TÜRKSOY: "Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik"

TÜRKSOY: "Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik""Çox qədim və zəngin bir mədəniyyətin, tarixin Qarabağda Ermənistan və havadarları tərəfindən məhv edilməsini bütün dünyaya göstərməliyik".

Bunu "Report"a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sait Yusuf bildirib.

Keçən il Azərbaycanın Diaspora üzrə Dövlət Komitəsinin dəvəti ilə Qarabağa səfər etdiyini bildirən Sait Yusuf orada dəhşətli dağıntılara şahid olduğunu deyib və bu haqsızlığın bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb:

"Keçən il mən Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədr müavini olaraq Şuşaya getdim. Yol boyu çox böyük bir coğrafiyaya, Qarabağ əhalisinə, təbiətinə, qədim mədəniyyətinə qarşı böyük haqsızlıqlar edildiyini gördüm və doğrusu sarsıldım".

Sait Yusuf TÜRKSOY-da məsul vəzifəyə yeni təyin olunduqdan sonra da bu mövzunun aktuallığını qeyd edib:
"Azərbaycan bu məsələdə müdafiə tərəfindədir və biz də TÜRKSOY olaraq Azərbaycanın yanındayıq".

O, bildirib ki, TÜRKSOY məhvolma təhlükəsi ilə üzləşən mədəniyyətlərimizin yaşamasında bu günə qədər faydalı işlər həyata keçirib. 30 yaşını tamamlayan qurum yeni mərhələdə bu fəaliyyətlərinin təcrübəsindən istifadə edərək daha da genişləndirməyi planlaşdırır:

"TÜRKSOY bundan sonra da türk mədəniyyətinə qarşı yaranan hər hansı təhlükəyə qarşı güclü müdafiənin qurulması, tarixi-mədəni sərvətlərimizi həm türk dünyasının, həm də bütün bəşəriyyətin xidmətinə təqdim edəcək. Biz bilməliyik ki, türklər olmasa, dünyada mədəniyyət tarixindən bəhs etmək mümkün deyil. Amma görünür, bundan o qədər də xəbərdar deyilik. Bunun üçün özgüvənimizi daha da yüksəltməli, çox qədim, ulu türk mədəniyyətləri haqqında məlumatlarımızı dərinləşdirməli və yaymalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs

12:35 172
.

Azərbaycanın gözü - Şuşa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində

14:46 134
.

Şuşa Şəhəri Gününü qürur və fəxarətlə qeyd edirik

Haqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü

11:46 179
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

13:50 162
.

Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"

14:58 121
.

Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi

13:14 221
.

Ceyranbatan su anbarından meyit tapıldı

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb. Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-c

10:55 237
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ ŞUŞANIN MİLLİ-MƏNƏVİ DİRÇƏLİŞİ

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunu

12:32 183
.

Şuşa şəhəri Qarabağın tacıdır

Qarbağın taşı olan Şuşa şəhəri düz altı il əvvəl - 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitind

11:43 179
.