"Qadın sahibkarların sayında artım müşahidə olunur"- AÇIQLAMA
Qlobal iqtisadiyyatı ikiqat artırmağın bir yolu var və dünya şirkətləri hələ də bu reallığı açıq şəkildə elan etmirlər.
"Boston Consulting Group"un analitiklərinə görə, bu metod və ya çıxış yolu qadın sahibkarlığının inkişafıdır.
Şirkətin araşdırmasına görə, əgər kişilər qədər qadın sahibkar da olsaydı, qlobal ÜDM 3% -dən 6 % -ə yüksələcək və dünya iqtisadiyyatının həcmi 2,5 trilyon dollardan 5 trilyon dollara qədər artacaqdı.
Bəs gəlin görək, ölkəmizdə qadın sahibkarlar üçün yaradılan imkanlar hansı səviyyədədir?
Biz də BiG.AZ olaraq mövzu ilə bağlı fikirlərini öyrənmək üçün GUYS İctimai Birliyinin sədri Mübariz Quliyevlə həmsöhbət olduq:
"Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmasına görə müstəqilliyini əldə etmiş ölkələrdən biridir və heç şübhəsiz ki, bu istiqamətdə gözləntilər də çox yüksəkdir. Bu gözləntilər isə tamamilə təbiidir, çünki ölkədə bu istəkləri qarşılayacaq münbit şərait mövcuddur.
Bu inkişafın aparıcı fiqurları isə sadəcə kişilər deyil, ölkəmizdə qadın sahibkarlar da bu prosesdə önəmli və yetəri qədər böyük yer tutur.
Ümumiyyətlə iqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili - iqtisadi potensialının gücləndirilməsində kiçik və orta sahibkarlığın rolu danılmazdır. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan əhalidir. Əhalinin artması isə əmək bazarına yeni işçi qüvvəsinin gəlməsini şərtləndirir".
Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini ilk ratifikasiya edən ölkələrdən biri olduğunu qeyd edən ekspert bildirdi ki, son illərdə qadın sahibkarların sayında artım müşahidə olunur:
"Qadınların iqtisadiyyatda rolunun artırılması BMT-nin DİM təşəbbüsünün 17 hədəfindən biridir. Qadın sahibkarların sayında olan artım onlar üçün yaradılan uyğun imkan və şəraitin nəticəsidir.
Onu da qeyd edim ki, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir. Bu da kifayət qədər yaxşı göstəricidir".
Aynur HÖKMÜRƏVAN
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 693 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai
02.11.2026 401 Hərbi xidmətdən boyun qaçıran 5 nəfərə - Cinayət işi açılıb
Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib. "Qafqazinfo" Hərbi Prokurorluğa istinadən xəbər verir ki, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirm
02.11.2026 286 Rusiyanın TDT-də iştirakı hansı riskləri yarada bilər?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsini təklif edib. Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvay
02.11.2026 228 Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": bunu dayandırmağın yolu
Android telefonları Wi-Fi şəbəkəsinə qoşulu olduqda belə mobil internet paketindən istifadə edə bilər. Bunun səbəbi telefonun bəzi gizli parametrlərinin mobil şəbəkə ilə əlaqəni aktiv saxlamasıdır. xarici mediaya istinadla xəbər verir ki, bütün ay ərzində evdə Wi-Fi-yə qoşulu olmasına baxmayaraq, təxminə
02.11.2026 233 Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib. Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəy
02.11.2026 200 Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas
02.11.2026 236 Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy
02.11.2026 297 Ürək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
02.11.2026 112 Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsind
02.11.2026 182