Fransa böhran vəziyyətində: Makron nazirləri niyə dəyişir? - ŞƏRH

Fransa böhran vəziyyətində: Makron nazirləri niyə dəyişir? - ŞƏRHFransanı bürüyən etirazlar, daxili və xarici siyasətdə yaşanan uğursuzluqlar Prezident Emmanuel Makronu və onun hökumətini çıxılmaz duruma salıb. Parisin müstəmləkələrində gərginlik pik həddə çatıb, insanlar artıq əvvəlki qaydada idarə olunmaq, hüquqlarının pozulması ilə barışmaq istəmirlər. Çox güman ki, Makron da bu təhlükələri görərək hökumətdə dəyişikliklər aparmağa məcbur olub.

Beləliklə, Fransa rəhbəri iyulun 20-də yeni nazirlərin siyahısını təqdim edib və bəlli olub ki, bir sıra əhəmiyyətli fiqurlar öz postlarını itiriblər. Baş nazir Elizabet Born isə vəzifəsini qoruyub-saxlamağa müvəffəq olub. Halbuki, fransızların çoxu onun fəaliyyətindən ciddi şəkildə narazıdır. Prezident bununla da fransızların hökumət başçısının istefası barədə rəylərini qulaqardına vurmuş olub.

"Elabe" Tədqiqat Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin 55 faizi E.Bornun fəaliyyətindən narazıdır və onun istefa verməsini zəruri sayır. Fransızlar baş naziri dövlət başçısı E.Makronun pensiya yaşının artırılması barədə təşəbbüsünün müəllifi hesab edirlər. Prezident narazılıqlara baxmayaraq, onun bütün əmr və tapşırıqlarını sözsüz yerinə yetirən bu şəxsi vəzifədə saxlamağa qərar verib. Fransalı şərhçilər hesab edirlər ki, E.Born baş nazir postunda çox qala bilməyəcək, hətta media onun kürsüsünü "katapulta kreslosu" adlandırıb.

Müxalifət çoxdandır ki, hökumət başçısının istefasını tələb etsə də, E.Makron siyasi opponentlərinin təzyiqləri qarşısında geri çəkilməyib. Lakin məsələ ondadır ki, yaxın perspektivdə hələ ki onun ciddi bir alternativ namizədi yoxdur. Yelisey sarayında yeni nazirlər qarşısında çıxışında E.Makron tətillərdən sonra onları çətin günlər gözlədiyini bildirib. Bu "çətinlik"lərin nədən ibarət olacağına isə aydınlıq gətirməyib. Çox güman ki, prezident daxili siyasətdə sərt addımlar atacağına işarə edib. E.Makron ən mühüm məsələlər sırasında parlamentlə mübarizəni, daha dəqiqi - miqrasiya haqqında qanunu görür. Bura yeni qalmaqallar, etiraz aksiyalarının artması, etimadsızlıq da daxildir. Bunlar isə baş nazirin və hətta hökumətin istefasına gətirib çıxara bilər. Çox güman ki, E.Makron baş naziri o səbəbdən də postunda saxlayıb ki, sonda onu qurban versin.

Cinsi azlıq nazir kürsüsündə

Əvvəldən anons edilmişdi ki, Fransa prezidentinin tapşırıqlarına qeyd-şərtsiz əməl edən daxili işlər naziri Jerald Darmanen, xarici işlər naziri Katrin Kolonna, iqtisadiyyat naziri Bryuno le Mer və müdafiə naziri Sebastyen Lekornyu öz postlarında qalacaqlar. Elə belə də olub. Ədliyyə naziri Erik Dyüpon-Moreti və mədəniyyət naziri Əbdül-Malak da kreslolarını qoruyublar. Vəzifələrini itirənlər isə sosial məsələlər, mənzil və şəhər məsələləri üzrə nazirlərdir. Baş nazirin administrasiyasının keçmiş rəhbəri səhiyyə naziri təyin olunub. O bu postda Fransua Bronu əvəzləyib. E.Makron bir vaxtlar yaxın ətrafına daxil olan Pap Ndiayeni qurban verib. Atası seneqallı, anası fransız olan bu şəxs postuna qədər Paris Miqrasiya Muzeyinə rəhbərlik edib. Onunla bağlı maraqlı məqamlar üzə çıxıb. Bir çoxları hesab edirdilər ki, Ndiaye Fransada dəyişikliklərin simvoluna çevriləcək. Kolonial tarix, Avropa və Amerikanın Afrikadakı borcları ilə bağlı tədqiqatları olan afrofransız məktəblərdə yeni qaydalar qoymalı idi. Hədəf də o idi ki, fransızlar miqrantların uşaqları ilə bir parta arxasında oturub təhsil alacaqlar. Lakin nazir kimi çalışdığı bir il ərzində heç bir dəyişiklik baş vermədi. Əksinə, son hadisə - əlcəzairli miqrantın polis tərəfindən güllələnməsi gərginliyi pik həddə çatdırıb. Məktəblilər isə bu etiraz aksiyalarında əsas qüvvəyə çevrildilər.

