Azərbaycanda arvadından şübhələnən kişi çarpayının altına diktofon qoydu və... - TƏFƏRRÜAT
Balakən rayonunda arvadının xəyanətindən şübhələnən şəxs onu bıçaqlayıb.
Hadisə rayonun Hənifə kəndində baş verib. 1976-cı il təvəllüdlü N. İslamov (soyad şərtidir) həyat yoldaşı, 35 yaşlı R.Musayevaya (soyad şərtidir) bıçaqla ağır xəsarət yetirib. Qadın xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Araşdırmalar zamanı hadisənin xəyanət şübhəsinə görə törədilməsi üzə çıxıb. Barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış N.İbrahimov ifadəsində deyib: "R.Musayeva ilə 2007-ci ildə evlənmişəm. Həyat yoldaşım 2021-ci ilin yayından Balakəndə bazarın ərazisindəki çörək sexində işləməyə başladı. Həmin ərəfədə həyat yoldaşımın işlətdiyi mobil telefonuna baxdıqda telefonuna daxil olan və çıxan zənglərin silindiyini görürdüm, bu da məndə şübhə yaratdı. Həm də həyat yoldaşım mənə çox soyuq davranırdı, bu da şübhələrimi artırdı. Bu səbəbdən onun kimlərlə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək qərarına gəldim 2023-cü il yanvarın 6-da səhər öz telefonumun səsyazan funksiyasını açıb yataq otağımızda çarpayının altına qoydum. Bir neçə saatdan sonra telefonumu götürüb səs yazılarını dinlədim. Gördüm ki, səslərdə televiziya proqramlarında danışılanlar səslərlə yanaşı, tanımadığım kişi səsi də var. Lakin həmin şəxsin kim olduğunu bilmədim və bu səbəbdən arvadımın mənə xəyanət etdiyini düşünüb onu cəzalandırmaq qərarına gəldim. Yanvarın 12-də bu haqda düşündüklərimi ona dedim. Səs yazılarını ona dinlədib həmin kişi səsinin kimə aid olduğunu soruşdum. O isə israrla bunu inkar edərək mənə xəyanət etmədiyini bildirdi. Mən də əsəbləşərək başımla onun sifətinə zərbə vurdum. Onun dodağından qan axmağa başladı. O, üzünü tutub çarpayının üstünə yıxıldı. Mən də stolun üstündəki mətbəx bıçağını götürüb əvvəlcə onun gözünə, ardınca çiyninə, daha sonra isə digər nahiyələrinə vurdum".
N.İslamov arvadını bıçaqladıqdan sonra ona kömək etməyə başlayıb və qanını yuyaraq onu xəstəxanaya yola salıb. Özü isə polisə gedərək təslim olub.
Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan bıçaqlanan qadın ərini bağışladığını deyib və ondan şikayətçi olmayıb.
Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə arvadını bıçaqlayan qısqanc kişiyə 2 il müddətinə həbs cəzası təyin edilib. (News24.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2947 Tarix: 16 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
01.11.2026 409 Şuşanın azad olunması Qarabağda separatizmin sonu oldu
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber"
14:58 121 "MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
01.11.2026 351 Ceyranbatan su anbarından meyit tapıldı
Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb. Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-c
10:55 237 Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerj
10:00 233 ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ ŞUŞANIN MİLLİ-MƏNƏVİ DİRÇƏLİŞİ
Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunu
12:32 183 Sabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
14:21 158 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri
15:33 104 Kreml: Putin Zelenskinin zənginə cavab verəcək
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında Rusiya lideri Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verməsi ehtimalını şərh edib. xəbər verir ki, söhbətin bir hissəsi müxbirin Telegram kanalında dərc olunub. Uşakov bildirib ki
11:17 200