"HƏR 10 UŞAQDAN DOQQUZUNDA GÖZ PROBLEMİ VAR" - Valideynlərə populyar oftalmoloqdan təşvişli çağırış

"HƏR 10 UŞAQDAN DOQQUZUNDA GÖZ PROBLEMİ VAR" - Valideynlərə populyar oftalmoloqdan təşvişli çağırışDövrümüzün səfası və bəlası: internet, yüksək texnologiyalar, mobil vasitələr...Bütün
bunlardan faydalanacaq nəsnələrimiz çoxdur. Amma bir önəmli detala riayət etsək:
istifadə qaydalarına və təhlükəsizliyə! Xüsusilə də söhbət uşaqlardan gedirsə..
"Girirsən otağa, 7-8 aylıq körpə gözünü tikib telefona, cizgi filminə baxır. Ana yanında da
olsa, nə faydası, o da telefonla məşğuldur. Yarım saat keçir, 1 saat ötür, körpə ağlamırsa,
sakitdirsə, valideyn düşünür ki, övladı xoşbəxt və hüzurludur. Uşaq 2-3 saat telefonla
keçirir. Faciədir, çünki bu balacanın yaxın gələcəkdə ciddi göz problemlərinin
yaranacağını proqnozlaşdırmaq çətin deyil. Biz oftalmoloqlar bunu valideynə daha necə,
hansı üsulla deməliyik ki, o, canından artıq sevdiyi balasını göz görə-görə atəşə atmasın?"
Bu həyəcanlı sözlərin müəllifi "AYSMED" Klinikasının oftalmoloqu Türkan
Əfəndiyevadır. Təcrübəli həkim Azərbaycanda bu sarıdan vəziyyətin həqiqətən kritik
həddə çatdığını deyir:

"Valideynlərin çoxu övladında göz qüsurunun olmasından xəbərsizdir"

Azərbaycanda 10 il əvvəllə müqayisə etsək, uşaq pasientlərin sayı böyük miqyasda artıb.
Bunu bir həkim olaraq, öz təcrübəmdə bariz görürəm. Bir müddət əvvəl klinikamız uşaq
bağçalarında ödənişsiz müayinələr təşkil etdi. Acınacaqlı faktdır ki, hər 10 körpədən ən azı
9-da göz problemi aşkarlandı. Bu qorxuducu rəqəmdir. Əgər 15-20 il öncə bir ümumtəhsil
müəssisəsində cəmi 10-15 eynəkli uşaq vardısa, indi hər sinifdə 4-5 məktəbli gözlük taxır.
Üstəlik, valideynlərin çoxu övladında göz qüsurunun olmasından bixəbərdir. Çünki uşaq
ön sırada oturursa, yaxud körpə bağçada daha çox yaxın təmasda olursa, onun uzağı
görməsi ilə bağlı problem yaşaması gizli qalır. Odur ki, uşaq 6 aydan başlayaraq, müəyyən
periodikliklə mütləq oftalmoloq müayinəsindən keçməlidir. Bu, onun gələcəkdə gözü ilə
bağlı ortaya çıxa biləcək problemləri zamanında çözməyə yardımçı olar.

Monitor 3 yaşadək körpələrdə hansı oftalmoloji və nevrotik problemlər yaradır?

