Dilarə Əliyevanın yeni işi - Fotolar
Əməkdar artist Dilarə Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrında librettosu Xalq yazıçısı Anara, musiqisi Xalq artisti Vasif Adıgözəlova məxsus "Adamın adamı" tamaşasında Nazlı-qəmzəli obrazını canlandıracaq.
Axşam.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanan səhnə əsərində məşqlərini davam etdirən aktrisa təəssüratlarını bölüşüb:
"Bir neçə ay öncə Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdən "Adamın adamı" tamaşasında Nazlı-qəmzəli obrazını ifa etmək üçün təklif aldım. Lakin xaraktercə mürəkkəb olan bu rolun məsuliyyətini dərk etdiyimdən dərhal qərar verməkdə çətinlik çəkdim. O vaxt teatrın bu təklifini ailəmlə də müzakirə etdim və müsbət qarşılanması məni daha da ruhlandırdı. Hazırda səhnə əsəri üzərində işlər davam edir. Tamaşaçılar məni daha çox televiziyadan tanıyırlar və düşünürəm ki, teatr səhnəsindəki oyunum da onlar üçün maraqlı olacaq".
Qeyd edək ki, aktrisa ilə yanaşı, tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlili, Şaban Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva, Günay Qasımova, Cəbrayıl Cəbrayılov da iştirak edəcəklər.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2213 Tarix: 07 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkan saat 15:31-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.6, ocağının dərinliyi isə 24 kilometr olub. Məlumata görə
01.08.2026 323 Azərbaycanda pensiya yaşı 70 olur?
Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy
00:30 96 Pentaqon raket ehtiyatını yeniləmək üçün Konqresdən 18 milyard dollar istəyir
ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) ələkeçirici raket ehtiyatlarının yenilənməsinə 18.2 milyard dollar ayrılması üçün Konqresə sorğu ünvanlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb. Məlumata əsasən, qeyd olunan rəqəm daha öncə göndərilmiş 67 milyard dollarlıq əlavə vəsai
01.08.2026 55 Sabah çimərlikdə hava necə olacaq?
Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərind
01.08.2026 182 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-ə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 516,448 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
01.08.2026 162 12 avqustla bağlı NARAHATEDİCİ PROQNOZ: Dünyada nə baş verəcək?
Avqustun 12-də dünyada milyonlarla insan nadir astronomik hadisələrdən biri olan tam Günəş tutulmasını izləmək imkanı əldə edəcək. Belə tutulmalar Yer kürəsində orta hesabla hər 18 aydan bir baş versə də, onların tam fazası hər hansı konkret ərazidən çox nadir hallarda müşahidə olunur. Eyni məkanda
01.08.2026 228 Xəzərin dibində nələr var? - Gələn məlumatlar NARAHATLIQ YARATDI
Dünya okeanlarının dibində, əsasən Birinci və İkinci Dünya müharibələri zamanı batmış 8500-dən çox gəmi ekoloji təhlükə mənbəyinə çevrilib. Alimlərin fikrincə, güclü fırtınalar, zəlzələlər və ya metal konstruksiyaların tam sıradan çıxması nəticəsində suyun altındakı bir neçə gəmidən neft sızması ba
00:23 94 "Avropada ölüm doğumu üstələyir" - İlon Maskdan xəbərdarlıq
İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik böhrana diqqət çəkib və Qərb ölkələri əhalisinin nəsli kəsilməsi riskindən xəbərdarlıq edib. xəbər verir, bu barədə Mask özünün "X" şəbəkəsindəki hesabında yazıb. "Avropa İttifaqına daxil olan 27 dövlətdən 21-də ölüm göstəriciləri doğu
01.08.2026 133 ABŞ Ukraynaya Yardım Qrupundakı liderliyindən imtina edə bilər
ABŞ Ukraynaya Yardım Qrupunda (SAG-U) təhlükəsizlik sahəsində aparıcı ölkə rolundan çıxa bilər. xəbər verir ki, bu məlumatı "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb. Məlumata görə, Pentaqon Ukraynaya hərbi dəstəyi əlaqələndirən və Almaniyada fəaliyyət göstərən NATO komandanlığına rəhbərlikdə
01.08.2026 154