Nazir də bununla bağlı gedən polemikalarda jurnalistləri ittiham edərək onları sağyönümlü olmaqda ittiham edib. Onun yerini isə Makronun yaxın dostlarından hesab olunan Qabriel Attal tutub. Əvvəlki hökumətdə maliyyə naziri olan 34 yaşlı nazir milyonçu İva Attalın oğludur. Cinsi azlıq olduğunu gizlətməyən bu şəxs qarşısında hökumətin yerinə yetirməsi mümkün olmayan missiyası durur - gənclərin məktəb və dövlətə inamını qaytarmaq.

"Playboy"un üz qabığında görünən nazir də postunu itirib

Sosial iqtisadiyyat və ictimai təşkilatlar üzrə dövlət katibi Marlen Şyappa da vəzifəsindən gedib. Bu xanım son altı ildə Fransada qadınların siyasətdə simvolu hesab edilib. O, yazıçı, feministdir, dövlət katibi olub və bir neçə nazirlikdə çalışıb, amma insanları baş nazirdən çox, özü haqqında danışmağa vadar edib. Üç dəfə yaşadığı biabırçılıqsa onun siyasi karyerasını məhv edib. Hər üçündə də korrupsiya qalmaqalları üzə çıxıb. Yaratdığı fondlardan birinin korrupsiya qalmaqalında adı hallanıb. Digər bir qalmaqal isə "Playboy" jurnalının üz qabığında görünməsi olub. Buna görə də baş nazir tərəfindən tənqidlərə tuş gəlib. Bundan əlavə, verdiyi "açıq-saçıq" müsahibədə qadın və kişi münasibətləri ilə bağlı qalmaqallı fikirləri ilə məşhurlaşıb.

"Franceinfo"ya görə, Şyappanın sayəsində üç saat ərzində "Playboy"un 10 min nömrəsi satılıb.

Beləliklə, E.Makron ümid edir ki, yeni nazirləri onu başının üstünü alan qara buludlardan xilas edəcək. Ola bilsin ki, bu dəyişikliklər bir müddət üçün ona yararlı olsun. Ancaq bu, müvəqqəti haldır. Makronun və bütövlükdə Fransanın xilası zərərli xarici və daxili siyasətdən əl çəkməkdən keçir. Əks təqdirdə, bu və digər dəyişikliklər onu nəinki xilas edəcək, əksinə, gərginliyi daha da artıracaq. Beynəlxalq ekspertlər də bu qənaətdədirlər ki, Fransanın böhran vəziyyətindən çıxmasının tək yolu proseslərə düzgün qiymət vermək, xarici siyasətdə qərəzli və ikili yanaşmaya son qoymaqdır. Makron da bu həqiqəti başa düşsə, yaxşı olardı.

"Report" İnformasiya Agentliyi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

01.11.2026 460
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 220
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

01.11.2026 223
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 333
.

İran əhalisinin 70 faizi nüvə doktrinasının dəyişdirilməsini istəyir

İran əhalisinin təxminən 70 faizi İslam Respublikasının nüvə doktrinasına dəyişiklik edilməsini tələb edir. xəbər verir ki, bu barədə IRIB İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeinin açıqlamasına istinadən məlumat yayıb. Rzaei bildirib ki, İran xalqı ölkənin nüvə doktrinasının dəyişdirilməsin

11:06 58
.

Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI

Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya

01.11.2026 670
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:

01.11.2026 356
.

OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib

IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin

01.11.2026 287
.

ABŞ-da ara seçkilərdən sonra Pentaqonu hansı araşdırmalar gözləyə bilər?

Pentaqon ABŞ-da keçiriləcək ara seçkilərdən sonra Konqresdə siyasi tərkibin dəyişəcəyi təqdirdə Demokratlar tərəfindən aparıla biləcək araşdırmalara hazırlaşır. xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ən yüksə

10:44 90
.