Texnoloji yeniliklərin avantajları olduğu qədər dezavantajları da yetərincədir. Son illərdə
qəbula gələn uşaqların çoxu baş ağrısı, gözlərinin sanki "yanması", əsəbilik, göz quruluğu
kimi simptomlardan şikayətçidirlər. Müayinə edərkən, söhbətləşərkən məlum olur ki,
uşaqlar günün çox hissəsi monitor arxasında keçirirlər. Fərq etməz, bu bilgisayar da ola
bilər, televizor da, telefon da, başqa elektron cihazlar da! Bəlli bir yaş qrupunda, bəlli
zaman aralığında bu cihazlar göz üçün 1 nömrəli təhlükə qaynağıdır. Mən bir oftalmoloq
olaraq, 3 yaşadək körpələrin monitor önündə zaman keçirməsini yolverilməz sayıram.
Məncə, digər həmkarlarım da bu məsələyə münasibətdə artıq "tövsiyə etmirəm" deyil,
"qadağandır" sözünü işlətməlidirlər. Çünki körpədə 3 yaşınadək gözün sürətli inkişaf
prosesi gedir. Amma sözügedən cihazlar bu təbii inkişafı pozur. Maraqlıdır ki,
Azərbaycanda bununla bağlı hər hansı normativ yoxdur. Amma ABŞ Oftalmoloji
Cəmiyyətinin normativlərində deyilir ki, körpə yalnız 3 yaşından başlayaraq, 6 yaşadək,
gün ərzində 30 dəqiqəni keçməmək şərti ilə 50 sm-lik məsafə qorunmaqla, böyük monitora
baxa bilər. O da daha çox Skype və s. proqramlarda uzaqda olan sevdikləri ilə ünsiyyət
saxlamaq üçün. İndi bizim ata-analar da zəhmət olmasa, özlərinə sual versinlər ki, övladları
bu şərtlərə əməl edir, ya yox? Uşaq ağladısa, tablet gəlsin, yemək yemirsə, telefonda cizgi
filmi qoyulsun...Valideyn beləcə öz işini və həyatını asanlaşdırır, amma fərqinə varmadan
balasına böyük zərər vurur.

"İnsan 1 dəqiqə ərzində 16 dəfə gözünü qırpmalıdır"

Bu qırpma nəticəsində sadə şəkildə desək, gözümüz yetərincə qidalanır, üstü nəmlənir,
mikrobların, tozun gözümüzə düşməsinin qarşısı alınır. Amma uşaq monitora çox baxanda,
bu rəqəm 5-6 dəfəyə düşür. Bu artıq faciənin başlanğıcıdır. Çünki balacalarda göz-ifraz
sistemi pozulur, miopiya, astiqmatizm və s. bu kimi ciddi qırma qüsurları yaranır.
Övladınızla 2 saat daha çox zaman keçirməniz, ona qayğı göstərməniz, ağlayarkən onu
sakitləşdirməniz, maraqlı nağıllar danışaraq, onu yedirməniz yaxşıdır, yoxsa balanızı
dövrün monitor virusuna yoluxduraraq, onu öz əlinizlə belə xəstəliklərə düçar etmək? Bir
də unutmayaq ki, ekran nə qədər kiçik olursa, daha böyük bəlalar doğura bilər. Geniş
ekranda şüa paylanır, telefonda və tabletdə isə 1 obyektdən, eyni nöqtədən gücləndirilmiş
təsvirlər uşağın gözlərinə "tuşlanır". Mən tövsiyə edirəm ki, uşaqlar 5-6 yaşdan sonra
yeniyetməlik dövrünə qədər gündə ən çox 2 dəfə, ümumi 30 dəqiqəni keçməmək şərti ilə
filmlərə yalnız geniş monitorda baxa bilərlər.

"HƏR 10 UŞAQDAN DOQQUZUNDA GÖZ PROBLEMİ VAR" - Valideynlərə populyar oftalmoloqdan təşvişli çağırışAutizmli uşaqlar üçün həyat qurtarıcı "MEDİWORKS" cihazı...

