Milyonçunun tikdirdiyi tarixi bina sökülür?
Bakıda tarixi bina sökülür.
Bu barədə memar Əbdül Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Salatın Əsgərova və Bülbül prospektlərinin kəsişməsində yerləşən yaşayış binası yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina 1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən ikimərtəbəli yaşayış binası kimi tikilib.
"Bir neçə gün əvvəl ərazidə çəkiliş aparan yaxın dostum mənimlə əlaqə saxlayıb. Evin sakinləri ilə söhbət zamanı məlum olub ki, evdəki mənzillərin bir qismi artıq alınıb və bina sökülməyə hazırlanacaq", - deyə Ə.Hüseynov vurğulayıb.
Ə.Hüseynov qeyd edib ki, son vaxtlar memarlıq abidələrinin dağıdılması üçün eyni ssenaridən istifadə edilir.
"Bura mülkiyyətçilərdən mənzillərin alınması, binanın qəsdən qəzalı vəziyyətə gətirilməsi daxildir.
Bundan sonra yeni mülkiyyətçi dövlət strukturlarından binanın qəzalı vəziyyətdə olmasına dair rəy alır. Bu zaman ictimai dinləmələr keçirilimir və peşəkar ekspertlərin rəyi nəzərə alınmır.
Mənfi rəy verilən bina bundan sonra dövlət tərəfindən mühafizə olunan obyektlər siyahısından çıxarılır. Bina sökülür, torpaq sahəsi tam mülkiyyətçinin ixtiyarında qalır.
Ümid edirik, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktı araşdıracaq və memarlıq abidəsinin sökülməsinin qarşısını alacaq".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, memarlıq abidəsinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir:
"Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yayılan məlumatları təsdiq edən heç bir fakta rast gəlinməyib. Eyni zamanda həmin tarixi abidədə yaşayan sakinlər də binanın sökülməsi ilə bağlı onlara hər hansı məlumatın verilmədiyini bildiriblər. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar", məlumatda deyilir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1309 Tarix: 13 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp: İranın şübhəli nüvə obyektinə zərbə endirilə bilər
ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında İranın Kolanq Qaz-La dağının altındakı şübhəli nüvə obyektinə zərbə endirilməsinin mümkün olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Amerika liderinin sözlərinə görə, AB
10:55 196 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
12:55 233 Şuşa Şəhəri Gününü qürur və fəxarətlə qeyd edirik
Haqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü
11:46 194 Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilə
01.11.2026 349 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 348 ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca
12:50 205 Avropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında
"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind
14:48 189 Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
10:35 303 Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
01.11.2026 355