PƏRVİZ BAĞIROV AZƏRBAYCANDA TATTOOYA YENİ BAXIŞ GƏTİRƏCƏK

PƏRVİZ BAĞIROV AZƏRBAYCANDA TATTOOYA YENİ BAXIŞ GƏTİRƏCƏKDünyada incəsənətə çevrilmiş tattoo peşəsi ölkəmizdə də inkişaf etməyə başlamışdır.
Çoxları tattoonu müasirlik rəmzi hesab etsə də, əslində tattoonun tarixi çox qədimlərə gedir, ən qədim dövrlərdə ibtidai insanlar dini inanclarına görə, mənsub olduqları qəbiləni göstərmək üçün tattoodan istifadə edirdilər. Hətta Misirdə ən qədim piramidalardakı mumyalarda da tattoolar aşkarlanmışdır.
Beləliklə məlum olur ki, tattoo əslində çox qədim mədəniyyətin bir parçasıdır. Tattoo insanın azadlığının, fərqliliyinin onun bədənində əks olunmuş simvoludur. Tattoo etdirərkən bir çox nüansa diqqət edilməlidir, bunlardan ən önəmlisi isə peşəkar tattoo ustasına müraciət etməkdir. Peşəkar tattoo ustasını necə tapa bilərik deyirsinizsə, məqaləmizi diqqətlə oxuyun. Tattoo sahəsində əl işləri ilə fərqlənən, dünya miqyasında böyük işlərə imza atmaq üçün çalışan Pərviz Bağırov bu iş üzrə masterdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəssamlıq təhsili alan Pərviz daha sonra Türkiyədə 9 Eylül Universitetinin güzel sanatlar ixtisasında öz təhsilin davam etdirmişdir. Rəssamlıq oxuduğu üçün tattoo da ona yad sahə deyildi.
Ətrafında bu sahə üzrə çalışan dostları da çox olduğundan yaxından tattoo ilə tanış ola, araşdıra bilmişdir. 6 ildir bu sahədə çalışan Pərviz bəy artıq 3 ildir professional olaraq fəaliyyət göstərir. Onun böyük məqsədləri var, Azərbaycanda tattoo sahəsinin inkişaf etməsi başlıca məqsədlərindəndir.
Dünyaca məşhur tattoo ustası olmağa qərarlı olan Pərviz bəy 2020-ci ildən, tattoo üzrə brend olan Cleopatra İnk şirkəti ilə birgə fəaliyyət göstərir. Cleopatra İnk 17 ölkədə fəaliyyət göstərən 97 studiadan ibarət bir çox mükafata layiq görülmüş böyük bir şirkətdir.
Şirkətin əməkdaşları tattoo və piercing üzrə ən professional və bacarıqlı ustalardır.
Pərviz bəy özü də həmin professional ustaların başında gəlir, o, "Marmaris Tattoo Fest", "Life Tattoo Galery (Convention)", "İstanbul Tattoo Fest" kimi prestijli müsabiqələrdə fəxri iştirakçı kimi iştirak etmişdir. Pərviz bəy rəngli, realistik daha çox pozitiv tattoolar, portretlər işləyir.
Onun istifadə etdiyi bütün məhsullar, alətlər ən keyfiyyətli, ən yeni texnikalardır. Bu səbəblə onun etdiyi tattoolar sağlamlığa qətiyyən zərərli deyil, allergik reaksiyalara yol açmır. Bəzi xroniki xəstəlikləri olan insanlar tattoo etdirmədən əvvəl həkimləri ilə məsləhətləşməlidir, Pərviz bəy də bu nüansa çox diqqət edir.
Həmçinin tattoo 18 yaşdan yuxarı insanlara edilir, lakin Pərviz bəy məsləhət görür ki, tattoo etdirmək istəyən şəxs həyatında müəyyən qədər yol qət etməli, gələcəyini planlamalı, məqsədlərini təyin etməlidir ki, etdirəcəyi tattoo ona həyatını qurarkən mane olmasın.
Ona görə də Pərviz bəy 23 yaşdan sonra edilən tattooların daha uğurlu olduğunu düşünür. Tattoo seçmək də çox mühümdür, elə tattoo etdirməlisən ki, onu ömür boyu daşıya biləsən peşman olmayasan. Tattoonun mənası qədər onun görüntüsü, sənə yaraşması, estetik görünməsi də çox önəmlidir. Pərviz bəyə müraciət edənlər arasında əvvəl etdirdiyi tattoodan peşman olub onu sildirmək istəyənlər olur, o, tattoo silməsə də, həmin tattoonu dəyişə, onun üzərində başqa tattoo işləyə bilir. Pərviz bəy onu da qeyd edir ki, professional usta tərəfindən düzgün dərinliyə işlənmiş tattoo professinal dermatoloq tərəfindən professional lazer aparatı ilə tamamilə silinə bilir. Bir çox insan ilk tattoonu etdirmədən əvvəl onun ağrısına görə narahat olur, tərəddüd edir.
Lakin tattoonun ağrısı dözülməz bir ağrı deyil, bölgədən və tattoonun həcmindən asılı olaraq dəyişsə də, tattoo ağrılı bir prosses deyil. Bir çox insan ilk tattoosu zamanı artıq ikinci tattoo haqqında düşünür. Tattoo zövqlə bağlı bir şeydir, insan saçını kəsdirərkən necə yenilənirsə, yeni bir əşya alarkən necə xoşbəxt olursa, tattoo etdirərkən də eyni hissləri keçirir. Dünyanın hər yerində adi bir hal olan tattoo prossesi ölkəmizdə insanlar üçün bəzən problem yarada bilir, iş axtararkən çətinliklərlə qarşılaşa bilir.
Pərviz bəy və onun birgə fəaliyyət göstərdiyi Cleopatra İnk nəinki Azərbaycanda həm də dünyada tattoo sahəsinin inkişafı üçün çox çalışır, Azərbaycanda bu sahə ilə bağlı yaranmış bütün neqativ və köhnə düşüncələri silmək üçün əllərindən gələni edirlər.
Tattoo qədim tarixə malikdir, insanların ən qədim zamanlardan mənimsədiyi bu mədəniyyət dünya inkişaf etdikcə inkişaf edərək mövcudluğunu qoruyacaq.

PƏRVİZ BAĞIROV AZƏRBAYCANDA TATTOOYA YENİ BAXIŞ GƏTİRƏCƏKPƏRVİZ BAĞIROV AZƏRBAYCANDA TATTOOYA YENİ BAXIŞ GƏTİRƏCƏKPƏRVİZ BAĞIROV AZƏRBAYCANDA TATTOOYA YENİ BAXIŞ GƏTİRƏCƏKPƏRVİZ BAĞIROV AZƏRBAYCANDA TATTOOYA YENİ BAXIŞ GƏTİRƏCƏKPƏRVİZ BAĞIROV AZƏRBAYCANDA TATTOOYA YENİ BAXIŞ GƏTİRƏCƏK


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1969   Tarix: 04 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.