14 iyul 1969-cu il - Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün

14 iyul 1969-cu il - Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu günAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən Plenumu respublika üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Həmin il avqustun 5-də H.Əliyev Azərbaycan KP MK Plenumunda çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onların aradan qaldırılması yollarını göstərdi. Azərbaycan KP MK Avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada mənəvi-psixoloji iqlimi sağlamlaşdırmaq vəzifələri irəli sürüldü. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan KP-nin qurultaylarında, MK-nin plenumlarında, vaxtaşırı çağırılan müşavirələrdə respublikanın iqtisadi, mənəvi və sosial-mədəni inkişafının konkret vəzifələri, təşkilati tədbirlər müəyyən edildi.

Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi mənfi hallar olduğunu, onlara qarşı mübarizənin vacibliyini cəsarətlə elan etdi və bu hallara qarşı qəti mübarizəyə başladı. Heydər Əliyevin SSRİ rəhbərliyində böyük nüfuzu vardı. O, 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd seçildi və bu vəzifənin verdiyi imkanlardan Azərbaycanın inkişafı naminə məharətlə istifadə etdi. Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi. Partiya lideri olmaqla bərabər, o, həm də SSRİ Ali Sovetinin deputatı, onun yuxarı palatası olan İttifaq Sovetinin sədr müavini, habelə Azərbaycan SSR Ali Sovetinin deputatı və Rəyasət Heyətinin üzvü kimi geniş dövlətçilik fəaliyyəti göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik beş mühüm qərar qəbul etdi. Bu qərarların biri Azərbaycanın xalq təsərrüfatının inkişafına İttifaq fondundan külli miqdarda vəsait ayrılmasına əsas oldu.

Heydər Əliyevin həyata keçirdiyi siyasət bütün sahələrdə olduğu kimi, qanunverici orqanlara da ən bacarıqlı və layiqli adamların seçilməsinə imkan yaratdı. Bu orqanların işi xeyli fəallaşdı, yeni komissiyalar yaradıldı, onların səmərəli işləməsi üçün qayğı göstərildi. Azərbaycan parlamenti respublikanın iqtisadi, mədəni inkişafı üçün hüquqi baza yaradan onlarla qanun qəbul etdi. Heydər Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu. 70-ci illərdə və 80-ci illərin əvvəllərində Azərbaycanın mülki, mülki-prosessual, cinayət-prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edildi. Azərbaycan SSRİ məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə edilməsi, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, torpaq, əmək haqqında qanun məcəllələri, inzibati hüquq pozuntuları haqqında, ailə və nikah haqqında məcəllələr qəbul edildi. H.Əliyev 1977-ci ildə SSRİ Konstitusiyasını hazırlayan Konstitusiya Komissiyasının sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına qarşı yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkənermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ Konstitusiyasını hazırlayan Komitənin üzvü kimi SSRİ rəhbərliyi qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlı Qarabağın statusu məsələsinə baxılmadı.

Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən respublika Konstitusiya Komissiyasının hazırladığı yeni "Azərbaycan SSR Konstitusiyası" 1978-ci il aprelin 21-də qəbul edildi. Bu Konstitusiya mövcud olan dar imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsiüçün hüquqi əsasları genişləndirdi. Ölkə rəhbərliyinin etirazına baxmayaraq, H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili respublikada dövlət dili statusunu saxladı.

Respublikanın ictimai-siyasi həyatında dövlət bayramlarının, tarixi günlərin, rayonlarda məhsul bayramlarının qeyd edilməsi, əldə edilmiş müvəffəqiyyətlərlə bağlı təltiflərin verilməsi, Azərbaycanda müttəfiq respublikaların mədəniyyət, ədəbiyyat və incəsənət günlərinin, festivalların, beynəlxalq konfransların və sair keçirilməsi ilə əlaqədar təşkil olunan tədbirlər daha zəngin, canlı və maraqla həyata keçirilirdi. Azərbaycanda siyasi həyatın sürətlə inkişafı, partiyanın qanunverici hakimiyyət orqanının, yerli sovetlərin, ictimai-siyasi təşkilatların, yaradıcılıq ittifaqlarının işindəki mühüm irəliləmələr Heydər Əliyevin şəxsiyyəti, onun çoxcəhətli idarəçilik istedadı, siyasi dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. Bununla əlaqədar o, 1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət və partiya vəzifələrinə dəvət olundu. Sovet İttifaqı KP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. H.Əliyev bu vəzifələrdən də xalqın naminə səmərəli istifadə edirdi.

Beləliklə, 70-ci illərdə və 80-ci illərin birinci yarısında Heydər Əliyevin çoxcəhətli partiya və dövlət idarəçiliyi sayəsində Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət orqanlarının, ictimai təşkilatların işində fəallığı artdı. Partiya və dövlətin, yerli sovetlərin, həmkarlar ittifaqlarının, komsomolun, ziyalıların, yaradıcılıq təşkilatlarının əsas diqqəti respublikanın iqtisadi, sosial mədəni tərəqqisi, xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırılmasınayönəldildi və səmərəli nəticələr verdi. Heydər Əliyev kimi fitri istedadlı, uzaq görən, xalqını sonsuz məhəbbətlə sevən, mütəfəkkir bir şəxsiyyətin, praqmatik siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.

