Həm anası, həm də qızı ilə sevgili imiş - Xaçmazda İYRƏNC OLAY cinayətə səbəb oldu

Həm anası, həm də qızı ilə sevgili imiş - Xaçmazda İYRƏNC OLAY cinayətə səbəb olduHadisə Xaçmazın Şimali kəndində baş verib. Samir Hacıəliyev ailə qurmaq istədiyi qızın anası Gülnaz Sultanovanın baş və bədən nahiyələrinə ağır xəsarətlər yetirib. Daha sonra Samir qadının hərəkətsiz qaldığını görərək onun öldüyünü güman edib və Yalama polis bölməsin gələrək həyətində adam öldürdüyün bildirib. Lakin Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın hadisədən 5 gün sonra dünyasını dəyişib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Samir Hacıəliyev bildirib ki, 2014-cü ildə tanış olduğu Xaçmaz rayonu, Yalama kənd sakini Şəfanə Feyzullayeva ilə ailə qurmaq istəyib. 2015-ci ilin qış aylarında sevgilisi ona zəng edərək anası Gülnazın onu evdən qovduğunu və getməyə yerinin olmadığını deyib. Şəfanə ilə evlənmək fikri olduğundan onu yaşadığı evə gətirib. Bir neçə gün sonra anasının məsləhəti ilə qız öz evlərinə qayıdıb. Bundan sonra Samir tez-tez onlara qonaq gedib. Gülnaz onunla yaxınlıq etməyə çalışıb. O isə qadına qızını sevdiyini və onunla ailə qurmaq istədiyini söyləyərək ondan uzaq durmasını xahiş edib:

"Mən onlara gedib-gəlməyə başladım. Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevir, ona dedim ki, məndən əl çək, ayıbdır. Məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini deyirdi. Deyirdi ki, məni sevməsən qızımı öldürəcəm".

Bir gün Şəfanəgilə qonaq gedəndə evdə tək olan Gülnaz Samirin sərxoşloğundan istifadə edib onunla cinsi əlaqədə olub.

Bir müddət yaxın münasibətləri davam edəndən onra Samir bunun səhv olduğunu başa düşüb və qadından uzaqlaşmağa çalışıb. Onun bu hərəkətindən acığa düşən Gülnaz qızına onların intim münasibətindən daşınıb. Bu səbəbdən Şəfanə həm ondan, həm də anasından üz döndərərək evdən çıxıb Bakıya gedib.

Gülnaz Samirdən yenədə əl çəkməyib. Tez-tez telefon nömrəsinə zəng edərək sərt şəkildə öz qısqanclıq iradlarını bildirib.

Martın 26-da Samir qardaşının evində Gülnaz Sultanova ilə görüşüb və spirtli içki qəbul ediblər. Bu zaman Samir Gülnazdan ondan əl çəkməsini, qızı ilə ailə qurmaq istədiyini deyib. Amma Gülnaz Samirin bu tələbini yenədə rədd edib.

Bu görüşdən bir gün sonra Samir evdə olarkən Gülnaz Sultanova Samirə bir neçə dəfə zəng edib. Əvvəl telefonu söndürsə də, sonra Gülnaz Sultanovanın zənginə cavab verib. Bu zaman Gülnaz Sultanova Samirdən qəzəblə nəyə görə telefon zənglərinə cavab vermədiyini soruşub və qısqanclıq iradlarını yenə də kobud şəkildə bildirməklə həm onun, həm də anası Simnarə Hacıəliyevanın ünvanına nalayiq ifadələr işlədib.

Bundan sonra Samir Gülnazı öldürmək qərarına gəlib. Bu niyyətlə Gülnaz Sultanovanı anası Simnarə Hacəliyeva ilə görüşdürəcəyi bəhanəsi ilə yaşadığı evə dəvət edib. Gülnaz Sultanova Samirgilin evinə gələrkən sərxoş vəziyyətdə olub.

Qadını qapıda qarşılayan Samir həyətdə odun doğramaq üçün istifadə etdiyi baltanı götürərərk arxadan Gülnaz Sulatanovaya yaxınlaşıb və onun baş nahiyyəsinə 5 zərbə endirib.

Samir Gülnaz Sultanovanın öldürdüyünü güman edərək Xaçmaz rayon polis şöbəsinin Yalama polis bölməsinə gedərək təslim olub. Gülnaz Sultanova Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə prosesi zamanı Samir Hacıəliyev özünü qismən təqsirli bilib.

Məhkəmə tərəfləri dinlədikdən sonra hesab edib ki, Samir Hacıəliyevin törətdiyi cinayət əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Samir Hacıəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./7Times.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1388   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

01.11.2026 234
.

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"

ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb

01.11.2026 322
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

01.11.2026 220
.

Şuşa şəhəri Qarabağın tacıdır

Qarbağın taşı olan Şuşa şəhəri düz altı il əvvəl - 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitind

11:43 0
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

01.11.2026 332
.

OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib

IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin

01.11.2026 287
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

01.11.2026 223
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

01.11.2026 252
.

İran əhalisinin 70 faizi nüvə doktrinasının dəyişdirilməsini istəyir

İran əhalisinin təxminən 70 faizi İslam Respublikasının nüvə doktrinasına dəyişiklik edilməsini tələb edir. xəbər verir ki, bu barədə IRIB İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeinin açıqlamasına istinadən məlumat yayıb. Rzaei bildirib ki, İran xalqı ölkənin nüvə doktrinasının dəyişdirilməsin

11:06 58
.