmə vasitələri qoyulmalı, hovuzun ətrafı sürüşməyən materialdan olmalıdır. Hovuzun yanında plastik butulkadan istifadə etmək olmaz. Eyni zamanda, onun suyu hər 12 saatdan bir təmizlənməli, dərmanlanmalıdır. Suyun temperaturuna da diqqət etmək lazımdır".
E.Nurəliyev vurğulayıb ki, hovuzdan ilk dəfə istifadə edən şəxslər həkim müayinəsindən sonra oraya buraxılmalıdır:
"Hovuza gələnlər təlimatlandırılmalıdırlar. Üzmə təlimlərinə gələnlərin tez bir halda peşəkarların üzdüyü hovuza buraxılması yolverilməzdir. Orada çalışanlar istifadə edən şəxslərin həyat və sağlamlığına məsuliyyət daşıyırlar.
Normalda nəzarətçi olmadan orada kiminsə üzməsinə icazə yoxdur. Qeyd edim ki, idman-sağlamlıq hovuzlarına gələnlərdən hər ay sağlamlıq arayışı tələb edilir. Hətta hər gün bu sənədi tələb edənlər var".
Təbii ki, uşaqların bu cür vəziyyətə düşməsində nəzarətçilərlə bərabər valideynlərin də günahı var. Çünki onlar da uşaqları nəzarətsiz qoyurlar.
Ekspert deyir ki, valideynlər də uşaqları nəzarətsiz buraxmamalıdırlar:
"Kənarda olması bədbəxt hadisələri qaçılmaz edir. Azərbaycan Xəzər dənizi sahilində yerləşir, eyni zamanda göllər, çaylar var. Amma insanlar arasında da üzmə bacarığı olanlar çox deyil. Bunun üçün məktəblərdə dərs kimi tədris olunmalıdır.
Məsələn, Avropa ölkələrində üzgüçülük məcburi dərs kimi tədris olunur. Uşaqların bunu vərdiş halına gətirməsi lazımdır. Ən azından suda necə davranmaq lazım olduğunu biləcəklər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 804 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video
Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində
01.11.2026 460 Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
01.11.2026 220 Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə
01.11.2026 223 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
01.11.2026 333 İran əhalisinin 70 faizi nüvə doktrinasının dəyişdirilməsini istəyir
İran əhalisinin təxminən 70 faizi İslam Respublikasının nüvə doktrinasına dəyişiklik edilməsini tələb edir. xəbər verir ki, bu barədə IRIB İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeinin açıqlamasına istinadən məlumat yayıb. Rzaei bildirib ki, İran xalqı ölkənin nüvə doktrinasının dəyişdirilməsin
11:06 58 Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
01.11.2026 670 Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:
01.11.2026 356 OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
01.11.2026 287 ABŞ-da ara seçkilərdən sonra Pentaqonu hansı araşdırmalar gözləyə bilər?
Pentaqon ABŞ-da keçiriləcək ara seçkilərdən sonra Konqresdə siyasi tərkibin dəyişəcəyi təqdirdə Demokratlar tərəfindən aparıla biləcək araşdırmalara hazırlaşır. xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ən yüksə
10:44 90