Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?

Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri həmin ərazidə fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinə ciddi təsir edib. Turistlərin sayı kəskin azalıb, gəlir səviyyəsi aşağı düşüb. Ekspertlər sahibkarlara səbirli olmağı məsləhət görürlər.

Bir müddətdir ki, İsmayıllı-Şəki yolunda əsaslı təmir-bərpa işləri aparılır. Bu yolla hərəkət etmək xeyli çətinləşib. Bu səbəbdən məlum istiqamət üzrə turistlərin axınında azalmalar müşahidə olunur. Qeyd edək ki, təmir işləri aparılan yol boyunca çoxsaylı istirahət mərkəzləri, təndirxanalar, restoranlar, kafelər mövcuddur. Nəticədə, hər il yay aylarında müştərilərlə dolu olan bu restoranlar, istirahət mərkəzləri indi boş qalıb. Üstəlik, bir neçə gün əvvəl yaşanan sel fəlakəti turizm obyektlərinin vəziyyətini daha da çətinləşdirib. Belə vəziyyətdə tək qazanc yeri turistlər olan obyekt sahibləri nə etməlidirlər?

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.

Turistlərə əvvəlcədən məlumat verilməlidir

Turizm eksperti Ramin Zamanov deyib ki, bu məsələdə tək çarə yolların inşasının yekunlaşmasını gözləməkdir:

"Turistlərin səfəri üçün alternativ yollar təklif oluna bilər. Yolsuzluq şəraitinə uyğun nəqliyyat vasitələrindən istifadə də mümkündür ki, səyahətlərini əvvəlcədən planlamış turistləri ünvana çatdıra bilsinlər. Məsələn, safari tipli nəqliyyat vasitələri seçilə, yaxud piyada keçidlər qoyula bilər. Yollarda təmir işləri aparılırsa, turistlərə əvvəlcədən bu barədə məlumat verilməlidir".

Həmin zonalarda aktivlik yaranacaq

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov isə bildirib ki, bu rayonlara hazırda insanlar az üz tutsa da, təmirdən sonra səyahətlərin sayı artacaq:

"İsmayıllı-Şəki yolunda hazırda təmir-bərpa işləri gedir. İstənilən infrastruktur işləri - yolların bərpa olunması, kommunikasiya xətlərinin çəkilməsi iqtisadi canlanma yaradır. Yolun təmiri müsbət haldır. Gələcəkdə həmin yerlərin turizm bölgəsi olaraq inkişafına xidmət edəcək. Çünki yol daha rahat, ərazilər daha əlçatan olarsa, həmin yerlərə gedən turistlərin intensivliyi də artar. Bu zonalarda aktivlik yaranacaq, daha çox istirahət mərkəzləri, otellər fəaliyyət göstərə biləcək. Çünki turistlər, əsasən daha əlçatan yerlərə səyahət etməyi üstün tuturlar".

Belə vəziyyətdə obyektlərin işləməyi çox çətindir
C.Aşurovun fikrincə, yol təmiri sahibkarları düşünərək indiki vaxta salınmamalı idi:

"Yol tikintisi müvəqqəti xarakter daşıyır. Amma yaxşı olardı ki, təmir-tikinti işləri mövsüm vaxtı aparılmasın. Qeyri-mövsümi zamanda olsaydı, sahibkarlara dəyən ziyan daha az olardı. Bu, əslində razılaşdırılmalı idi. Adətən, belə təmir-tikinti işləri sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınaraq mövsüm olmayan vaxtlarda həyata keçirilir. İnsanların istirahətə getdiyi dövrdə qazıntı işlərinin aparılması fonunda obyektlərin işləməsi çox çətindir. Ancaq mövcud şəraitdə atıla biləcək başqa addım yoxdur".

"Heç kim biznesin riskləri olduğunu fikirləşmir"

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, sahibkarlıq fəaliyyətində belə hallar çox baş verir:

"Həmişə soruşulur ki, niyə mövsüm vaxtı qiymətlər daha baha olur. Amma heç kim biznesin riskləri olduğunu fikirləşmir. Sahibkar obyektdən üç ay pul qazanır, amma doqquz ay müştərisi olmur. Sahibkar hər bir halda obyektin xərclərini ödəməlidir. Qiymətlərin baha olduğunu deyəndə onların problemlərini düşünmürük. Bu məsələ sahibkarın öz problemidir. Yol çəkilir, yaxud sel gəlib deyə, onlara büdcədən yardım edilməsindən söz gedə bilməz. Çünki bu, büdcə təyinatına uyğun deyil. Güzəştli kreditlər verilməsini də deyə bilmərik. İnsanlara satışı kompensasiya etmək üçün kredit vermək ədalətli çıxış yolu deyil".

X.Kərimli qeyd edib ki, sahibkarların tək yolu insanları həvəsləndirməkdir:

"Bu obyektlərin dövriyyəsi tam olaraq aşağı düşməyəcək. Çünki, vətəndaşlar yenə də alternativ yollardan istifadə edərək, bir az artıq məsafə qət edərək həmin ərazilərə gedə biləcəklər. Amma, yol çəkilən hissədəki sahibkarlar satış dəyərinin itirilməsindən əziyyət çəkəcəklər. Qiymətləri maksimum ucuzlaşdırmalıdırlar ki, vətəndaşlar həvəsləndirmə yolu ilə gəlsinlər. İnsanlar fikirləşsinlər ki, "pis yolla gedəcəyəm, amma daha ucuz şəkildə istirahət edəcəyəm". Təbii ki, bu müddətdə sahibkarlar pul qazanmayacaq, hətta ziyana da gedə bilərlər".

"Ziyanı öz hesablarına qarşılamalıdırlar"

İqtisadçı düşünür ki, sahibkarlar səbirli olmalı və ziyanı öz hesablarına qarşılamalıdırlar: "Sahibkar həmişə pul qazanacaq" deyə bir qayda yoxdur. Nəzərə alaq ki, yol da çəkilməlidir. Çünki çəkilən yoldan həmin sahibkarlar da faydalanacaq. İnsanlar yeni yoldan istifadə edəcək və həmin sahibkarlara da xeyir verəcək. Bu halda insanların daha çox gəlməsi nəticəsində sahibkar əksinə, qiyməti daha da qaldıracaq. Bu, təbii biznes prosesidir. Onlar belə nüansları öz hesablamalarında nəzərə almalıdırlar. Sahibkarlar mövcud vəziyyətdə bu ziyanı öz ehtiyatları hesabına kompensasiya etməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

01.11.2026 409
.

Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"

14:58 121
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

01.11.2026 351
.

Ceyranbatan su anbarından meyit tapıldı

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb. Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-c

10:55 237
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerj

10:00 233
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ ŞUŞANIN MİLLİ-MƏNƏVİ DİRÇƏLİŞİ

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunu

12:32 183
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

14:21 158
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

15:33 104
.

Kreml: Putin Zelenskinin zənginə cavab verəcək

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında Rusiya lideri Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verməsi ehtimalını şərh edib. xəbər verir ki, söhbətin bir hissəsi müxbirin Telegram kanalında dərc olunub. Uşakov bildirib ki

11:17 200
.