"Dırnaqda göbələyin yaranmasına səbəb trixofıton göbələk ailəsidir"- AÇIQLAMA

"Dırnaqda göbələyin yaranmasına səbəb trixofıton göbələk ailəsidir"- AÇIQLAMADırnaq göbələyi bir çox insanda rast gəlinən problemlərdən biridir. Tibbi dildə onixomikoz adlanan bu sağlamlıq problemi son vaxtlar daha geniş yayılıb.

Həkim-dermatoloq, kosmetoloq Günay Mikayılova BiG.AZ-a dırnaq problemi və onun müalicəsi haqqında danışıb.
Mütəxəssis dırnaq göbələyinin müxtəlif səbəblərdən yarandığını deyir. Dırnaq göbələyinin yoluxucu xəstəlik olduğunu bildirən kosmetoloqun sözlərinə görə, münbit şərait yarandıqda bu xoşagəlməz parazitin şansını əldən vermədiyini qeyd edir: "Dırnaqda göbələyin yaranmasına səbəb trixofıton göbələk ailəsidir. Bu, həm ayaqda, həm də dırnaqda olan dəri göbələyinin törədicisidir. Məsələn, hər bir canlı kimi, göbələyin də qidaya, suya, temperatura ehtiyacı var. Əsasən ayaq və müəyyən büküşlər daha çox sürtünmə və tərləməyə məruz qalan yerlər olduğundan göbələk bədənin həmin hissələrində inkişafı üçün münbit şərait tapır. Sürtünmə nəticəsində həmin yerdə dərinin baryer funksiyası pozulur. Çünki dərinin özünün qoruyucu, baryer qatı var. Bu, bizi müxtəlif xəstəliklərdən, mikroblardan qoruyur. Amma sürtünmə və tərləmə nəticəsində dərinin PH səviyyəsi aşağı düşür və ya qalxır. PH-ın dəyişməsi isə göbələklər üçün əlverişli şərait yaradır. Nəticədə göbələklər həmin dərinin baryer qatından daha asan keçirlər və orada artıb çoxala bilirlər".

Keyfiyyətsiz ayaqqabı, gigiyenik olmayan məkanlara getmək də dırnaq göbələyinin yaranmasına imkan verir. Buna görə də mütəxəssis ümumi istifadə olunan məkanlara getdikdə diqqətli olmağı məsləhət görür: "Bildiyimiz kimi keyfiyyətsiz ayaqqabının havalanması pis olur. Ona görə də ayaq tərləyir və göbələyin əmələ gəlməsinə şərait yaranır. Nəticə etibarı ilə dərinin nəmliyi və sürtünməsi nəticəsində göbələklər inkişaf edir. Bununla yanaşı, saunalar, hamamlar, hovuzlar, idman zalları, gözəllik salonları və digər ümumi istifadə edilən ictimai yerlərdə də gigiyenik qaydaların pozulması nəticəsində dırnaq göbələkləri yaranır. Məsələn, həmin yerlərdə ümumi çəkələklər geyilir, ümumi ləvazimatlardan istifadə edilir. Vaxtlı-vaxtında və yaxşı dezinfeksiya edilmədikdə isə göbələyə yol açılır".

Həkim dırnaq göbələyinin müalicəsinin çətin olduğunu etiraf edir. Lakin o, bu problemin birdəfəlik həll oluna biləcəyini də vurğulayır: "Dırnaq, saç, piy və tər vəziləri dəri artımı hesab olunur. Dəri artımında ən aktual problemlərdən biri də dırnaq göbələyidir. Uzunmüddətli müalicə tələb edir. Xüsusən də ayaqda olduqda. Çünki ayaq dırnaqları daha qalındır. Müalicə ağır dərmanlarla aparılır. Onların arasında digər orqanlara əlavə təsirləri olan dərmanlar da var. Həmin dərmanların uzunmüddətli istifadəsi bəzi xəstələr üçün qəbulolunmazdır. Məsələn, yaşlı insanlara, qaraciyərində problem olan xəstələrə o dərmanları yazmırıq. Bu zaman dırnaq göbələyi qarşısında silahsız qalırıq."


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1464   Tarix: 21 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 374
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 753
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

11.11.2026 1203
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 476
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 419
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 339
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 681
.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 511
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 343
.