Şabranda qanunsuz bazarın yaradılması narazılığa səbəb oldu – "Qeyri-etik ifadələri işlədərək insanları narahat edirlər" - FOTO

Şabranda qanunsuz bazarın yaradılması narazılığa səbəb oldu – "Qeyri-etik ifadələri işlədərək insanları narahat edirlər" - FOTOŞabran rayonunun mərkəzində fəaliyyət göstərən bazarın önündə qanunsuz olaraq yeni bazar yaradılıb. Bu səbəbdən köhnə bazarda çalışan sahibkarların işi çətinləşib, onlar məhsullarını sata bilmirlər.

Bu barədə Pravda.az-a şikayət ünvanlayan sahibkarlar bildiriblər ki, qanunsuz açılan bazarda satılan qidaların keyfiyyəti standartlara cavab vermir.

"Bazarın içində bazar yaradıblar. Qeyri-qanuni yaradılmış bazarın yerində əvvəl bələdiyyə bazarı olub. Hansı ki, orada əvvəllər satıcılar "yerpulu" və dövlətə vergi ödəyiblər. Bundan əlavə, bazara nəzarət edən polis də olub. Lakin bələdiyyə sədri yenisi ilə əvəz ediləndən sonra vəziyyət tamam dəyişib. Rayona yeni təyin edilən icra başçısı həmin bələdiyyə bazarını sökdürüb. Buna səbəb kimi isə bazarın önündə yeni bazarın qanunsuz olduğu göstərilib. İndi isə həmin bazarda çalışanlar yeni yerlər götürərək, nə yerpulu, nə də vergi verirlər", - şikayətdə bildirilib.

Satıcılar iddia edirlər ki, sözügedən bazarda çalışanların arasında narkotik istifadəçiləri də var: "Qeyri-etik ifadələri işlədərək insanları narahat edirlər. Vəziyyət o həddə çatıb ki, avtomobillərin hərəkətində də problemlər yaranıb. Bazarın avtomobil parkı yoxdur. Halbuki hazırda qanunsuz icarəyə verilən yerlərdə əvvəllər avtomobil parkı fəaliyyət göstərib. Hər gün qanunsuz fəaliyyət göstərməklə külli miqdarda vəsait əldə edərək həmin pulları dövlətdən gizlədən, vergidən yayınan və qanunları pozan bu işbazlar insanları anti-sanitariya vəziyyətində alış-veriş etməyə məcbur qoyublar. Xəstəlik mənbəyi olan və anti-sanitariya vəziyyətində fəaliyyət göstərən, insanların gediş-gəlişinə maneə yaradan, şəhərin ümumi gözəlliyinə xələl gətirən həmin qanunsuz bazarın işləməsinə rayon rəhbərliyi nə vaxta qədər göz yumacaq?"

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş-leytenantı Xəyal Talıbov Pravda.az-a açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət daxil olmayıb: "Buna baxmayaraq həmin məsələ ilə əlaqədar araşdırma aparılır. Müvafiq tədbirlərin görülməsi təmin olunacaq".

Şabran Rayon İcra Hakimiyyəti tərəfindən saytımıza verilən açıqlama isə belə olub: "Şabran şəhər əhalisi tərəfindən gündəlik qida məhsullarının istehlak olunmasında əsas satış nöqtəsi olan "Dəvəçi-Kolxoz Bazarı" MMC-nin M.Ə.Rəsulzadə prospekti tərəfindən giriş hissəsindəki meydançanın ayrı-ayrı şəxslər tərəfindən qanunsuz şəkildə istifadə olunması, bazar ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, insanların və nəqliyyat vasitələrinin əraziyə rahat şəkildə giriş və çıxışının təmin olunması, bazar ərazisində sanitar-gigiyenik qaydalara əməl olunması, anti-sanitar vəziyyətə mütəmadi nəzarət olunması, bazar ərazisində fəaliyyət göstərən ticarət obyektlərində yanğın təhlükəsizliyi avadanlıqlarının və xəbərdaredici sinqalizasiya qurğularının, habelə bu istiqamətdə digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün Şabran Rayon İcra Hakimiyyəti və Şabran Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən dəfələrlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya şöbəsinə, FHN-nin Şimal Regional Mərkəzinə, Şabran Rayon Polis Şöbəsinə, Şabran rayon bələdiyyəsinə və Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət olunub. Sözügedən məsələləri və bu istiqamətdə görülən bütün işləri Şabran Rayon İcra Hakimiyyəti diqqət mərkəzində saxlayır".

Şabranda qanunsuz bazarın yaradılması narazılığa səbəb oldu – "Qeyri-etik ifadələri işlədərək insanları narahat edirlər" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 675   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.