"Vesta Construction"dan pulunu ala bilməyən qazilər: "Cənab Vilayət Eyvazov, ümidimiz Sizədir"
"Vesta Construction" şirkəti uzun müddətdir ki, qazilərə olan borcunu qaytarmır. Vətən üçün canlarını od-alova atmış Qarabağ müharibəsinin veteranlarına hərtərəfli dəstək olmaq, onlara borcu artıqlaması ilə qaytarmaq əvəzinə, şirkət verməli olduğu 61 min manatı da qaytarmır.
Anaxeber.info vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən qazilər şirkətlə bağlı addım atılmasını xahiş ediblər. Onların sözlərinə görə, şirkət rəhbərliyi hər dəfə vəd verərək vaxt udmağa çalışır, amma ortalıqda nəticə yoxdur. Qazilər nazirə müraciətdə qeyd ediblər ki, onların işi beton istehsalıdır. "Biz Bakının Suraxanı rayonu ərazisində fəaliyyət göstəririk. Bu şirkət bizdən beton alıb, amma pulunu indiyə qədər ödəməyib".
Qazilərin sözlərinə görə, şirkət sahibi onları yola verir və süründürür. Şikayətçilər xahiş ediblər ki, 61 min manatın qaytarılması ilə bağlı polis hərəkətə keçərsə, bu işin nəticəsi ola bilər. "Söhbət 600 manatdan getmir ki, göz yumaq, 61 min manat dəyərində beton alınıb, pulu verilmir. Biz dərdimizi kimə deyək, bu şirkət heç kəsi saymır. Həmin vəsait sağlamlığını itirmiş qaziləri, Qarabağ müharibəsi əlillərinin haqqıdır. Belə özbaşınalıq, dələduzluq olmaz. Ona görə cənab nazirdən xahiş edirik ki, səsimizə səs versin. Biz qazancımızla qazilərimizin dava-dərman, müalicə xərclərinə kömək oluruq. Bu haqsızlığı Allah götürməz. Qazinin haqqını yemək ən böyük günahlardan biridir. Həmin şirkət isə heç bir şikayətə, müraciətə reaksiya vermir. Cənab Vilayət Eyvazov, sizə inanırıq və bu xahişimizə daxili işlər orqanlarından cavab gələcəyinə ümid edirik".
Həsənov İlham Bəşir oğlu 070 421 31 41
Həziyev Ramiz Mərdan oğlu 070 732 19 68
Ağakişiyev Akif Xankişi oğlu 050 302 32 72
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 656 Tarix: 10 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropada etimad böhranı: Siyasi sistem ciddi sınaq qarşısında
"Bu gün Avropada baş verən proseslər göstərir ki, qitə ciddi siyasi və sosial sınaq qarşısındadır. Polşada hakimiyyət qolları arasında kəskin qarşıdurma, Fransada kütləvi etirazlar, Almaniyada artan sosial narazılıqlar təsadüfi hadisələr deyil. Bunlar bütövlükdə Avropanın mövcud idarəçilik modelind
14:48 194 ABŞ-da ara seçkilərdən sonra Pentaqonu hansı araşdırmalar gözləyə bilər?
Pentaqon ABŞ-da keçiriləcək ara seçkilərdən sonra Konqresdə siyasi tərkibin dəyişəcəyi təqdirdə Demokratlar tərəfindən aparıla biləcək araşdırmalara hazırlaşır. xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ən yüksə
10:44 184 Şuşa Şəhəri Gününü qürur və fəxarətlə qeyd edirik
Haqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü
11:46 195 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs
12:35 206 Bu gün Şuşa sürətlə dirçəlir
"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda
11:52 206 "Arsenal" 14 ildən sonra ilk dəfə "Enfild"də qələbə qazandı
İngiltərə çempionu "Arsenal" 14 ildən sonra ilk dəfə Premyer Liqa oyununda "Enfild" stadionunda "Liverpul"u məğlub edib. -ın xəbərinə görə, İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Arsenal" alman hücumçu Kay Havertsin qolu sayəsində "Liverpul"
19:30 1 Sabah Hövsan-Türkan yolunun bu hissəsi bağlı olacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məluma
20:45 1 Kreml: Putin Zelenskinin zənginə cavab verəcək
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında Rusiya lideri Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verməsi ehtimalını şərh edib. xəbər verir ki, söhbətin bir hissəsi müxbirin Telegram kanalında dərc olunub. Uşakov bildirib ki
11:17 208 JURNALİSTİ DÖYƏNİ 8 İLƏDƏK HƏBS GÖZLƏYİR
APA TV-nin müxbirinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş verən yanğın hadisəsini işıqlandırmaq istəyərkən hücuma məruz qalması ictimaiyyətdə narazılıqla qarşılandı. Xatırladaq ki, bir neçə gün əvvəl "Real TV" ilə "Space TV"nin əməkdaşları da məktəb qarşısında fizik
16:44 168