İlham Əliyev Özbəkistan prezidentini təbrik etdi
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.
Özbəkistan Prezidenti təbriklərə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 520 Tarix: 10 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAli Radanın alt komitəsinin sədri: Ukrayna müharibəni texnoloji müstəviyə keçirir
Rusiyanın Ukrayna ərazisində qoşunlar qrupunu 2024-cü ildəki 520 mindən 2025-ci ildə 700 minə qədər artırmasına rəsmi Kiyev simmetrik cavab verib vətəndaşlarının səfərbərliyini artıra bilməz. Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Müdafiə və milli təhlükəsizlik, kəşfiyya
04.04.2026 184 Azərbaycanda FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ
Göygöldə bədbəxt hadisə baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, 1962-ci il təvəllüdlü A.Hüseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkü
04.04.2026 440 Azərbaycanda vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək
Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Verg
04.04.2026 149 Sumqayıtda 16 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Sumqayıt şəhərində yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Bu barədə -a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, aprelin 1-i, saat 13:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsi
04.04.2026 239 Bu ödənişlərə komissiya gəlir - Pulunuzdan tutulacaq
"Pashapay" (MilliON) ve M-Pay (E-manat) terminalları ile mədaxil əməliyyatları zamanı 1% komissiya haqqı tutulacaq. Bizim.Media xəbər verir ki, komissiya haqqı sözügedən operatorlar tərəfindən tutulacaq. Qeyd edək ki, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Xidmətlə
00:25 115 İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İran silahlı qüvvələri İsrailin Ben-Qurion hava limanına hücum edib. "Report" İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verir ki, irimiqyaslı hücum bu gün səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib. Bildirilib ki, yeni idarəedilmə qülləsi, 1 v
04.04.2026 129 Azərbaycanda 2020-dən bəri mina qurbanlarının sayı açıqlandı
Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 7
04.04.2026 176 Serj Sarqsyanın partiyası seçkidə iştirak edəcək?
Serj Sarqsyan Ermənistan Respublikaçı Partiyasının 18-ci qurultayından əvvəl iyunun 7-nə təyin olunan parlament seçkisində iştirak etməyəcəyini təsdiqləyib. -ın xəbərinə görə, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Bildirilib ki, keçmiş prezident partiyasının kimi dəstəkləyəcəyini qurulta
04.04.2026 178 BƏƏ-nin HHM qüvvələri bu gün 23 ballistik raket və 56 PUA zərərsizləşdirib
BƏƏ-nin Hava Hücumundan Müdafiə (HHM) qüvvələri aprelin 4-də İran ərazisindən buraxılmış 23 ballistik raketin və 56 pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb. "Report" xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında bildirilib. "İranın hücumları başlayandan bəri HH
04.04.2026 179