Təəssüf ki, son zamanlar autizmli uşaqların sayı sürətlə artmaqdadır. Bu balaca
pasientlərimizlə qısa zamanda kontakta girmək çətindir. Xüsusilə də onların göz
müayinəsindən keçirmək üçün "başını düz saxla", "çənəni tərpətmə", "gözlərini qırpma"
və s. bu tipli komandaları icra etmələri bəzən mümkünsüz olur. Hətta nəinki nevrotik
problemlər yaşayan balalarımızda, körpələrin demək olar ki, bir çoxunda analoji çətinlik
yaşayırıq. Burada köməyimizə "MediWorks" aparatı yetir. Uşaqlar bu aparatı çox zaman
fotokamera sayırlar. Uşağın nə yerində sabit durmasına, nə başını tərpətməməsinə, nə
anasının bərk tutmasına, hətta bizim balacalara təmas etməyimizə belə lüzum qalmır.
Körpə oyuncaqla oynarkən, kənardan 1 metr məsafədən bircə anı yaxalayırıq və bitdi,
balacanın həm göz ölçüsünü, həm qırıcılıq qüsurları varsa, asanlıqla aşkar edirik. Cihazın
belə funksional olması, çalışarkən əyləncəli musiqinin səslənməsi həm biz həkimlər üçün,
həm də valideynlər üçün əla fürsətdir. Artıq 6 aydan başlayaraq, həm klinikada, həm də
uşağın evinə gedərək, müayinəmizi rahat, körpəni incitmədən edə bilirik. Odur ki, əziz
valideynlər, övladınızın məktəbə getməsini, orada hansısa göz qüsurunun aşkarlanmasını
gözləməyin. Axı siz balalarınızı gözünüzdən artıq sevirsiniz! O zaman onların gözünü
qoruyun! Bu arada cihaz vasitəsilə yalnız uşaqları deyil, istənilən yaş qrupundan olan
pasienti də müayinə edə bilirik.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu

Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkan saat 15:31-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.6, ocağının dərinliyi isə 24 kilometr olub. Məlumata görə

01.08.2026 323
.

Azərbaycanda pensiya yaşı 70 olur?

Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy

00:30 96
.

Pentaqon raket ehtiyatını yeniləmək üçün Konqresdən 18 milyard dollar istəyir

ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) ələkeçirici raket ehtiyatlarının yenilənməsinə 18.2 milyard dollar ayrılması üçün Konqresə sorğu ünvanlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb. Məlumata əsasən, qeyd olunan rəqəm daha öncə göndərilmiş 67 milyard dollarlıq əlavə vəsai

01.08.2026 55
.

Sabah çimərlikdə hava necə olacaq?

Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərind

01.08.2026 182
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 516,448 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

01.08.2026 162
.

12 avqustla bağlı NARAHATEDİCİ PROQNOZ: Dünyada nə baş verəcək?

Avqustun 12-də dünyada milyonlarla insan nadir astronomik hadisələrdən biri olan tam Günəş tutulmasını izləmək imkanı əldə edəcək. Belə tutulmalar Yer kürəsində orta hesabla hər 18 aydan bir baş versə də, onların tam fazası hər hansı konkret ərazidən çox nadir hallarda müşahidə olunur. Eyni məkanda

01.08.2026 228
.

Xəzərin dibində nələr var? - Gələn məlumatlar NARAHATLIQ YARATDI

Dünya okeanlarının dibində, əsasən Birinci və İkinci Dünya müharibələri zamanı batmış 8500-dən çox gəmi ekoloji təhlükə mənbəyinə çevrilib. Alimlərin fikrincə, güclü fırtınalar, zəlzələlər və ya metal konstruksiyaların tam sıradan çıxması nəticəsində suyun altındakı bir neçə gəmidən neft sızması ba

00:23 94
.

"Avropada ölüm doğumu üstələyir" - İlon Maskdan xəbərdarlıq

İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik böhrana diqqət çəkib və Qərb ölkələri əhalisinin nəsli kəsilməsi riskindən xəbərdarlıq edib. xəbər verir, bu barədə Mask özünün "X" şəbəkəsindəki hesabında yazıb. "Avropa İttifaqına daxil olan 27 dövlətdən 21-də ölüm göstəriciləri doğu

01.08.2026 133
.

ABŞ Ukraynaya Yardım Qrupundakı liderliyindən imtina edə bilər

ABŞ Ukraynaya Yardım Qrupunda (SAG-U) təhlükəsizlik sahəsində aparıcı ölkə rolundan çıxa bilər. xəbər verir ki, bu məlumatı "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb. Məlumata görə, Pentaqon Ukraynaya hərbi dəstəyi əlaqələndirən və Almaniyada fəaliyyət göstərən NATO komandanlığına rəhbərlikdə

01.08.2026 154
.

TOP MP3