Bakıda restoran sahibinin oğlu taksi sürücüsünü döydü - FOTOLAR

Bakıda restoran sahibinin oğlu taksi sürücüsünü döydü - FOTOLARBakının Qaradağ rayonunda 1995-ci il təvəllüdlü Musa Vaqifə (adlar şərti verilib – red.) xəsarət yetirib

Sonxeber.az xəbər verir ki, hadisə ötən ilin martın 3-də rayonun Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən "Kolizey" kafesinin qarşısında baş verib.

Musa aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edərək Vaqifi qəsdən vuraraq ona xəsarətlər yetirib.

Bundan başqa, Musa Vaqifin idarə etdiyi "Azsamand" markalı avtomobilin sağ qabaq şüşəsini qəsdən yumruqla sındırıb. Ona 60 manat məbləğində maddi ziyan vurub.

Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, martın 3-də, axşam saatlarında Lökbatan qəsəbəsində yerləşən "Kolizey" çay evində Samirə və Vəfa adlı xanımlarla çay içiblər:

"Orada olduğum müddət ərzində heç bir dava-dalaş görmədim. Təxminən 5 gün sonra Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə çağırıldım. Polis bölməsində məndən baş vermiş münaqişə barədə soruşdular. Lakin heç bir dava-dalaş olmadığını, ümumiyyətlə, belə bir hadisəni görmədiyimi dedim. Polis bölməsində məndən şikayət edən şəxsi gördüm. Lakin onu daha əvvəllər görmədiyimi, ona qarşı heç bir fiziki zorakılıq göstərmədiyimi bildirdim".

Təqsirlənmdirilən şəxs qeyd edib ki, özü "Azsamand" markalı nəqliyyat vasitələrini taksi kimi fəaliyyət göstərməsi ilə əlaqədar icarəyə verdiyi halda, başqa şəxsin taksi xidmətindən istifadəsi ilə bağlı müraciət etməsi həqiqəti əks etdirmir.

İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, martın 3-də, axşam saatlarında müştəri gətirib və Lökbatan qəsəbəsində yerləşən "Kolizey" çay evinin qarşısında düşürüb:

"Həmin vaxt bir neçə oğlan mənə yaxınlaşdı. İdarə etdiyim nəqliyyat vasitəsinə 5 manat miqdarında yanacaq dolduraraq onları Hökməli qəsəbəsinə aparmağımı istədilər. İdarə etdiyim nəqliyyat vasitəsinin nasaz olduğunu bildirədim. Onları aparmaqdan imtina etdim. Həmin şəxslərdən biri, hazırda təqsirləndirilən Musa avtomobilim nasaz olduğu halda nə üçün idarə etdiyimi söylədi, mənə irad bildirdi. Həmin şəxslərə işləmək istəmədiyimi, evə getdiyimi bildirdim. Mənim ünvanıma nalayiq ifadələr işlətdilər. Məni təhqir etmələrinə öz narazılığımı bildirdim. Biri təqsirləndirilən şəxs olmaqla 4 nəfər üzərimə hücum çəkdiləır. Məni onu döyüb, sifət nahiyəmdən zərbələr vurdular.

Həmçinin, idarə etdiyim nəqliyyat vasitəsini yararsız hala salmaqla zərər vurdular. Mən idarə etdiyim nəqliyyat vasitəsinə geri əyləşərək, həmin şəxslərdən canımı qurtardım və yaxınlıqda olan polis bölməsinə getdim. Orada ərizə yazaraq baş verən hadisə barədə məlumat verdim. Polis bölməsində həmin şəxslərin vizual görünüşünü təsvir edərkən polis əməkdaşları həmin şəxslərdən birinin polis bölməsinin yaxınlığında olan restoran sahibinin oğlu Musa olması qənaətinə gəldilər. Hadisədən bir neçə gün sonra polis bölməsində olarkən təqsirləndirilən şəxsi mənə təqdim olundu. Mənə xəsarət yetirmiş şəxslərdən birinin o, olduğunu təsdiqlədim".

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Musa 1 il 5 ay 26 gün müddətə islah işləri cəzasına məhkum edilib./Demokrat.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 05 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu

Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkan saat 15:31-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.6, ocağının dərinliyi isə 24 kilometr olub. Məlumata görə

01.08.2026 323
.

Azərbaycanda pensiya yaşı 70 olur?

Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy

00:30 96
.

Pentaqon raket ehtiyatını yeniləmək üçün Konqresdən 18 milyard dollar istəyir

ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) ələkeçirici raket ehtiyatlarının yenilənməsinə 18.2 milyard dollar ayrılması üçün Konqresə sorğu ünvanlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb. Məlumata əsasən, qeyd olunan rəqəm daha öncə göndərilmiş 67 milyard dollarlıq əlavə vəsai

01.08.2026 55
.

Sabah çimərlikdə hava necə olacaq?

Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərind

01.08.2026 182
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 516,448 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

01.08.2026 162
.

12 avqustla bağlı NARAHATEDİCİ PROQNOZ: Dünyada nə baş verəcək?

Avqustun 12-də dünyada milyonlarla insan nadir astronomik hadisələrdən biri olan tam Günəş tutulmasını izləmək imkanı əldə edəcək. Belə tutulmalar Yer kürəsində orta hesabla hər 18 aydan bir baş versə də, onların tam fazası hər hansı konkret ərazidən çox nadir hallarda müşahidə olunur. Eyni məkanda

01.08.2026 228
.

Xəzərin dibində nələr var? - Gələn məlumatlar NARAHATLIQ YARATDI

Dünya okeanlarının dibində, əsasən Birinci və İkinci Dünya müharibələri zamanı batmış 8500-dən çox gəmi ekoloji təhlükə mənbəyinə çevrilib. Alimlərin fikrincə, güclü fırtınalar, zəlzələlər və ya metal konstruksiyaların tam sıradan çıxması nəticəsində suyun altındakı bir neçə gəmidən neft sızması ba

00:23 94
.

"Avropada ölüm doğumu üstələyir" - İlon Maskdan xəbərdarlıq

İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik böhrana diqqət çəkib və Qərb ölkələri əhalisinin nəsli kəsilməsi riskindən xəbərdarlıq edib. xəbər verir, bu barədə Mask özünün "X" şəbəkəsindəki hesabında yazıb. "Avropa İttifaqına daxil olan 27 dövlətdən 21-də ölüm göstəriciləri doğu

01.08.2026 133
.

ABŞ Ukraynaya Yardım Qrupundakı liderliyindən imtina edə bilər

ABŞ Ukraynaya Yardım Qrupunda (SAG-U) təhlükəsizlik sahəsində aparıcı ölkə rolundan çıxa bilər. xəbər verir ki, bu məlumatı "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb. Məlumata görə, Pentaqon Ukraynaya hərbi dəstəyi əlaqələndirən və Almaniyada fəaliyyət göstərən NATO komandanlığına rəhbərlikdə

01.08.2026 154
.

TOP MP3