Dahi öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində respublikanın hüquq-mühafizə orqanlarının, o cümlədən ölkə prokurorluğunun inkişafında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün ilk növbədə o dövrlərdə dövlət qulluğunda çalışan şəxslərin hansı peşə vərdişlərinə və işgüzar keyfiyyətlərə malik olması məsələsini ön plana çəkdi. Bunun üçün Heydər Əliyevin göstərişi ilə respublikada kadr ehtiyatlarının bütün səviyyələrdə geniş təhlili aparıldı, təkcə statistik göstəricilər deyil, qulluq pillələrində irəliləməsi prinsipləri, kadrları təkmilləşdirmək və peşəkarlığı artırmaq üçün hansı formalardan istifadə edilməsi, gələcəkdə dövlət qulluğunun peşə fəaliyyətinin bir növü kimi nüfuzunun artırılması üçün nələr etmək lazım gəldiyi müəyyənləşdirildi.

Prokurorluq haqqında qanun qəbul edildikdənsonra 1981-ci il avqustun 4-də hərbi prokurorluq haqqında yeni Əsasnamə, "SSRİ prokurorluğu orqanları işçilərinin rütbə dərəcəsi haqqında 1980-ci il 28 oktyabr tarixli Əsasnamə" və "SSRİ prokurorluğu orqanları prokurorlarının və müstəntiqlərinin həvəsləndirilməsi və intizam məsuliyyəti haqqında" 1984-cü il 17 fevral tarixli Əsasnamə qəbul edildi ki, bu da həmin dövrdə prokurorluğun fəaliyyətinin tənzimlənməsinin daha da təkmilləşdirilməsinə xidmət etmişdir.

Ümummili Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr bu günki müstəqil, suveren və demokratik Azərbaycan Respublikasının təməl daşı olmuşdur və həmin siyasət bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 733   Tarix: 14 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"3783 manatı mənə ödəmək istəmirlər" - "VİVA-RİVA"dan şikayət

Bakının Xətai rayon sakini Vəfa Əhmədova işlədiyi şirkət tərəfindən əmək hüquqlarının kobudcasına pozulduğunu bildirir. "Qafqazinfo"ya müraciət edən şikyətçi iddia edib ki, çalışdığı "VİVA RİVA" mebel salonu onu qanunsuz olaraq işdən çıxarıb və 3800 manata yaxın ödənişləri həyat

01.08.2026 188
.

Xəzərin dibində nələr var? - Gələn məlumatlar NARAHATLIQ YARATDI

Dünya okeanlarının dibində, əsasən Birinci və İkinci Dünya müharibələri zamanı batmış 8500-dən çox gəmi ekoloji təhlükə mənbəyinə çevrilib. Alimlərin fikrincə, güclü fırtınalar, zəlzələlər və ya metal konstruksiyaların tam sıradan çıxması nəticəsində suyun altındakı bir neçə gəmidən neft sızması ba

00:23 94
.

Kredit borcunu qaytara bilməyənlərə ŞAD XƏBƏR

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanır. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq". "Yeni Sabah" xəbə

00:28 94
.

Azərbaycanda pensiya yaşı 70 olur?

Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy

00:30 96
.

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb. Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqli

00:21 126
.

Azərbaycanda aşkarlanan çox sayda ilan görüntülərinə AYDINLIQ GƏTİRİLDİ

Ağdamda qazıntı işləri zamanı aşkarlanan çox sayda ilan görüntülərinə aydınlıq gətirilib. Belə ki, Ağdamda eskavatorla qazıntı işləri aparılan zaman çox sayda ilanın aşkarlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayılan görüntülərdə ilanların gürzə olduğu iddia edilir

00:32 93
.

12 avqustla bağlı NARAHATEDİCİ PROQNOZ: Dünyada nə baş verəcək?

Avqustun 12-də dünyada milyonlarla insan nadir astronomik hadisələrdən biri olan tam Günəş tutulmasını izləmək imkanı əldə edəcək. Belə tutulmalar Yer kürəsində orta hesabla hər 18 aydan bir baş versə də, onların tam fazası hər hansı konkret ərazidən çox nadir hallarda müşahidə olunur. Eyni məkanda

01.08.2026 228
.

Sabah çimərlikdə hava necə olacaq?

Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərind

01.08.2026 182
.

Sosial büdcədə REKORD: Maaş və pensiyalar artır? - İlin ikinci yarısında…

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosial istiqamətlərə yönəldilib. Əməkhaqları, pensiya və müavinətlər, dərman təminatı, icbari tibbi sığorta və digər sosial ödənişlərə ayrılan vəsait ötən illə müqayisədə təxminən 1 milyard manata yaxın artıb. Bu artım yaxın aylard

00:19 104
.

TOP MP3